137
"Qaçqınlar" silsil
e
si
B.Kəngərli. “Qaçqın xanım” (B.Kəngərlinin həyat yoldaşı). 1920.
139
"Qaçqınlar" silsil
e
si
B.Kəngərli. “Oturmuş qız”. 1920-1921.
B.Kəngərli. “Oğlan portreti”. 1921.
B.Kəngərli. “Qırmızı arxalıqlı qız”. 1920.
B.Kəngərli. “Gənc qadın portreti”. 1921.
141
"Qaçqınlar" silsil
e
si
B.Kəngərli. “Oturmuş oğlan”. 1920-1921.
B.Kəngərli. “Gənc qadın
portreti”. 1921.
B.Kəngərli. “İki qaçqın qız”. 1920.
B.Kəngərli. “Yaycı kəndindən
qaçqın oğlan”. 1921.
142
"Qaçqınlar" silsil
e
si
evlilikdən imtina etməsini haradasa təbii qəbul
edib, yayılan həmin xəbərə inanmamaq da
çətindir. Amma fotosənədlər və doğmalarının
söylədikləri sübut edir ki, rəssam evli olub.
Bunu onun həyat yoldaşı ilə birlikdə çəkdirdiyi
foto da təsdiqləyir.
Bu yerdə qeyd edək ki, diqqətli tamaşaçı
bu portretin rəssamın “Qaçqınlar” silsiləsində
elə zahiri əlamətlərinə görə başqalarından se-
çildiyini görə bilər. Başqa sözlə desək, digər
qaçqınların geyimlərindəki müşahidə olunan
səliqəsizlik bu qadının təsvirində gö-
rünmür. Elə onun yaşmaqlanması və
rəssam qarşısında bir qədər utancaqlıq
nümayiş etdirməsi elə onun duruşun-
dan da duyulur. Bu yerdə əlavə edək ki,
zamanında bu portretin başqalarından
fərqli tutumda olduğunu sənətşünas
K.Kərimov da hiss edib. Onun 1962-ci
ildə yazdığı kitabda “Qaçqınlar” silsilə-
sinə münasibəti belə olub: “Qaçqın
xanım”ı nəzərə almasaq, qalanları çox
sadə və köhnə paltar geyinmiş, bəziləri
isə ayaqyalındırlar”.
Deyilənə görə onların evliliyi
1918-ci ildə baş tutub və bu uzun çək-
məyib, onlar iki ildən sonra ayrılıblar.
Uşaqları olmayıb. O da məlumdur ki,
həmin xanım sonradan Naxçıvanda
“Lotu Hüseyn” kimi tanınan bir şəxsə
ərə gedib və 1964-cü ildə vəfat edib. Əlavə
edək ki, bizə məlum olan evlilik fotosunun
“Qaçqın xanım”la tutuşdurulması da bu qadın-
ların oxşarlığını təsdiq edir. Bu yerdə deyək
ki, rəssamın həyat yoldaşının adı yaddaşlarda
Hürnisə kimi qalıb...
Niyə rəssam əsərin üzərində təsvir
olunanın əsl adını (Hürnisə) yox, Xanım
kimi göstərib. Bu yerdə ortaya çıxa biləcək,
daha doğrusu təkrarlana biləcək bir suala
yenidən cavab verməyə, bir qədər yuxarıda
dilə gətirdiyimiz ikri bir daha xatırlamağa
məcburuq. Belə ki, bu cavab yazılan yeni kitabın
məzmununu çox önəmli məqamlarındandır...
Apardığımız araşdırmaların nəticəsinə
əsasən deyə bilərik ki, o dövrün tədqiqatçılarının
və tarixçilərinin bəy nəslindən olan
B.Kəngərli. “Qaçqın oğlan”. 1920-1921.
143
"Qaçqınlar" silsil
e
si
rəssamın ailə üzvlərini hər hansı təhlükədən
qorumaq məqsədilə əsərlərində onların adını
dəyişdirməsi, naməlum saxlaması barəsində
qənaətləri məntiqlidir.
Bu yerdə yadımıza bolşeviklərin gəlişi
ilə bəylərə və xanlara, onların yaxınlarına qarşı
həyata keçirilən müxtəlif formalı təzyiqləri
yada salsaq, onda bu qənaətin çox inandırıcı
olduğunu deyə bilərik. Bir daha xatırladaq ki,
Bəhruz bəyin qardaşı Rüstəmin 25 il sonra –
1945-ci ildə uzaq Valuysk (Rusiya) şəhərində
yaşayarkən əsl adını gizlətməsi və özünü Boris
Şirəliyev kimi təqdim etməsi də bəy
nəsli nümayəndələrinin başı üzərindən
təhlükənin hələ də sovuşmadığından
xəbər verir...
Onun ölkənin sovetləşməsindən
sonra çəkdiyi və bizə gəlib çatmış bir çox
kişi və qadın portretlərində (“Naxçıvan
gözəli”, “Qoca kişinin portreti”, “Tatar
kişinin portreti” və s.) kimlərin təsvir
olunduğunu qeyd etməməsi də yəqin ki,
elə bunula bağlı olmuşdur...
Rəssamın yaradıcılığında əsas yer
tutan portret janrından söz açarkən, onun
müxtəlif obrazların yaradılmasında nü-
mayiş etdirdiyi yüksək sənətkarlığı müt-
ləq vurğulamaq lazımdır. İstər tələbəlik,
istərsə də təhsil sonrası yaratdığı portr-
telərdə onun obrazların xarakterinin açılma-
sına yönəli tətbiq etdiyi yaxı improvizələri,
cizgi ahəngdarlığı heyrət doğurucudur, desək,
yanılmarıq. Çox kiçik bir sahədə üz əzalarının
inandırıcılığına nail olmağa çalışan rəssam,
eyni zamanda bunu həsədaparıcı bir sənətkar-
lıqla, yaxı təzadlarının bütövlüyünün ilə əldə
olunması ilə gerçəkləşdirmişdir. Odur ki, onun
hər bir portretində obrazların xarakterinə, əza
müxtəliliyinə müvaiq yaxı “oyunları”na şa-
hidlik etmək mümkündür. Bu da heç şübhəsiz
gənc rəssamın ustalığının kamilliyinin göstəri-
cisi sayılmalıdır...
B.Kəngərli. “Qaçqınlar”. 1920-1921.