- Mübahisələrin həlli üzrə Orqan tərəfindən yaradılan xüsusi qrup (juri)
çərçivəsində;
- Apellyasiya üzrə Orqan səviyyəsində həyata keçirilir.
Xüsusi qruplar və Mübahisələrin həlli üzrə Orqan işə iki aspektdə-faktların
öyrənilməsi nöqteyi-nəzərindən və faktların sazişə uyğunluğu (hüquqi) nöqteyi-
nəzərindən baxılır.
Jüri öz məruzələrində faktları müəyyən edərək təkliflər və tövsiyyələr verir. Bir
qayda olaraq qanunsuz daxili tədbirləri Dünya Ticarət Təşkilatı hüququna
uyğunlaşdırmaq tövsiyə olunur. Apellyasiya üzrə Orqan mərhələsində əsas məqsəd
jüri tərəfindən təqdim olunan faktları və nəticələri təsdiq etmək və ya ləğv etmək,
onlara hüquqi qiymət vermək və tədqiq etmək təşkil edir. Apellyasiya xüsusi qrupun
– jürinin məruzəsi ilə məhdudlaşdırılır. Apellyasiya üzrə Orqan qərar qəbul etmir. O,
yalnız Mübahisələrin həlli üzrə Orqana (Baş Şuraya) işin halları üzrə, tövsiyyələrini
və zəruri hallarda təkliflərini əks etdirən məruzə təqdim edir. Beləliklə,
Mübahisələrin həlli üzrə Orqan Apellyasiya üzrə Orqan tərəfindən məruzədə təklif
olunan məsələlərə, onların qanuniliyinə nəzarət edir.
Mübahisələrin tənzim edilməsi zərərçəkən tərəfin şikayətinə əsasən onun
hüquqlarının pozulması səbəbindən yaransa da, tənzimetmənin əsas məqsədi digər
beymnəlxalq məhkəmə prosesində olduğu kimi pozulmuş hüquqların birbaşa bərpası
deyil, Dünya Ticarət Təşkilatının təsisi haqqında Sazişə müvafiq olaraq, qarşılıqlı
kompromisə gəlməklə beynəlxalq iqtisadi mübahisənin həllidir. Istənilən
mübahisənin həllində olduğu kimi, Dünya Ticarət Təşkilatı sistemində də
mübahisələrin ilkin həllində tərəflərin danışıqları nəzərdə tutulub.
6.8. İnvestisiya mübahisələrinin həlli Mərkəzi
Beynəlxalq investisiya münasibətlərində də stabilliyin və təhlükəsizliyin təmin
edilməsində həlledici məsələlərdən biri də meydana çıxa biləcək mübahisələrin
davamlı həlli vasitələrinin təmin edilməsidir.
Xarici investisiyaların müdafiəsi və mübahisələrin həlli prosedurunun təsis
edilməsi problem olaraq XX əsrdə inkişaf etmiş dövlətlərlə inkişafda olan dövlətlər
arasında qözğın diskussiyaların mövzusu olmuşdur. Nəticə etibarilə hər hansı
beynəlxalq və ya xarici arbitraj prosedurunu qəbul etməyə inkişafda olan dövlətlərin
“Kalvo doktirinası” və “Hall formulasına” əsaslanan qərb təminat modeli meydana
gəlmişdir . Birinci konsepsiyanın təsiri ilə XX əsrin 70-ci illərində xarici investisiya
mübahisələrinin arbitraj həllinin müstəsna olaraq milli yuridiksiyaya tabe etdirən
BMT-nin məlum (YBİQ-nin müəyyən edilməsi üzrə Proqram və Bəyannaməsi,
həmçinin Dövlətlərin iqtisadi və hüquq vəzifələri Xartiyası) sazişləri qəbul edilir. Bu
sazişlərin qəbulunu sürətləndirən amillərdən biri Beynəlxalq Yenidənqurma və
İnkişaf Bankının təşəbbüsü ilə hazırlanmış və 1965-ci ildə qəbul edilmiş Dövlətlər
digər dövlətin şəxsləri arasında investisiya mübahisələrinin həlli haqqında Vaşinqton
Konvensiyasına uyğun olaraq İnvestisiyaların həlli üzrə beynəlxalq Mərkəzin
(İnternational Center For Settlement of İnvesment Disputes-ICSID) təsis edilməsi
olmuşdur.
XX əsrin 60-cı illərində transmilli arbitraj praktikası xarici investisiya
mübahisələrinin həllinin qeyri-milli sistemlərinin formalaşdırmağa başladığı zaman
belə bir fikir, mövqe qəbul edilməkdə idi ki, xarici kapital qoyuluşunun səmərəli
müdafiəsi üçün dövlətdənkənar arbitraj proseduru yaradılmalıdır. Bunu həmin dövrdə
bağlanan arbitraj qeyd-şərtləri də təsdiqləyir. Transmilli arbitraj mexanizmlərinin
təsis edilməsi istəyi xarici investorun qəbul edən dövlətin ərazisində özünün
əmlakının milliləşdirmədən və həmçinin analoji tədbirlərdən qorumaqla bağlı olub.
Xarici investorun qəbul edən dövlətdə qeyri-bərabər hüquqi vəziyyəti bir tərəfdən,
müxtəlif hüquqi siyasi rejimli dövlətlərdə mülkiyyət hüquqlarına olan münasibətlə
bağlı olurdusa, digər tərəfdən isə, ənənəvi olaraq xarici kapitallar qeyri-normal
münasibətdə yaranırdı. Xarici investisiyaların hüquqi rejimi üçün ümumi xaraqterik
hal ondan ibarətdir ki, qəbul edən dövlətin ərazisində sahibkarlıq fəaliyyəti
təminatlandırılmalıdır. Qəbul edən dövlətin qanunvericilik yurisdiksiyasında olan
xarici investor inzibati tədbirlərdən sığortalanmalı, həmçinin meydana çıxa biləcək
mübahisələrin ədalətli həllinə nail olmalıdır. Mübahisələrin dövlətdaxili həlli
vasitələri isə buna imkan vermir. Buna görə də, bağlanan beynəlxalq kontraktlarda
əksər halda istər məhkəmə, istərsə də qanunvericilik yurisdiksiyası beynəlxalq
mexanizmlərə və beynəlxalq hüquq qaydasına tabe edilir .
Qeyd etdiyimiz kimi xarici kapital qoyuluşu sferasında yaranan mübahisələrin
həlli vasitəsi kimi Vaşiqton Konvensiyası əsasında İnvestisiya mübahisələrinin həlli
üzrə beynəlxalq Mərkəz təsis edilmişdir. Beynəlxalq hüququn mübahisələrin dinc
yolla həlli prinsipinə əsasən meydana gələn Vaşiqton Konvensiyası beynəlxalq
iqtisadi əməkdaşlığı daha da genişləndirmişdir. Konvensiya 46 dövlətin iştirakı ilə
hazırlansa da, bağlandıqdan sonra qısa müddətdə onun hüquqi qüvv əkəsb etməsi bir
daha onun xüsusi əhəmiyyətindən xəbər verir.
Konvensiyanı hazırlayanlar belə bir məqsəd güdmüşlər ki, investisiya
mübahisələrinin əhəmiyyətli hissəsinə obyektivliyi, qərəzsizliyi və tərəfsizliyi təmin
etmək üçü milli məhkəmələrdə deyil, beynəlxalq Mərkəzdə baxılmalıdır. Müvafiq
mübahisələrin ICSID-ə verilməsi üçün, Konvensiyaya görə, investisiya kontraktları,
sazişləri əsasında mümkün olmalıdır. Buradan belə bir nəticə hasil olunur ki,
mübahisələrin həlli məqsədilə Mərkəzə müraciət etmək könüllü xaraqter daşıyır və
müvafiq prosedur mövcud mübahisələrin həlli üzrə qrumlardan biri kimi çıxış edir.
Lakin Konvensiyanın analizi belə deməyə əsas verir ki, Konvensiyada nəzərdə
tutulan arbitraj proseduru heç də könüllülük prinsipinə əsaslanmır. Belə ki,
dövlətlərin Konvensiyada iştirakının mütləq şərtlərindən biri odur ki, dövlət xüsusi
investorla bağladığı kontrakta özünün təşəbbüsü ilə arbitraj qeyd-şərti edə bilməz.
Başqa sözlə desək, Konvensiyaya görə, investisiya kontraktında arbitraj qeyd-şərtini
formalaşdırmaq hüququ dövlətə deyil, xüsusi investora məxsusdur. Məhz bu
məsələni nəzərə alaraq bir çox inkişafda olan dövlətlər Konvensiyanı imzalamağa
meyilli olmamışlar.
Dostları ilə paylaş: |