Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə35/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   31   32   33   34   35   36   37   38   ...   132

 

128


"Qaçqınlar" silsil

e

si



Kəngərli  də  ikincilərdən  olub.  Bu  mənada 

rəssamın  zamanında  öz  müasirlərini  –qaçqın 

soydaşlarını  əks  etdirən  silsilə  portretlərinin 

təkzibolunmaz  tarixi-bədii  ittiham  olduğu  bu 

gün də  danılmazdır. Bu yerdə bir daha deyək ki, 

az qala bir əsrə yaxın tarixi olan bu əsərlərdən 

qarşı tərəin ittihamında demək olar ki, bədii-

tarixi vasitə kimi istifadə olunmamışdır. Kimin 

ağlına  gələrdi  ki,  Bəhruz  bəyin  ötən  əsrin 

əvvəllərində  çəkdiyi  “Qaçqınlar”  silsiləsini  

yüz  ildən  sonra  bir  daha  –  mənfur  düşmən 

xislətini  ifşa  edən  bədii  fakt  kimi 

xatırlamalı olacağıq. Unutqanlığımızla 

bələnmiş  həmin  rəsmləri  əsrlərin 

qovşağında  çəkilmiş  ürəkağrıdan  kino 

kadrları  ilə,  fotoşəkillərlə  tutuşdursaq, 

tarixiləşmiş  səhnələrlə  qoşalaşdırsaq, 

kifayət qədər oxşar cəhətlər taparıq. Biz 

şübhə etmirik ki, vaxtı ilə Bəhruz bəy 

1918-1921-ci  illərdə  Ermənistandakı 

dədə-baba 

yurdlarından 

qovulub 

Naxçıvana  pənah  gətirmiş  qaçqın 

soydaşlarımızın  portretlərini  yadda-

şımızın  korşalmaması  üçün  işləmişdi. 

Bunları  ona  sifariş  edən  də,  satın 

alan  da  olmamışdı.  Amma  gənc 

rəssamımız  böyük  vətənpərvərlik 

nümunəsi göstərib başımıza gələnlərin 

bədii  salnaməsini  yaratmışdı.  Əminik 

ki,  rəssam  Canfəda,  Avşar  və  digər 

kəndlərdən,  bölgələrdən  olan  qaçqınların 

tükürpədici  zahiri  görkəmini,  gözlərindəki 

ümidsizlik  notlarını  əbədiləşdirməklə  sanki 

bizə  bunları  unutmamağı  vəsiyyət  etmişdi. 

Əslində, 1918-1920-ci illərdə yaşanan acıların 

canlı  salnaməsi  olan  bu  portretlər  danılmaz 

tarixi  sənədə  çevrilən,  erməni  təcavüzünə 

qarşı sənətkar ittihamı kimi səslənən  və heç 

vaxt əhəmiyyətini itirməyəcək bir bədii irsdir, 

desək,  həqiqəti  söyləmiş  olarıq.Təkcə  elə  bu 

silsiləyə  görə  Bəhruz  bəy  Kəngərli  hər  cür 

təqdirə layiqdir...

“Qaçqınlar”  silsiləsini  otuza  qədər  əsər 

təşkil  edir.  Onların  çoxu  Azərbaycan  Milli 

İncəsənət Muzeyində, bir hissəsi isə rəssamın 

Naxçıvandakı muzeyində qorunur. Bəhruz bəy 

bu  portretləri    sulu  boya  ilə  çəkmişdir.  Sulu 

boya  rəssamın  sevimli  texniki  vasitələrindən 

olsa  da,  ehtimal  etmək  olar  ki,    o,  onsuz  da 

dərd-sərə  bələnmiş    ovqatda  olan  insanları 

vaxtını  çox  almaq  istəməmiş,  çox  qısa 

müddətdə onların real görüntülərini yaratmağa 

çalışmışdır.  Rəssamın  bu  portretlərin  hər 

birinə  zaman  baxımından    az  vaxt  sərf  etsə 

də,  bu,  həmin  əsərlərin    zamanların  ən  çətin 

sınaqlarından  çıxıb,  bu  gün  ifşaedici  ittiham 

qaynağına çevrilməsini şərtləndirə bilmişdir...

B.Kəngərli. “Qaçqın qadın”. 1919.



129

   


        

"Qaçqınlar" silsil

e

si

Qaçqın  taleyini  yazmağa  məhkum  olan 



soydaşlarımıza  həsr  olunmuş  bu  portretlərin 

hər  biri  faciəvi  –  dramatik  ruhuna  görə 

bənzərsizdir, desək, yanılmarıq. Rəssam 1919-

cu  ildən  yaradıcılıq  axtarışlarını  qaçqınların 

taleyinə yönəltmişdir. Bəlkə də o, bu portretlər 

silsiləsini  ömrünün  axırına  qədər  çəkəcəyini 

düşünməmişdi. Amma  iş  elə  gətirdi  ki,  gənc 

rəssam  Tanrı  tərəindən  ona  ayrılmış  ömür  

payının son üç ilini  missiyasına müvaiq qaçqın 

taleyini  bədiiləşdirməyə,  milli  tariximizin  ən 

ağrılı  səhifələrindən  birini  əbədiləşdirməyə 

həsr  etdi. Amma  səsə  həsrətli  günlərini 

yaşayan  gənc  rəssam  təkcə  isti 

ocaqlarından perik düşmüş soydaşlarının 

portretini  çəkməklə  kifayətlənmirdi. 

Özünün  maddi  cəhətdən    ehtiyacı  olsa 

da, o, qaçqın uşaqları ya  evlərinə, ya da 

emalatxanasına gətirər, onları yedizdirər, 

pal-paltar  verər  və  sonra  da  onların 

şəkillərini çəkərdi...

“Qaçqın  qadın”  (1919)  əsəri 

rəssamın  sonradan  silsiləyə  çevriləcək 

“Qaçqınlar”ının  birincilərindən  olub. 

Şaquli  kompozisiyada  görüntüyə  alınan 

bu 

portretdə 



detalların-ayrıntıların 

klassik  anlamda  bir  araya  “gəlməməsi” 

də  gənc rəssamın gücsüzlüyündən daha 

çox,  başına  gələnləri  hələ  sona  qədər 

dərk etməkdə çətinlik çəkən qadının bu ürək 

ağrıdıcı görkəmini şərtləndirən zamana müəllif 

etirazının  ifadəsidir.    Qadının  xırda  qırmızı 

naxışları  sərt  qatların  içində  itib-batan  bəyaz 

paltarının  üzərindən  geydiyi  jaketin  cırıqları 

yaşanan  faciənin  “isti”liyinə  işarə  kimi 

qəbul  olunur.  Qaçqın  qadınının  geyimindəki 

pərakəndəliyin  duyulanlığı  ilə  əhatələnmiş 

narahat baxışlı çöhrəsindəki aydınlıq haradasa 

təsvirdə  təzadın  mövcudluğunu  şərtləndirir. 

Rəssamın  obrazı  yurda  bağlılığın  rəmzi  kimi 

düşünülən  işıqlı  mənzərə  fonunda  təqdimatı 

təsvirin  daşıdığı  psixoloji  gərginliyi  daha  da 

qabardır, desək, yanılmarıq...

Yaşanmış  faciənin  dramatikliyinin  daha 

da  gücləndirilməsini  rəssamın  “Əyləşmiş 

qaçqın  oğlan”  (1920)  əsərində  müşahidə 

etmək  mümkündür.  Bu  portret  təqdimat 

baxımından  əvvəlkindən  bir  qədər  fərqlənir. 

Belə  ki,  duyulası  dərəcədə  qabarıq  təsvir 

olunan obrazın arxasındakı fon-yerlik neytral 

olmaqla, ikir dağıdıcı deyil. Daha dəqiq desək, 

rəssam yaşantılara bələnmiş qaçqını tamaşaçı 

ilə göz-gözə qoymuşdur. Cırılmış pal – paltarı 

ilə başındakı iri “çoban papağı”nın  bir-birini 

tamamlayan  düşündürücü  tutumu  əslində 

qaçqın  həyatını  yaşamağa  məhkum  olmuş 

B.Kəngərli. “Əyləşmiş qaçqın oğlan”. 1920.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə