- ayrı-seçkilik olmadan;
- zəruri hüquqi prosedurları gözləməklə;
- çevik, ədalətli və effektli konpensasiya verməklə yol verilir.
İnvestor milliləşdirmə həyata keçirən dövlətin qanunvericiliyinə uyğun olaraq
həmin dövlətin müvafiq məhkəməsinə və ya digər səlahiyyətli müstəqil orqana
qiymətləndirmə və ödəmə ilə bağlı müraciət etmək hüququna malikdir (m. 13(2)).
Müqavilədə müharibə, hərbi konflikt, vətəndaş itaətsizliyi və başqa analoji hadisələr
zamanı dəymiş zərərə görə restitusiya (ödəmə) nəzərdə tutulur (m.12). Əmlakın
məhv olmasına görə çevik, kifayət qədər də effektli restitusiya və ya ödəmə rejimi və
istənilən tənzimetmə növü üçün ərazisində müvafiq hadisələr baş vermiş dövlətin öz
investorlarına, istənilən razılığa gələn digər tərəfin investorlarına və ya üçüncü
dövlətin investorlarına təqdim olunan rejimdə daha əlverişli rejim təqdim edilir.
İnvestisiyaların müdafiəsi və yaxud da dəymiş zərərə görə ədalətli konpensasiya
prinsipi beynəlxalq hüquqi ifadəyə malik olduğu kimi, dövlətdaxili hüquqla da təsbit
edilib. Xüsusi mülkiyyətin qanunla qorunması Prinsipi, ilk növbədə konstitusiya
əsasına malikdir. AR Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, AR-də
mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Konstitusiyasında (1995) xarici investorlar üçün
qanunvericilik təminatı ilə bağlı müəyyən sistem fəaliyyət göstərir. 29-cu maddədə
qeyd edilir ki, heç ki mülkiyyətçinin iradəsinin əksinə olaraq onu mülkiyyətindən
məhrum edə bilməz. Yalnız məhkəmənin qərarı mülkiyyət hüququnun məcburi
kəsilməsi üçün əsas ola bilər.
10.8. İnvestisiya münasibətlərinin Dünya Ticarət Təşkilatı çərçivəsində
beynəlxalq hüquqi tənzimlənməsi
Xarici investisiyaların universal qaydada tənzimlənməsi GATT-ın Uruqvay
(1986-1994) raunduna təsadüf edir. Hərgah xarici kapital qoyuluşunun müxtəlif
aspektlərinə, o cümlədən xarici investisiyaların maliyyə aspektlərinə Beynəlxalq
Valyuta Fondunun təsis Sazişində (m.IV.b.3), ticarət aspektinə Tariflər və Ticarət
üzrə Baş Sazişdə (GATT) münasibət ifadə edilib. Mübahisələrin həlli qaydaları,
investisiya təhlükəsizliyi və qeyri-kommersiya risklərinin sığorta mexanizmiləri də
müxtəlif vaxtlarda universal qaydada beynəlxalq hüquqi tənzimetmənin predmetinə
daxil edilmişdir. Belə ki, 1965-ci ildə Dövlətlə digər dövlətin şəxsləri arasında
investisiya mübahisələrinin həlli qaydaları haqqında Vaşinqton Konvensiyası
İnvestisiya Mübahisələrinin həlli üzre Mərkəzi təsis etmişdirsə, bir qədər sonra 1985-
ci ildə İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Suel
Konvensiyasının qəbulu problemin həllində yeni bir mərhələnin başlanğıcını
qoymuşdur. Bilavasitə investisiya fəaliyyəti, investisiyaların daxilolma mexanizmi və
diger bu kimi məsələlər müxtəlif səbəblərdən universal beynəlxalq hüquqi
tənzimetmənin obyektinə daxil edilməmişdir. Yalniz, Uruqvay raundu ilk dəfə bu
məsələyə müəyyən bir münasibət bildirir. Belə ki, digər sazişlərlə yanaşı Xidmətlərlə
ticarət üzrə Baş Saziş (GATS), Investisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş
(TRIMS) və Əqli mülkiyyətin ticarət aspektləri üzrə Saziş (TRIPS) qəbul edilir.
Özünün məhdud xarakterinə baxmayaraq TRIMS bilavasitə xarici investisiya
qoyuluşunu tənzim edən sənəd kimi qəbul edilməkdədir.
Beynəlxalq Ticarət Təşkilatının yaradılmasında məqsəd Beynəlxalq Valyuta
Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ardınca beynəlxalq ticarət
və investisiya münasibətlərinin davamlı tənzimlənməsini təmin etmək təşkil edirdi.
Bu məqsəd Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsində də təsbit edilmişdi. Bir
qisim dövlətlərin maraqlarına cavab verməyən müvafiq layihə qəbul edilməsə də,
problemin həllinə qismən də olsa, nail olmaq məqsədi ilə GATT qəbul edilir.
Xarici investisiyaların, o cümlədən, transmilli korporsiyaların fəaliyyətinin
tənzimlənməsi,
həmçinin
onlara
nəzarət,
bir
qayda
olaraq
dövlətdaxili
qanunuvericiliklə təmin edilirdi. GATT-ın qəbul edilməsi yalnız ticarət
münasibətlərinə deyil, beynəlxalq investisiya münasibətlərinin də hüquqi
tənzimlənməsinə təsir etmiş olur. GATT-ın qəbul edilməsi problemin universal
qaydada beynəlxalq hüquqi tənzimlənməsinin başlanğıcını qoyur. Məlum olduğu
kimi,
GATT
iştirakçı
dövlətlərə
ticarət
münasibətlərində
yalnız
tarif
tənzimlənməsindən istifadə etməyə icazə verir. Şübhəsiz ki, investisitya
münasibətlərinin kompleks tənzimlənməsi GATT çərçivəsində mümkün deyildi.
GATT müddəaları müasir beybəlxalq ticarət münasibətlərində yalnız qarşılıqlı tarif
məhdudlaşdırılmasına əsaslandığından, bilavasitə xarici investisiyaları tənzim edə
bilməzdi. Bunu nəzərə alaraq, ancaq çoxtərəfli ticarət danışıqlarının Uruqvay
raundunda bu məsələ yeni məzmunda gündəliyə gətirilir. TRIMS-in bir sıra
məsələləri qeyri-müəyyən olaraq qalmaqdadır.
TRIMS təbii ehtiyatlar üzərində “ayrılmaz” dövlət suverenliyi prinsipinə uyğun
olaraq transmilli korporasiyaların ayrı-seçkilik siyasətinə qarşı əsasən inkişafda olan
ölkələrin maraqlarına yönəldiyinə onun bəzi müddəaları xarici investor üçün müxtəlif
məhdudlaşdırıcı tələblərə əsaslanır və müvafiq dövlətlərin milli təhlükəsizliyin təmin
olunmasına yönəlib. Daha çox diqqət cəlb edən tələblərdən xarici investor istehsal
etdiyi məhsulun və ya xidmətin müəyyən hissəsini yerli bazarda realizə etməli və
yaxud da müvafiq dövlətdə müəyyən istehsal sahələrini inkişaf etdirmək öhdəliyidir.
İxracla bağlı tələbə görə investor növbəti sadalanan şərtlər daxilində istehsal etdiyi
məhsulu ixrac edə bilər:
a) istehsal olunmuş məhsulun müəyyən edilən minimal sayından; və ya
b) son məhsulun müəyyən mütləq sayından; və ya
c) xarici investorun idxal satın almalarını kompensasiya edən sayından; və ya
d) elə bir ölçüdə ki, xarici investorun bütün valyuta xərcləri bağlanmış olsun.
Xarici kapital qoyuluşunda qəbul edən dövlətin ictimai maraqları (həmrəylik
inkişaf hüququ) ilə xarici investorun (fərdi mülkiyyət) hüquqları toqquşur. Əslində,
bu iki inkişaf meylinin xüsusi mülkiyyətin mütləq müdafiəsinin qərb modeli ilə
həmrəylik maraqlarından çıxış edən şərq modelinin toqquşmasıdır. Bundan çıxış
yolu isə hər iki tərəfin maraqlarının maksimum uzlaşdırılması nəticəsində
mümkündür. İnkişafda olan ölkələr TRIMS-dən onun əvəzində daha təminatlı
beynəlxalq hüquqi mexanizm aldıqları halda imtina edə bilərlər. Bu sahədə istənilən
Dostları ilə paylaş: |