155
M
e
nz
e
r
e
l
e
r
B.Kəngərli. “Payız mənzərəsi. Əshabi-kəhf dağı”. 1921.
bunun göstəricisidir. Təbii ki, az sonra əhha-
lisini cibində “Allahsız” kitabçası gəzdirməyə
məcbur edən yeni hökumətdən bundan artığını
gözləmək sadəlövhlük olardı...
Təəssüf ki, şöhrəti bütün dünyaya ya-
yılmış bu məkana qarşı biganəlik SSRİ-nin
bütün mövcudluğu dövründə davam etmiş-
dir. Bunun nəticəsində məzar tamamilə dağıl-
mışdır. Yalnız müstəqillik illərində Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin
28 iyun 2006-cı il tarixli “Nuh Peyğəmbərin
məzarüstü türbəsinin bərpa edilməsi haqqın-
da” sərəncamına əsasən qədim abidə
tarixi mənbələr nəzərə alınmaqla bərpa
olunmuşdur. Aparılan arxeoloji qazaın-
tılar nəticəsində Naxçıvan ərazisində-
ki Köhnəqalada Nuh peyğəmbərin dəfn
olunduğu türbənin əvvəlki yeri dəqiqləş-
dirilmiş, sonra isə onun üzərində Əcəmi
ruhunda məqbərə ucaldılmışdır. Zahiri
görkəmi Əcəmi ruhunda həll olunmuş
səkkizguşəli türbə üç hissədən – sərda-
bədən, yerüstü məqbərədən və konus-
vari örtükdən ibarətdir. Bərpa zamanı kərpic,
kaşı və müxtəlif naxış elementlərindən istifadə
edilmişdir. 2008-ci ildən həmin məqbərə mu-
zey kimi fəaliyyət göstərir...
Rəssamın
bənzərsizliyini
və
özünəməx-susluğunu təsdiqləyən bədii irsin-
də onun doğma yurdun ürəkaçan təbiətini əks
etdirən əsərlər xüsusi yer tutur, desək, yanıl-
marıq.
Naxçıvan təbiətinə xas “kişi
gözəlliyini” (bu ifadə xalqımızın ümummilli
lideri Heydər Əliyevə məxsusdur) çoxsay-
lı əsərlərində əbədiləşdirməklə Azərbaycan
mənzərə janrının inkişafına əvəzsiz töhfələr
verən Bəhruz bəy Kəngərli, əslində yurdun
həmin gözoxşayan guşələrinə bədii münasibə-
tin əsasını qoymuşdur. Təhsil illərində təsviri
sənətin bədii-texniki vərdişlərinə kifayət qədər
yiyələnən gənc rəssam yağlı və bu sulu boya
ilə çəkdiyi təbiət motivlərində bir qayda ola-
raq özünün gördüklərindən heyrətlənməyi ba-
cardığını sərgiləyə bilmişdir. Heyrətdən doğan
bu mənzərələr odur ki, duyulası zaman distan-
siyasından belə duyğulandırıcı baxılırlar. Bu
158
M
e
nz
e
r
e
l
e
r
yerdə deyək ki, bu fərqli ifadə texnikasının
bədii təzahüründə rəssam həm də bütün mə-
nalarda bənzərsizdir. Rəssamın bu özünəməx-
susluğunun kiçik ölçülü əsərdə nümayişi isə
sadəcə heyran edici və heyrət doğurucudur.
Onun sulu boya ilə çəkdiyi bir çox lövhələrin-
də (“Dağ mənzərəsi”. 1918. 8,2x6,8sm; “Qo-
vaq ağacı”. 1921, 7x6,2sm; “Mənzərə”. 1921.
7,5x4,8sm; “Dağın zirvəsi”. 1918, 7,5x4,7sm;
“Cənuba görünüş”. 1921, 6,3x6sm; “Əsha-
bi-kəhf”. 1921,5x7sm) bunu müşahidə etmək
mümkündür.
Rəssamın sulu boyada tətbiq
etdiyi bədii-texniki özünüifadə yağlı
boya ilə ərsəyə gətirdiyi bir çox
əsərlərində kəskin dərəcədə fərqli –
özünəməxsus şəkildə seçilir. Belə
ki, sulu boya ilə yaratdığı əksər
əsərlərdə detallaşdırmaya meylli olan
Bəhruz bəy, yağlı boyada bundan
duyulası qədər uzaqdır. Ən maraqlısı
isə onun bunu həm çox kiçik, həm
də yaradıcılığı üçün səciyyəvi olan
formatlarda tətbiq etməsidir. Düzdür,
müəllif bəzi əsərlərində (“Qarlı
dağlar. Ağrı dağı”.1916; “Mənzərə.
Dağın görünüşü”.1916; “Möminə
xatın türbəsi”.1910-cu illər) özünün
detallaşdırma bacarığını da nümayiş
etdirmişdir və bunun məqsədli olması da
ehtimal olunandır. Amma belə əsərlər rəssamın
zəngin mənzərə irsində çox azdır. Onun
bunun əksini həddindən çox kiçik formatlı
əsərlərində gerçəkləşdirməsi isə sənətkarlıq
baxımından sadəcə şaşırdıcıdır. Etiraf edək
ki, dünya və Azərbaycan təsviri sənətində çox
kiçik məkan-format çərçivəsində təbiətə bu
cür şərti-ümumiləşdirilmiş münasibətə cəsarət
edən rəssama demək olar ki, rast gəlmək
mümkün deyildir. Xatırladaq ki, “Ağaclar”.
1917. 5x3,5 sm; “Dağ mənzərəsi”. 1918. 4,5x6
sm; “Ağac”. 1917. 4,5x3,5 sm; “Mənzərə”.
1917. 6,2x7,6 sm; “Krımda Div dağı”. 1919.
7x11 sm; “Payız”. 1917. 7,5x5,5 sm; “Dağ
mənzərəsi”. 1919. 7,5x8,5sm; “Mənzərə”.
1918. 6x8,5sm və “Dəniz sahili”. 1916.
6x9sm ölçüsündədir. Bunlar rəssamın kiçik
ölçülü əsərlərinin hamısı deyil. Onların sayı
daha çoxdur. Onun kiçik məkan çərçivəsində
yağlı boya ilə gerçəkləşdirdiyi zərif-incə
keçidlər (“Ağaclar” (etüd). 1917. 4,5x6,5sm;
“Dağ mənzərəsi”. 1918.10x12,5sm; “Albalı
ağacları”. 1916. 6x7,5sm; “Qarlı dağlar”.
1916. 10x8sm; “Mənzərə”. 1916. 6x8sm) də
Rəssamın bizim dövrə gəlib çatan və çox da
böyük formatlı olmayan bir-neçə əsərini geniş
yaxılarla işləməsini də zamanına və məkanına
görə yaradıcı cəsarət nümunəsi saymaq olar.
Nuhun türbəsi.