125
Portretl r
vəfatından iki il əvvəl işləyib. Sulu boya ilə
çəkilən əsərdə bizə baxan 28 yaşlı Bəhruz
bəy yaşından daha böyük görünür. Rəssam
sulu boyanın şəffalıq imkanlarından bütün
gücü ilə istifadə etməklə, onun hələ də
“təravətini” saxladığını vurğulamağa çalışsa
da, o, arxada qalan ömrünü duyulası və təzadlı
yaşantılarla baş-başa qalmaqla keçirməsinin
izioloji durumunda izsiz ötüşmədiyini
gizlədə bilməmişdir. Palitrası adətən nikbin
boyaların imkanlarının nümayişinə tapınan
Bəhruz bəy avtoportretində fəhmən bu
rəng coşğunluğundan imtina etmək
məcburiyyətində qalıb, desək, yanılmarıq.
Yerlik – fondan başlayaraq onun
geyiminin və çöhrəsinin bədii tutumunda
ənənəvi gücünü “itirmiş” rənglərin
tamam fərqli ovqat ifadə etməyə yönəlişi
kifayət qədər duyulandır. Çöhrəsindəki
duyulası düşündürücü məsumluqda
izioloji tutumun öləziməsinin işartıları
da rəssam təqdimatında duyulmaqdadır...
Bəhruz bəy Kəngərlinin portret
yaradıcılığı həm də onun bu janra aid
əsərlərində nümayiş etdirdiyi yüksək
sənətkarlığı vurğulamağa imkan verir.
Onun tələbəlik dövründə ərsəyə gətirdiyi
portretlərdə müşahidə etdiyimiz “yaxı
oyunları”, çox kiçik bir məsafədə üz
əzalarına xas səciyyəviliyi real-gerçəkçi
tutumda ifadəetmə bacarığı və təzadlı yaxılar
ritminin bütövlüyünü əldə etməklə, obrazların
cəlbediciliyinə və inandırıcılığına nail
olması gənc rəssamın yaradıcı potensialının
nəhayətsizliyini sərgiləyir.
Bəhruz bəyin portret yaradıcılığı
barəsində ikirlərimizi yekunlaşdırarkən
demək istəyirik ki, ömrünün sonuna kimi
fırçasını əldən qoymayan rəssam müasirlərinin
obrazlarını tarixin yaddaşına köçürməkdən
usanmayıb. Onun bədii irsi ilə yaxından
tanışlıq göstərir ki, rəssam özünün yaxınlarının
təsvirlərindən ibarət olan məşhur uşaq
rəsmlərini bir-neçəsini 1922-ci ilin yanvar
ayında işləyib. Onların icrasında nümayiş
olunan sənətkarlığın yüksək səviyyəsi göstərir
ki, ruhu təravətli olan rəssam hələ də yaşayıb-
yaratmaq əzmindədir. Amma hər şey birdən-
birə dəyişdi və Bəhruz bəyin başının üzərində
“Domokl qılıncı” kimi asılı qalmış xəstəlik öz
işini gördü. Bir ay sonra gənc rəssam həyatla
vidalaşmalı oldu...
B.Kəngərli. “Bektaşilər” . 1911.
127
"Qaçqınlar" silsil
e
si
B
əhruz bəyin portretləri barəsin-
də yuxarıda başladığımız tanış-
lığı sonda onun həm də ölçüyə-
gəlməz tarixi əhəmiyyətə malik “Qaçqınlar”
silsiləsinə yönəltmək istəyirik. Elə bu səbəb-
dən də bu silsiləni ayrıca şərh etməyə ehtiyac
duyduq.
Öncə vurğulamaq lazımdır ki, Bəhruz
bəy Kəngərli irsinin əvvəlki tədqiqat-
çıları rəssamın yaradıcılığında önəmli
mərhələ kimi dəyərləndirilə biləcək bu
portretlərin ifşaedici yükünü duyulası
dərəcədə oxucuya çatdırmamışlar. Başqa
sözlə desək, Qərbi Azərbaycandan – Er-
mənistandan Naxçıvana pənah gətirən bu
qaçqınların azərbaycanlı olmaları vurğu-
lanmamışdır. Tanınmış sənətşünaslardan
birinin bu qaçqın portretlərini müəlliin
daşnak və müsavatçıların əməllərinə eti-
razı kimi dəyərləndirməsi də bu gün onu
oxuyanlarda acı gülüş doğurur, desək,
yanılmarıq. Yalnız rəssamın anadan ol-
masının 120 illiyi ilə əlaqədar 2012-ci
ildə işıq üzü görən son nəşrlərdə xalqı-
mıza yönəli baş verən erməni təcavüzü
pislənilmişdir...
Xalqımızın zəngin ənənələrə malik olan
təsviri sənəti onun çoxəsrlik tarixi ilə bərabər
təşəkkül tapmasına baxmayaraq nədənsə
müxtəlif tarixi hadisələrin axarında ölkənin
həyatında yaşananların bədiiləşdirilməsində
çox gecikmişdir. Etiraf edək ki, indiki müasir
dövrdə belə çox vaxt sənətkarlarımız öz
dövrünün aynası olmaları kimi vətənpərvərliyə
köklənmiş yaradıcılıq vəzifəsinin icrasını
unudurlar. Yalnız bu gün duyulası zaman
distansiyasından bu unutqanlığın bütünlükdə
şərəli
keçmişimizin
real
bədii-tarixi
mənzərəsinin yaradılmasına mane olduğunu
görə bilirik.
Azərbaycan rəssamlığı yalnız XX
əsrin əvvəllərində Bəhruz bəy Kəngərlinin
çəkdiyi “Qaçqınlar” adlı silsilə əsərləri ilə
erməni təcavüzünün silinməz izlərini özündə
yaşadan ifşaedici sənət nümunələri yaratmağa
nail oldu. Ölkəmizin sovetləşməsindən
sonra isə İrəvanda həmin qanlı münaqişənin
şovinist təşəbbüskarlarına abidə ucaldılsa da
(sonradan həmin abidəyə hətta SSRİ Dövlət
mükafatı verildi), Bakıda azərbaycanlı –
sovet rəssamlarına həmin “erməni-müsəlman
müharibəsi”nə bədii münasibət göstərməyə
imkan verilmədi. Bütün bu dolayısı qadağalar
həm də təsviri sənətimizdə xalqımızın keçib
gəldiyi şərəli keçmişi sonrakı nəsillər
üçün örnək ola biləcək tarixi tutumlu bədii
nümunələrdə əbədiləşdirməyə mane oldu. Bu
səbədən də XX əsrin sonlarında yenidən baş
qaldıran tarixi erməni məkrini-təcavüzünü
beynəlxalq səviyyədə ifşa edə biləcək bədii-
tarixi əsərlər-dəlillər çıxarmaqda çətinlik
çəkdik. Bu gün həmin boşluğun aradan
qaldırılmasına duyulası ehtiyac hiss olunur,
desək, həqiqəti söyləmiş olarıq...
Elə sənətkarlar var ki, sağlığında,
elə sənətkarlar da var ki, yaradıcılığı
zamanın
sınağından
sonra
ölməzlik
qazanır, yaratdıqlarının bədii-tarixi dəyəri
yüksəlir. Əsrlərin qovşağında yaşayıb-
yaratmış görkəmli fırça ustası Bəhruz bəy
“Qaçq¯nlar” silsil¬siİ