Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə41/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   37   38   39   40   41   42   43   44   ...   132

151

   


        

M

e



nz

e

r



e

l

e



r

mənzərələrin bir çoxu bizim günümüzə gəlib 

çatmışdır  və  hazırda  rəssamın  Naxçıvandakı 

muzeyində  və  Bakıdakı  Azərbaycan  Milli 

İncəsənət Muzeyində göstərilir.  Bu əsərlərin 

bir  qisminin  davamlı  olaraq  rəssamın 

hazırladığı  “Naxçıvan  yadigarı”  albomuna 

daxil  edilməsini  də  təbii  saymaq  olar.  Belə 

ki, rəssamın əhali arasında yaydığı bu alboma 

daxil  edilən  iyirmiyə  qədər  rəsmin  çoxunu 

şəhər mənzərələri təşkil edərdi. 

Bu yerdə deyək ki, “Naxçıvan yadigarı” 

albomunda  yer  almış  rəsmlərdə  rəssamın 

görüntüyə  aldığı  şəhər  motivləri  ilə 

tamaşaçını  duyğulandırmaq  istəyi  daha 

güclüdür. Bu albomların bilavasitə satış 

üçün  nəzərdə  tutulmasının  qarşılığında, 

buradakı  mənzərələrin  cəlbedici  və 

gözoxşayan  olmasınının  önəm  kəsb 

etməsi  də  başa  düşüləndir.    Ona  görə 

də  çox  vaxt  ölçü  baxımından  duyulası 

dərəcədə  kiçik  olan  (9,5x7,5  sm)  bu 

mənzərələrdə 

rəssam 


görüntülərin 

cəlbediciliyini  və  yaddaqalanlığını  əldə 

etməyə çalışmışdır. 

Bəhruz  bəyin  dəzgah  qraikası 

tələblərinə  cavab  verən  mənzərələrində 

də  fərdi  özünəməxsusluq  mövcuddur. 

Bu  da  rəssamın  gördüklərinə  fərqli 

münasibətində  ifadə  olunub.  Başqa 

sözlə  desək,  rəssam  bu  mənzərələri  təkcə 

tamaşaçısını duyğulandırmaq üçün çəkməyib. 

Heç  şübhəsiz,  motivindən  asılı  olmayaraq 

bu  əsərlər  görkəmli  sənətkarın  fırçasının 

məhsulu  kimi  çox  dəyərlidir.  Odur  ki,  onun 

gözoxşayan  təbiət  motivləri  ilə  yanaşı, 

Naxçıvandakı 

xarabalıqları-viranəlikləri 

əks  etdirən  əsərləri  (“Tərk  edilmiş  ev”, 

1921;  “Naxçıvan  viranəlikləri”,  1922; 

“Naxçıvanda  xarabalıqlar”,  1921;  “Eylabat 

kəndində  dağıdılmış  darvaza”  (1921)  də 

mühüm əhəmiyyət kəsb edir. Belə ki, rəssam 

tərəindən tarixin bədii yaddaşına köçürülənlər 

–  dağıntılar  yerli  tikilinin  zamanın  sərt 

sınaqlarından  çıxmamasının  yox,  qədim 

şəhərin  daşnak  hərbi  dəstələri  tərəindən 

törədilən  vəhşiliklərin  izləridir.  Odur  ki, 

Bəhruz  bəy  əslində  tarixi  əhəmiyyətli  bir  iş 

görməklə,  yerli  əhali  tərəindən  yaşanan  ağır 

anların  “yaralı”  daşlarda  hifz  olunan  izlərini 

gələcək  nəsillərə  ötürə  bilmişdir.  Təbii  ki, 

zamanında  qədim  şəhərin  ümumi  görkəminə 

bəlkə də xələl gətirən bu mənzərələr onlardan 

duyğulanmaq  və  estetik  zövq  almaqdan 

daha  çox,  özündə  tarixi    gerçəkliyi  yaşadan 

məkanlar kimi bədiiləşdirilmişlər. Göründüyü 

kimi, o vaxtlar artıq ölümün “Domokl qılıncı” 

kimi başının üzərindən asıldığından və həyata 

əlvida deyəcəyindən xəbərsiz olan Bəhruz bəy 

Kəngərlinin həyata gerçəkçi-realist  münasibəti 

təkcə gördüklərinə bədii-yaradıcı yanaşmadan 

ibarət    deyildi  və  o,  bu    əsərlərində  həm  də 

yurd  sevgili  bir  nəslin  ona  şərəf  gətirmək 

gücündə olan nümayəndəsi idi. Odur ki, onun  

vətənpərvərlik  duyğularına  bələnmiş  bütün 

əsərləri,  o  cümlədən  də  mənzərələri  bədii-

tarixi əhəmiyyətlidirlər...

Rəssamın mənzərə janrında işlədiyi bir-

neçə  əsərin  isə  bir  qədər  fərqli  bədii-estetik 

və  tarixi  əhəmiyyəti  vardır.  Əsasən  lirik 

ovqatlı olan bu mənzərələr ilk növbədə dəqiq 

ünvanlı  olmaları  ilə  başqalarından  fərqlənir. 

Bəhruz bəyin “Yamxana kəndinə yol” (1921), 

“İlandağ  ay  işığında”  (1921),  “Əshabi-kəhf 

dağı” (1921), “Naxçıvanda Atabəylər türbəsi” 

(1915-1920-ci illər), “Ədil ağa gölü” (1920), 

Nəhəcir dağı” (1915-1920) və s. mənzərələri 

bu qəbildəndir. Bu coğrai məkanların bəziləri 

bizim  günlərə gəlib çatmasalar da, onların bir 

vaxtlar rəssam tərəindən bədiiləşdirilməsinin 

tarix  həqiqətlərin  daşıyıcısı  kimi  duyulası 




 

152


M

e

nz



e

r

e



l

e

r



B.Kəngərli. “Möminə xatın türbəsi”. 1920.


153

   


        

M

e



nz

e

r



e

l

e



r

B.Kəngərli. “Möminə xatın türbəsi”. 1919.

B.Kəngərli. “Naxçıvanda məscid”. 1919.

B.Kəngərli. “Naxçıvanda abidə”. 1921.


 

154


M

e

nz



e

r

e



l

e

r



önəm kəsb etdiyini vurğulamaq istərdik. Təbii 

ki, Bəhruz bəy onları sadəcə “Dağın görünü-

şü”, “Göl kənarında”, “Tarixi abidə”, “Kəndə 

gedən yol” və s. kimi adlandıra bilərdi. Amma 

o,  İlandağ,  Əshabi-kəhf,  Ədil  ağa,  Nəhəcir, 

Yamxana kimi ifadələrlə bu əsərlərə konkret-

liklə  yanaşı    həm  də    tarixilik  bəxş  etmişdir.  

Başqa sözlə desək, bu rəssamın ad məsələsinə 

özünəməxsus münasibətinin göstəricisidir. Bu 

rəssamın  hər  hansı  məkanı  tanımaqdan  çox, 

tanıtmağa  xidmət  edən  məqsədli  addımıdır. 

Odur  ki,  hər  kəs  bu  gün  reallıqda  ol-

mayan  bəzi  məkanların  adlarını  dilə 

gətirməklə, həm də qürur hissi keçirir, 

desək, yanılmarıq...

Bütün  yaradıcılığı  boyu  Əcəmi 

yurdunun  dini  ocaqlarını,  inanc  mə-

kanlarını  təsvir  etməkdən  usanmayan 

Bəhruz bəyin onlara bədii münasibətin-

də də tamaşaçısını gördüklərindən duy-

ğulandırmaq  istəyi  mövcuddur.  Onun 

Naxçıvanın müxtəlif məscidlərini, Əs-

habi-kəhf  ziyarətgahını,  Nuhun  məza-

rını əks etdirən lövhələri bu qəbildən-

dir.     

Təkcə  Nuhun  məzarına  rəssam 

ayrıca  beş  əsər  həsr  etmişdir.  Bundan 

əlavə  onun  bizim  dövrə  gəlib  çatmış 

“Naxçıvan  yadigarı”  albomundakı 

rəsmlərdən biri də Nuhun qəbri ilə bağ-

lıdır. Bütün bu altı əsərin yaranması rəssamın 

Tilisdən qayıtdığı dövrə təsadüf edir. İki əsər 

yağlı,  qalanları  isə  sulu  boya  ilə  çəkilmişdir.  

Yağlı boya ilə işlənmiş əsərlərdən biri (1921) 

həm  ölçüsünə,  həm  də  bədii  həllinə  görə  di-

gərlərindən  fərqlənir.  Dairəvi  formaya  malik 

taxta səth üzərində  görüntüyə alınmış təsvir-

də məşhur məzara uzaqdan göz qoyulub. Odur 

ki, burada ön planda iri məzar daşı, orta hissə-

də Nuhun qəbri, onun arxasında isə getdikcə 

uzqlaşan sahə və zirvəsi qarlı Ağrı dağı təsvir 

olunmuşdur.  Əsər    ilk  növbədə  incə  koloriti 

ilə diqqət çəkir. Bəyaz, sarı, yaşıl, qəhvəyi və 

mavi  rənglərin  qovşağından  bacarıqla  istifa-

də edən rəssam ümumi koloritin gözoxşayan, 

keçidlərinin  zəriliyi  duyulan  bədii  tutumunu 

əldə etməyə nail olmuşdur...

Qalan  əsərlərdə  kompozisiya  baxımın-

dan  müəyyən  yaxınlıq  olsa  da,  bütünlükdə, 

hər  bir  işdə  rəssamın  məkana  bir-birindən 

fərqlənən  baxışı  duyulmaqdadır. Yaxşı  haldır 

ki,  rəssamın  1916-cı  ildən  başlayaraq  bədii 

münasibətinin ifadəsi olan bu əsərlərdə  həmin 

məkana  fərdi  yanaşmasındakı  dəyişikliyi  də 

duymaq mümkündür.  Belə ki, Bəhruz bəyin 

1916-cı ildə sulu boya ilə çəkdiyi (5,5x7 sm) 

kiçik ölçülü kompozisiyada Nuhun məzarının 

üzərində  ucaldılmış  məqbərənin  zahiri  görü-

nüşü kifayət qədər səliqəli vəziyyətdədir...

1919-cu ildə sulu boya ilə çəkilmiş əsər-

də  (10x13  sm)  də  məzarın  ümumi  memarlıq 

quruluşu  1916-cı  ildə  olana  yaxındır,  yəni, 

zahirən dəyişməyib. Əksinə, məzarın 1920-ci 

və 1921-ci ildə sulu boya ilə çəkilmiş iki təs-

virində  tikilinin  zahirinin  dəyişdiyini  görmək 

mümkündür.  Başqa  sözlə  desək,  artıq  məza-

rüstü  tikilinin  hamarlığı  duyulan  daşlarının 

dağılmaq üzrə olduğu görünür.  Bunu xüsusilə 

“Naxçıvan yadigarı” albomunda yer alan rəsm-

də duymaq mümkündür. Yuxarıda haqqında söz 

açdığımız dəyirmi formalı kompozisiyada, yəni 

1921-ci ildə çəkilmiş əsərdə isə   məkanın  bir 

qədər də yarasız hala düşdüyü, hamar daş hör-

günün  əvvəlki  gözəlliyini  itirdiyini  müşahidə 

edirik. Çox qısa bu şərhdən gəlinən nəticə bu-

dur ki, Azərbaycanda siyasi sistemin dəyişməsi 

ilə  insanların  inanc  yerlərinə  rəsmi  münasibət 

kəskin  surətdə  dəyişmişdir.  Elə  1916-cı  ildə 

normal  vəziyyətdə  olan  məqbərənin  1921-ci 

ildə  baxımsızlıqdan  uçuq  vəziyyət  alması  da 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə