Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

konkret mexanizmləri təsbit edən beynəlxalq sazişlərlə müəyyən olunur və hər hansı 
bir prosesual hərəkətə riayyət edilməsi işə yenidən baxılması üşün əsas ola bilər.  
 
Beynəlxalq  məhkəmələrin  tərkibi  beynəlxalq  arbitrajlardan  fərqli  olaraq 
beynəlxalq iqtisadi mübahisələrin tərəflərinin iradəsindən dolayısı ilə asılıdır, belə ki, 
onlar  təsis  aktlarına  əsasən  qabaqcadan  formalaşdırılır.  Əgər  beynəlxalq  arbitraj 
beynəlxalq  iqtisadi  mübahisələrin  dinc  həllinin  beynəlxalq  hüquqi  vasitələrinin  ən 
qədim  (Qədim  Babilistan,  Çin,  Yunanıstan  və  Romada  tətbiq  edilən) 
insitutlatındandırsa,  beynəlxalq  məhkəmə  baxışı  isə  beynəlxalq  hüququn  yeni 
institutudur və öz başlanğıcını Beynəlxalq Daimi Ədalət Məhkəməsindən götürür.  
 
Müasir beynəlxalq arbitraj baxışına  maraq XVIII əsrin sonuna, 1974-cü  il  ABŞ 
ilə  Böyük  Britaniya  arasında  Arbitraj  haqqında  Müqavilənin  bağlanmasına  təsadüf 
edir.  Arbitraj  ilə  bağlı  ilk  beynəlxalq  sazişin  tarixi  eramızdan  əvvəl  3200-3100-cü 
illərə,  Mesopatomiyanın  (İki  çayarasının)  şəhər  dövlətləri  Laqaş  və  Umma  arasında 
bağlanan sazişə təsadüf edir.  
 
Daimi  beynəlxalq  təsisat  kimi  arbitrajın  universal  beynəlxalq  hüquqi 
tənzimlənməsi isə II Haqa sülh konfransı zamanı medana gəlir. Haqa konvensiyasına 
görə arbitraja müraciət könüllü xaraqter daşıyır və beynəlxalq müqavilələrin təfsiri və 
tətbiqi  məsələləri  ilə,  eləcə  də  “müəyyən  növ”  mübahisələrlə  məhdudlaşırdı  (m.38-
39).  Konvensiya  münsüflər  məhkəməsinin  daimi  Palatasının  yaradılmasını  nəzərdə 
rurur.  
 
Palatanın  üzvləri  6  il  müddətinə  Konvnsiya  iştirakçısı  olan  dövlətlər  tərəfindən 
yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan  və  beynəlxalq  hüquq  sahəsində 
ixtisaslaçşmış mütəxəssis kimi tanınan şəxslərdən təyin olunurdu. Beynəlxalq arbitraj 
proseduru üzrə məsələlər BMT Beynəlxalq Hüquq Komissiyasının müxtəlif vaxtlarda 
keçirilən sessiyalarının da  müzakirə predmeti olub.  1958-ci  ildə   Beynəlxalq  Hüquq 
Komissiyası Arbitraj təhqiqatının Nümunəvi Qaydalarını işləyib hazırlamışdır.  
 
6. 7. Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi 
mübahisələrin həlli qaydası 


 
 
Dünya Ticarət Təşkilatı təsis olunmasından öncə GATT çərçivəsində (m.22-23) 
beynəlxalq  iqtisadi  mübahisələrin  həlli  mexanizmi  nəzərdə  tutulurdu.  GATT 
çərçivəsində mübahisələrin tənzimlənməsi  
 
- ikitərəfli məsləhətləşmə;  
 
-  mübahisə  tərəflərindən  asılı  olmayan  müstəqil  ekspertlərdən  ibarət  olan  işçi 
qrupu (panels) mərhələlərini nəzərdə tuturdu.  
 
Ekspertlər  qrupunun  vəzifəsini  mübahisəyə  baxarkən  hər  iki  tərəf  üçün  məqbul 
olan  həllin  axtarılması  təşkil  edirdi.  Buna  müvffəq  olmadıqda  ekspertlər  tərəflərin 
mövqeləri ilə tanış olduqdan sonra, onlar “GATT hüququ” ilə faktlara qiymət verilən 
məruzə  hazırlayırdılar.  Bu  məsələ  sonradan  GATT  Şurasında  müzakirə  predmeti 
olurdu  və  onun  əsasında  rəy  hazırlanırdı.  Müvafiq  rəy  zərərçəkən  dövlətə  hüquq 
pozan  dövlətə  qarşı  əks  tədbirlər  görmək  hüququ  verirdi.  Mexanizm  dövlətləri 
barışdırmaq məqsədi daşıyırdı.  
 
Havana  Xartiyasından  və  Dünya  Ticarət  Təşkilatı  hüququndan  fərqli  olaraq 
GATT-da  arbitraj  üçün  əsas  verən  beynəlxalq  iqtisadi  mübahisələri  tənzim  edəcək 
normalar  əks  olunmamışdı.  GATT-ın  mübahisələrin  tənzimlənməsi  üzrə  mexanizmi 
təkmil  sayılmadığından  və  “uduzan”  tərəf  həmişə  onun  əleyhinə  çıxdığı  üçün 
Uruqvay raundunda yeni mexanizmin formalaşdırılması zərurəti yaranır.  
 
GATT  Şurasının  GATT-da  mübahisələrin  tənzimlənməsi  üzrə  prosedur  və 
qaydaların  təkminləşdirilməsi  haqqında  Qəbul  etdiyi  Qərar  Dünya  Ticarət 
Təşkilatının təsis edilməsi haqqında Mərakeş Sazişinə 2-ci Əlavə kimi Mübahisələrin 
həlli  üzrə prosedur  və qaydalar  haqqında  Razılaşmanın (Understanding on Rule and 
Prosedures  Gaverning  Settlement  of  Disputes)  qəbul  edilməsinə  zəmin  yaradır. 
Mübahisələrin həlli üçün Dünya Ticarət Təşkilatı hüququna uyğun olaraq institutsion 
əsas  kimi  Dünya  Ticarət  Təşkilatının  Baş  Şurası  tərəfindən  nəzarət  olunan 
Mübahisələrin həlli üzrə Orqan təsis edilir. Dünya Ticarət Təşkilatının təsis edilməsi 
haqqında  sazişin  4-cü  maddəsinə  görə  Mübahisələrin  həlli  üzrə  Orqan  daxili 
qaydalarını özü müəyyən etməklə yanaşı qərarları konsensus əsasında qəbul edir.  


 
Mübahisələrin  həlli  üzrə  Orqan  mübahisələrin  mexanizmlərinin  məcmuundan 
ibarət  sturuktur  kimi  çıxış  edir.  Qərarın  qəbul  edilməsi  zamanı  tətbiq  edilən 
konsensus  xüsusi  qrupun  və  Apellyasiya  üzrə  Orqanın  qərarlarından  imtina 
edilmədikdə (neqativ konsensus yolu ilə) təmin edir.  
 
Mübahisələrin  tənzim  edilməsi  sisteminin  əsas  məqsədini  çoxtərəfli  beynəlxalq 
ticarət  sisteminin  təhlükəsizliyini  və  effektliyini  təmin  etmək  təşkil  edir.  Dünya 
Ticarət  Təşkilatı çərçivəsində  mübahisə bir  üzv-dövlətin digər  üzv-dövlət  tərəfindən 
aparılan  ticarət  və  gömrük  siyasətinin  həmin  dövlətin  Dünya  Ticarət  Təşkilatı 
haqqında  sazişdə  əks  olunan  öhdəliklərə  zidd  olması  qənaitinə  gəldikdə  yaranır. 
Tərəflər  öz  aralarında  razılığa  gələ  bilmədikdə,  iddiaçı  tərəf  Razılaşmaya  müvafiq 
olaraq  müstəqil  orqana  müraciət  edə  bilər.  Iddiaçı  tərəfin  şikayətinin  əsasını  üzv-
dövlətlərin öhdəliklərini pozması faktı təşkil etməlidir.  
 
Mübahisələrin  həlli  üzrə  mexanizm  dövlətdaxili  qanunvericilik  mexanizminə 
münasibətdə  üstünlüyə  malikdir.  Mübahisələrin  həlli  üzrə  Orqanda  üzv-dövlətlərin 
fiziki  şəxsləri  arasında  və  ya  fiziki  şəxslərlə  dövlətlər  arasındakı  mübahisələrə 
baxılmır,  lakin  bu  məsələ  də  istisna  edilmir.  Belə  ki,  bir  sıra  sazişlər  xüsusi  şəxslər 
üçün müəyyən hüquq və vəzifələr nəzərdə tutur.  
 
Mübahisələrin  tənzimlənməsi  mexanizmi  (iştirakçıların  məhdud  sayı  nəzərdə 
tutan  sazişlər  istisna  olmaqla)  Dünya  Ticarət  Təşkilatı  paketinə  daxil  olan  istənilən 
sazişdən  doğan  bütün  növ  mübahisələrə  şamil  edilir.  Təsadüfü  deyil  ki, 
Mübahisələrin  tənzimlənməsinin  prosedur  və  qaydaları  haqqında  Razılaşmanın  2-ci 
Əlavəsində beynəlxalq iqtisadi mübahisələrin xüsusi qaydaları ilə bağlı normaları əks 
etdirən  Dünya  Ticarət  Təşkilatı  paketi  sazişlərinin  (Sanitar  və  fitosanitar  tədbirlərin 
tətbiq  edilməsi  haqqında  Saziş,  Ticarətdə  texniki  maneələr  haqqında  Saziş, 
Antidempinq tədbirləri haqqında Saziş, Xidmətlərlə ticarət haqqında Baş Saziş) və s. 
siyahısı göstərilmişdir.  
 
Tənzimetmə  prosedurlarının  müxtəlifliyinə  baxmayaraq,  bütün  mübahisələrə  
Mübahisələrin  həlli  üzrə  Orqanda  baxılır.  Mübahisələrə  baxılması  mexanizmi  iki 
mərhələdə  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə