Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

xidmətlərin tətbiqini və ya ondan imtinanın obyektiv və subyektiv faktorlarını nəzərə 
almağı tələb edir. Xeyirxah xidmətlər, adətən tərəflərdən biri və ya hər ikisi yaranan 
mübahisə  ilə  bağlı  danışıqlara  başlamaq  istəmədikdə,  mübahisə  edən  tərəflərin 
birbaşa  danışıqları  nəticəsis  qaldıqda,  tərəflərin  digər  tənzimetmə  vasitələrinə 
müraciət etməsi də nəticə vermədikdə tətbiq edilir. Xeyirxah xidmətlərin başlanması 
üçün əsas ya mübahisə tərəflərinin üçüncü dövlətlərə müraciəti (xahiş edən xeyirxah 
xidmətlər), ya da mübahisəyə birbaşa aidiyyatı olmayan üçüncü tərəfin öz fəaliyətini 
təşkil  etməsi  (təklif  edilən  xeyirxah  xidmətlər)  nəticəsində  ola  bilər.  Xeyirxah 
xidmətləri həyata keçirən dövlətlər  
 
-  birbaşa  danışıqların  başlanmasından  sonra  mübahisə  tərəfləri  arasında 
əlaqələndirici funksiyanı; 
 
-  beynəlxalq  mübahisənin  tərəfləri  arasında  birbaşa  əlaqənin  qurulmasını  təmin 
edirlər. 
 
Xeyirxah  xidmətlər  zamanı  üçüncü  dövlətlərin  fəaliyyəti  beynəlxalq 
mübahisələrin  tərəfləri  arasında  birbaşa  əlaqə  yaratmaq  yolu  ilə  onları  bir-birinin 
mövqeyi  ilə  tanış  etməyə  və  yaxınlaşmaya  yönəlir.  Beynəlxalq  mübahisələrin  dinc 
vasitələrlə  tənzimlənməsi  haqqında  Haqa  konvensiyasının  6-cı  maddəsində  qeyd 
edilir ki, xeyirxah və vasitəçilik xidmətini göstərən dövlətlərin təklifləri hər bir halda 
məsləhət xaraqteri daşıyır.   
 
Vasitəçilik  institutunun  proseduru  Beynəlxalq  toqquşmaların  dinc  vasitələrlə 
həlli  haqqında  1907-ci  il  Haaqa  Konvensiyasında,  Mübahisələrin  dinc  vasitələrlə 
tənzimlənməsi  haqqında  1948-ci  il  Amerika  Müqaviləsində  və  s.  sazişlərdə  əks 
olunub. Mahiyyətinə görə vasitəçilik institutu dövlətlərarası beynəlxalq konfiliktlərin 
diplomatik tənzimetmə  forması kimi  geniş  mənada danışıqların spesifik  növlərindən 
biri  sayılır.  Beynəlxalq  arbitraj  və  beynəlxalq  məhkəmədən  fərqli  olaraq  vasitəçilik 
və  birbaşa  danışıqların  mexanizmi  ciddi  qaydalarla  müəyyən  edilmiş  prosedurlara 
əsaslanmır.  Yalnız  danışıqların  iştirakçılarının  hüquq  və  maraqlarına  qarşılıqlı 
hörmət  edilməsi  nəzərdə  tutulur.  Bu  da  müvafiq  mexanizmlərin  səmərəliliyini 
azaldır.  Lakin  arbitraj  və  məhkəmədən  fərqli  və  üstünlüyü  ondan  ibarətdir  ki,  bu 


halda  mübahisə  tərəflərin  razılıq  əldə  etməsi  ehtimalı  gələcəkdə  onların  qarşılıqlı 
əlaqələrinin  dostluq-tərəfdaşlıq  səviyyəsində  davam  etməsinə  təminat  verir. 
Beynəlxalq  iqtisadi  mübahisələrin  nizamlanması  üçün  mübahisə  edən  tərəflər 
arasında  danışıqların  başlanması  çox  vaxt  onların  vasitəçi  və  ya  xeyirxah  xidmətlər 
funksiyasını  yerinə  yetirən  dövlətlər  dostluq  münasibətlərinin  sahəsində  mümkün 
olur.  
 
Əgər  danışıqlarda  beynəlxalq  iqtisadi  mübahisənin  tərəfləri  özləri  beynəlxalq 
iqtisadi  mübahisəni  nizamlamağa  səy  göstərirlərsə,  vasitəçilik  prosesində  isə  bu 
məsələ  ilə  bağlı  üçüncü  dövlətlər  və  ya  beynəlxalq  təşkilatlar  da  onlara  yardım 
edirlər. Başqa sözlə, əgər birbaşa danışıqlar zamanı beynəlxalq iqtisadi mübahisələrin 
iştirakçıları müvafiq hüquq və vəzifələr daşıyırlarsa, vasitəçilik zamanı həmin hüquq 
və vəzifələr üçüncü dövlətlər və beynəlxalq təşkilatlarında üzərinə düşür.  
 
  Danışıqlar  prosesində  vasitəçi  fəal  və  mərkəzi  subyekti  kimi  kifayət  qədər 
geniş  hüquqlara  malik  olur.  Beynəlxalq  mübahisələrin  dinc  yolla  tənzimlənməsi 
haqqında  Haaqa  Konvensiyasının 4-cü  maddəsinə  uyğun olaraq,  vasitəçinin  vəzifəsi 
mübahisə 
edən 
dövlətlər 
arasında 
meydana 
çıxan 
qarşılıqlı 
iddiaların 
razılaşdırılmasına  nail  olmaqdır.  Vasitəçi  danışıqlar  prosesində  iştirak  etmək, 
mübahisə tərəflərinin bəzən qəti görüntü yaradan və qəbul edilə bilməyən tələblərini 
yumuşaltmaq,  tərəfləri  barışdırmaq  üçün  sərbəst  təkliflər  vermək,  əksər  hallarda 
danışıqlar aparmaq funksiyasına malik olur.  
 
Dövlətlərarası  praktika  vasitəçiliyin  kifayət  qədər  effektivliyini  sübut  etsə  də, 
onun  məcburi  hüquqi  qüvvə  kəsb  etməməsi  beynəlxalq  iqtisadi  mübahisələrin 
nizamlanmasında daha ciddi mexanizmlərin meydana gəlməsinə səbəb olmuşdur.      
 
 
 
6.3. Beynəlxalq təhqiqat və barışdırma proseduru 
 


 
Beynəlxalq  mübahisə  prosesində  tərəflər  arasında  mübahisəyə  gətirib  çıxaran 
müxtəlif  şəraitin,  faktiki  halın  qiymətləndirilməsində  fikir  ayrılığı  yarandığı  halda 
dövlətlər  müvafiq  faktların  araşdırılması  üçün  beynəlxalq  təhqiqat  prosedurlarından 
istifadə  edirlər.  Beynəlxalq  təhqiqat  proseduru  beynəlxalq  iqtisadi  mübahisələrin 
tərəfləri  və  üçüncü dövlətlərin  nümayəndələri tərəfindən  yaradılan beynəlxalq orqan 
ilə tənzimlənən üsullardan biridir. Bu institutun da beynəlxalq hüquqi əsası XIX əsrin 
sonu  XX  əsrin  əvvəllərinə  təsədüf  edir.  Beynəlxalq  təhqiqat  proseduru  beynəlxalq 
mübahisələrin  dinc  yoll  həlli  haqqında  1899-cu  il  Haaqa  Konvensiyasında  öz  əksini 
tapmışdı.  Təhqiqat  proseduru  könüllülük  prinsipi  əsasında  formaıaşdırılır. 
Beynəlxalq  toqquşmaların  dinc  vasitələrlə  həlli  haqqında  Konvensiyanın  9-cu 
maddəsində qeyd edilir ki, dövlətlərin mövcudluğuna xələl gətirmədən dövlətlərarası 
ixtilaflar  zamanı  Konvensiyanı  imzalayan  dövlətlər  mübahisənin  faktiki  hallarının 
araşdırılmasında  diplomatik  vasitələrə  nail  olmazlarsa  və  şərait  imkan  verərsə, 
beynəlxalq təhqiqat komissiyasını təşkil edirlər.  
 
Təhqiqatın  əsas  vəzifəsi  beynəlxalq  mübahisəyə  səbəb  olan  faktiki  halların 
vicdanla müəyyən edilməsi və araşdırılmasından ibarətdir.  
 
Beynəlxalq  təhqiqat  prosedurunun  təkmilləşdirilməsi  II  Haaqa  Konvensiyasına 
təsadüf  edir.  Konfrans  tərəfindən  qəbul  edilmiş  Beynəlxalq  toqquşmaların  dinc 
vasitələrlə  həlli  haqqında  Konvensiyada  təhqiqat  komissiyaları  haqqında  bölmə 
kifayət  qədər  dəyişikliklərə  uğramış  və  təkmilləşdirilmişdir.  Beynəlxalq  təhqiqat 
komissiyaları  mübahisə  edən  tərəflər  arasında  xüsusi  saziş  əsasında  təşkil  edilir. 
Müvafiq  saziş  ilə  təhqiqat  obyekti  olan  faktlar,  komissiyanın  təşkil  edilmə  müddəti 
və  qaydası,  onun  üzvlərinin  səlahiyyət  dairəsi  müəyyən  edilir  (m.10).  Beynəlxalq 
mübahisələrin    subyekti  olan  dövlətlər  təhqiqat  komissiyasında  onun  maraqlarını 
müdafiə etmək  üçün öz agentlərini,  məsləhətçilərini  və  vəkillərini təyin edə bilərlər. 
Tərəflər  faktiki  halların  araşdırılması  və  onlara  düzgün  qiymət  verilməsi  məqsədilə 
bütün vasitələri təhqiqat komissiyasına təqdim etməyi öhdələrinə götürürlər.  
 
BMT  Nizamnaməsi  beynəlxalq  mübahisələrin  dinc  həllinin  beynəlxalq  hüquqi 
vasitələri  kimi  təhqiqat  prosedurunun  da  effektivliyinin  artırılması  üçün  normativ 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə