Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
Konvensiyada  ifadə  edilən  əhəmiyyətli  məsələlərdən  biri  investisiya 
mübahisələrinin anlayışının təsbit edilməsidir. İnvestisiya mübahisələri razılığa gələn 
dövlətlərlə digər razılığa gələn dölətlərin şəxsləri arasında  
- xarici investisiya münasibətlərindən yaranan;  
- razılığa gələn dövlətlə xarici investor arasında;  
-  investisiya  kontraktı  üzrə  öhtəliyin  pozulmasına  görə  konpensasiyanın  həcmi  və 
şərtləri,  tərəflərin  hüquq  və  vəzifələrinin  mahiyyətinə  aid  hüquqi  mübahisələr  kimi 
qeyd edilir (m.25).  
 
6.9. Enerji Xartiyasına Müqavilə çərçivəsində 
mübahisələrin həlli qaydası 
 
 Enerji 
Xartiyasına 
Müqavilənin 
hüquqi 
tənzimetmədə 
əhəmiyyətli 
xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki,  enerji  sektorunda  meydana  çıxacaq 
mübahisələrin hüquqi vasitələrlə həllini nəzərdə tutur. Müqavilədə həm razılığa gələn 
tərəflərin  Müqavilə  müddəalarının  təfsiri  və  tətbiqi  ilə  bağlı  (m.27),  həmçinin 
investorla  qəbul  edən  dövlət  arasındakı  mübahisələrin  həlli  (m.26)  proseduru  əks 
olunub.  Enerji  Xartiyasına  Müqavildə  xüsusi  investorla  dövlət  arasındakı 
mübahisənin  (bir  qayda  olaraq  ticarət-sənaye  palataları  nəzdində  fəaliyyət  göstərən 
instriksional beynəlxalq arbitraj qaydası ilə yanaşı) beynəlxalq məhkəmə qaydasında 
həllinin  nəzərdə  tutulması  (Müqavilənin  26-cı  maddəsində  qeyd  olunur  ki,  4-cü 
bəndə  uyğun  olaraq  təsis  olunan  arbitraj  məhkəməsi  mübahisəli  məsələləri  bu 
müqaviləyə  və  beynəlxalq  hüququn  tətbiq  olunmalı  norma  və  prinsiplərinə  uyğun 
həll  edir.  m.26.6)  müddəası  müasir  beynəlxalq  hüququda  dövlətlə  investor  arasında 
bağlanan  “konsenssiya”  müqavilələrin  beynənilləşməsi  ilə  bağlıdır  (“Əsrin 
Müqaviləsi”m.23.1)  Müssid  beynəlxalq  hüququ  yalnız  dövlətlərarası  müqavilələrə 
deyil,  həmçinin  onun  fəaliyyət  sferası  yeni  yaratmaq  olduğu  və  əsasını  dövlət 
kontraktları təşkil etdiyi beynəlxalq kontrakt hüququna da şamil edilir. 


Enerji  Xartiyasına  Müqavilədə  mübahisələrin  həlli  mexanizmi  enerji 
resurslarının  ticarəti,  investisiya  qoyuluşu,  ekologiya,  tranzit  və  d.  məsələlərlə  bağlı 
mübahisələrin  həllini  nəzərdə  tutmaqla  müəyyən  spesifkliyə  də  malikdir. 
Mübahisələrin  həllinin daha effektli  həlli  vasitəsi kimi beynəlxalq arbitraj presuduru 
nəzərdə  tutulur.  Enerji  Xartiyasına  Müqavilənin  26-cı  maddəsinə  görə  beynəlxalq 
regional  kontraktlardan  yaranan  mübahisələrin  həllində  tərəflərdən  biri  mübahisənin 
danışıqlar  vasitəsilə  həlli  üçün  digər  tərəfə  müraciət  etdiyi  andan  3  ay  müddətində 
mübahisə həll edilmədikdə investor mübahisənin həlli üçün  
-  mübahisə  tərəfinin,  razılığa  gələn  tərəfin  məhkəmələrinə  və  inzibati 
tribunalarına   2(a);  
-  mübahisələrin  həlli  üzrə  öncədən  razılaşdırılmış  istənilən  tətbiq  edilə  biləcək 
prosedura 2(b);  
-  investisiya  mübahisələrinin  həlli  üzrə  Beynəlxalq  Mərkəzin  Arbitraj 
Məhkəməsinə  4  (a);  və  ya  UNCITRAL-ın  Arbitrajın  Reqlamentinə  uyğun  olaraq  ad 
hoc arbitrajlara 4(b);   
-  Stokholm  Beynəlxalq  Ticarət  Palatasının  Arbitraj  institutunun  arbitraj   
məhkəməsinə 4 (c) müraciət edə bilər.  
Arbitraj  prosedurunun  seçilməsi  üçün  razılığa  gələn  tərəfin  həmin  mexanizmləri 
təsis edən beynəlxalq sazişlərdə iştirakı zəruridir.  
Enerji Xartiyasına Müqavilədə dövlətlərarası mübahisələrin həlli də 
özünəməxsusluğa  malikdir.  Belə  ki,  enerji  təhlükəsizliyi  ekoloji  təhlükəsizlikdən 
üstün  tutulduğu  üçün  ekoloji  mübahisələrin  həllində  arbitraj  proseduru  deyil, 
diplomatik  vasitələr  nəzərdə  tutulur.  Diplomatik  vasitələrlə  həll  edilən  digər  məsələ 
energetika  sferasında  rəqabət  problemidir  (m.27.2),  Müqavilənin  tətbiqi  və  təfsiri 
üzrə diplomatik kanallar özünün nəticəsini verməzsə, ad hoc beynəlxalq arbitraj təsis 
edilməlidir  (m.27.2,3),  Mübahisədə  iştirak  edən,  razılığa  gələn  tərəflər  başqa    hal 
nəzərdə  tutmazlarsa,  Arbitraj  Məhkəməsi  Haaqada  keçirilir  və  Münsiflər 
Məhkəməsinin  Daimi  Palatasının  xidməti  vasitələrindən  istifadə  edilir  (m.27(k)). 
Əsasən UNCITRAL-ın arbitraj Reqlamenti tətbiq edilir (m.27(f)).  


 
6.10. Enerji resurslarının boru kəmərləri ilə tranzit  
nəqlində mübahisələrin həlli qaydasının proseduru  
 
 
Müasir  dövrdə  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  baxımından  enerji 
resurslarının stabil və davamlı nəqli mühüm əhəmiyyət kəsb edir. Enerji Xartiyasına 
Müqavilənin  tranzitlə  bağlı  7-ci  maddəsi  mübahisənin  həlli  zamanı  barışıq  və 
vasitəçilik  proseduruna  əsaslanır.  Enerji  resurslsrının  tranziti  ilə  əlaqədar  meydana 
çıxan  mübahisələr  razılığa  gələn  tərəflər  arasında  razılaşdırılmış  qaydalar 
tükəndikdən  sonra  Xartiya  üzrə  Konfıransın  Baş  katibinin  iştirakçısı  tərəflərlə 
məşvərətindən  sonra  təyin  etdiyi  vasitəçi  tərəfindən  həll  edilir.  Mübahisə  tərəfi 
mübahisənin  mahiyyəti  ilə  əlaqədar  Baş  katibə  bildiriş  verir,  sonuncu  isə  öz 
növbəsində bütün iştirakçı-dövlətləri bu barədə məlumatlandırır.  
Baş  katib  mübahisə  tərəfi  olan  üzv-dövlətdən  bildiriş  aldıqdan  sonra  30  gün 
müddətində  mübahisə  predimeti  üzrə  səriştəli  və  iştirakçı  dövlətlərə,  münasibətdə 
neytral  olan  şəxsi  vasitəçi  təyin  edir.  90  gün  müddətində  vasitəçi  mübahisənin  həlli 
üzrə prosedur qayda ilə bağlı tövsiyə, mübahisənin son həllinə kimi tətbiq edilməli və 
tərəflərin  gözləməli  olduğu tranzit tarifləri və şərtləri  üzrə qərar qəbul edir. Razılığa 
gələn  tərəflər  onların  nəzarətində  və  ya  yurisdiksiyasında  olan  subyektlərin  – 
vasitəçilərin  mübahisənin  həllinə qədər və  ya 12 ay  müddəti  üçün tranzit tarifləri  və 
şərtləri üzrə qəbul etdiyi aralıq qərarına riayət etmək öhdəliyi daşıyırlar.  
Xartiya  üzrə  Konfırans  barışıq  prosedurunun  keçirilməsi  və  vasitəçinin 
mükafatlandırılması üzrə nümunəvi qaydalar qəbul etmişdir.  
Tranzitlə  bağlı  dövlətlərarası  mübahisələrin  də  həllində  ilk  öncə  diplomatik 
vasitələr  nəzərdə  tutulur.  RF  ilə  Ukrayna,  Belorusiya  ilə  RF  arasında  tranzit 
mübahisələrinin diplomatik vasitələrlə həlli  misal kimi qeyd edilə bilər. Şübhəsiz ki, 
arbitraj 
qaydasında 
mübahisələrin 
həlli 
mexanizmi 
beynəlxalq 
enerji 
təhlükəsizliyinin  təminatı  üçün  daha  səmərəli  ola  bilər.  Təsadüfi  deyil  ki,  Enerji 
Xartiyasına  Müqaviləyə  qəbul  ediləcək  çoxtərəfli  Tranzit  Protokolunun  layihəsində 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə