Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə61/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   57   58   59   60   61   62   63   64   ...   213

 

143


 

Dünya qiymətlərinin formalaşmasının təsvir edilmiş mexanizmi göstəriri ki, o daxili 

qiymətlərin səviyyəsinin müəyəən edilməsi üçün çərti və məhdud olaraq istifadə edilə bilər. 

Bu, xüsusilə iri həcmli daxili bazara malik ölkələr üçün xarakterikdir. 

Bu,  bircinsli  əmtəələrin  daxili  və  dünya  qiymətlərinin  səviyyələri  arasında  olan 

qarşlılqlı əlaqənin əsas kəmiyyət cəhətləri ilə də təsdiq olunur: 

1)

 

daxili və dünya qiymətlərinin üst-üstə düşməsinə çox nadir hallarda rast gəlinir



2)

 

bir qayda olaraq daxili qiymətlər dünya qiymətlərindən çox olur; 



3)

 

dünya  qiymətləri  ilə  müqayisədə  daxili  qiymətlərin  adah  yüksək  səviyyəsinin 



formalaşması  inkişaf  səviyyələrindən  asılı  olmayaraq  bütün  ökələr  üçün 

xarakterikdir; 

4)

 

daxili  qiymətlərin  üstünlüyü  idxal  qiymətlər  üçün  daha  çox  xarakterikdir,  ixrac 



qiymətləri üçün üstünlük dərəcəsi daha azdır; 

5)

 



bəzi xammal əmtəələri üçün əks mövqe – daxili qiymətlərin dünya qiymətlərindən az 

olması xarakterikdir (bu özünü xüsusilə neft və neft məhsulları üzrə göstərir). 

Dünya qiymətləri bazar konyukturasının təsiri altında dəyişir və ümumilikdə artmağa 

doğru  meyllidir,  lakin  artım  daim  baş  vermir  və  müxtəlif  əmtəə  qrupları  üçün  artımın 

intensivlik dərəcəsi müxtəlifdir. Dünya qiymətlərində XX əsrin ikinci yarısında və 1990-cı 

illərində  baş  verən  dəyişiklikləri  müşahidə  etmək  üçün  Şəkil  4.1,  Cədvəl  4.10  və  4.11-ə 

diqqət yetirək. 

Ümumilikdə  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  XX  əsrin  ikinci  yarısında  sdünya 

qiymətlərində artım meyli hökmran rolunu oynamışdır. Bununla yanaşı, sənaye əmtəələrinin 

qiymətləri daha yüksək templərlə artmışdır. Onun orta illik artımı 1950-73-cü illərdə 9.8%, 

1973-90-cı  illərdə  5.5%,  1990-2002-ci  illərdə  isə  6.0%  təşkil  etmişdir.  Kənd  təsərrüfatı 

məhsullarının qiymətləri isə daha aşağı templərlə artmışdır. 

Digər tərəfdən 1950-73-cü illərdə bütün əmtəə qrupları üzrə qiymət qrtımı templəri 

yüksək  olmuş  (ikinci  dünya  müharibəsindən  sonra  əmtəə  çatışmazlığı  ilə  əlaqədar),  1973-

90-cı illərdə bu artım nisbətən zəifləmiş (dünya iqtisadi böhranı ilə əlaqədar), 1990-cı ildən 

etibarən isə yenidən güclənmişdir. 

Ərzaq  məhsullarının  dünya  qiymətlərinin  dəyişməsi  əsasən  qısamüddətli  konyuktur 

və  təbii  amillərlə  əlaqədardır.  Bununla  yanaşı,  bu  bazarda  sənayecə  inkişaf  etmiş  ölkələr 

tərəfindən istehsal edilmiş ərzaq məhsullarının (buğda, qarğıdalı və s.) qiymətlərinin artımı 

və inkişaf etməkdə olan ölkələrin istehsal etdikləri əmtəələrin  




 

144


 

Sənaye əmtəələri

Hasilat sənayesi 

məhsulları

Kənd təsərrüfatı 

m

ə

h

s

u

l

l

a

r

ı

100


1000

10000


1950

55

60



65

70

75



80

85

90



95

2002


İndeks

 

 



Şəkil 4.1 Qiymət indekslərinin dinamikası, (1950=100) 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003.  

 

Cədvəl 4.10 



Qiymət indekslərinin orta illik dəyişməsi 

 

 



Kənd təsərrüfatı 

məhsulları 

Hasilat sənayesi 

məhsulları 

Sənaye əmtəələri 

1950-73 

4.3 


7.4 

9.8 


1973-90 

2.4 


0.5 

5.5 


1990-02 

3.8 


3.4 

6.0 


 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003.  

 

Cədvəl 4.11 



1993-2002-ci illərdə qiymət indekslərinin dinamikası, (1995=100) 

 

 



1993  1994  1995  1996  1997  1998  1999  2000  2001  2002 

Ümumilikdə 

əmtəələr üzrə 

86 


90 

100 


99 

93 


88 

88 


89 

86 


87 

Kənd təsərrüfatı 

məhsulları 

84 


89 

100 


99 

92 


86 

82 


79 

78 


79 

Hasilat sənayesi 

92 


90 

100 


110 

105 


81 

94 


131 

120 


119 


 

145


 

məhsulları 

Sənaye əmtəələri 

87 


91 

100 


98 

98 


90 

89 


87 

85 


86 

 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003. 

 

(kofe istisna olmaqla) qiymətlərinin azalması meyli müşahidə edilir. Ümumilikdə isə ərzaq 



məhsullarının  qiymətlərinin  dinamikası  özünün  mülayimliyi  ilə  xarakterizə  edilə  bilər. 

1950-2002-ci  illərdə  onun  orta  illik  artım  tempi  1.5%-i  keçməmişdir.  XX  əsrin  ikinci 

yarısında  ən  yüksək  artım  tempi  ət  və  balıq  məhsulları  üzrə  müşahidə  edilmişdir.  1990-cı 

illərdə  isə  çay,  kofe,  kakao,  banan,  qoyun  əti  istisna  olmaqla  əksər  ərzaq  məhsulları  üzrə 

azalma tendensiyası mövcud olmuşdur.  

Kənd  təsərrüfatı  xammalına  gəldikdə  isə  burara  üç  qrupu  fərqləndirmək  olar. 

Toxuculuq  liflərinin,  dəmir  və  marqans  filizlərinin  və  kauçukun  daxil  olduğu  birinci  qrup 

xammallar üzrə qiymətlər o qədər yüksək templə artmamışdır. Bu qrup üzrəı 1950-2002-ci 

illərdə orta illik artım tempi 1.1%-ə bərabər olmuşdur. 

Digər qütbdə qərarlaşan ikinci qrup kənd təsərrüfatı xammalları üzrə isə qiymətlərin 

orta illik artım tempi göstərilən dövr üzrə 4.5-5.0% təşkil etmişdir. Bu qrup əmtəələrə dəri 

xammalı və ağac məmulatlarının aid etmək olar. 

Orta  mövqe  tutan  üçüncü  qrupda  isə  qiymətlər  illik  orta  hesabla  2.8-3.3%-lə 

artmışdır. Bu qrupa mineral gübrələr və kimyəvi gübrələr üçün xammalı aid etmək olar. 

1970-ci  illərdə  sahəvi  kartellərin  aqressiv  siyasəti  nəticəsində  enerji  resurslarının 

qiymətlərində  müşahidə  olunan  artım  1980-ci  illərdə  neft  hasil  edən  ölkələrin  sayının 

sayının  çoxalması  və  inkişaf  etmiş  ölkələrin  qənaətli  texnologiyalara  keçidi  nəticəsində 

zəifləmişdir. 1990-cı illərin birinci yarısında neftin qiymətlərində düşüş müşahidə edilmişdir 

ki,  bu  da  bazarda  yeni  ixracatçıların  (xüsusilə  keçmiş  postsosialist  ölkələrinin)  meydana 

gəlməsi  ilə  əlaqədar  olmuşdur.  Lakin  1990-cı  illərin  ikinci  yarısından  etibarən  onun 

qiymətlərində yenidən artım müşahidə edilməyə başlanmışdır. 

Sənaye əmtəələrinin qiymətləri isə özünün yüksək dinamizmi ilə xarakterizə olunur. 

Onun  tərkibində  xüsusilə  kimya  məhsullarının  və  maşınqayırma  əmtəələrinin  qiymətləri 

sürətlə yüksəlmişdir ki, bu da onların elmtutumluluğunun yüksək olması ilə əlaqədardır. 

 

4.5. Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri 

 

 

Xarici ticarət siyasəti anlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə 

digər  ölkələrlə  ticarət  münasibətlərinə  məqsədyönlü  təsiri  başa  düşülür.  Xarici  ticarət 

siyasəti  dövlətin  ümumi  iqtisadi  siyasətinin  vacib  tərkib  hissəsidir.  Təsərrüfat  inkişafının 

daxili  aspektləri  ilə  sıx  əlaqədə  olduğundan  xarici  ticarət  siyasətinin  əsas  vəzifəsi  ölkənin 

daxili istehsalının genişləndirilməsi və milli sərvətin artırılması üçün əlverişli xarici iqtisadi 

şəraitin formalaşdırılmasıdır. 

Ölkənin beynəlxalq ticarətə  müdaxilə etməsinin həcmindən asılı olaraq azad ticarət 

siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir. 

Azad ticarət siyasəti zamanı dövlət xarici ticarətə minimum müdaxilə siyasəti yeridir 

və xarici ticarət azad bazar qüvvələri, tələb və təklif əsasında inkişaf edir. 



Proteksionizm siyasəti zamanı isə ticarət siyasətinin tarif və qeyri-tarif vasitələrindən 

istifadə etməklə daxili bazarın xarici rəqabətdən müdafiəsi siyasəti həyata keçirilir. 

Proteksionizm  nəzəriyyəsinin  ən  ümumiləşdirilmiş  təsviri  avstraliya  alimi  Maks 

Kordenin  adı  ilə  bağlıdır.  O  özünün  ―Proteksionizm  nəzəriyyəsi‖  (1971)  adlı  kitabında 

göstərirdi ki, xarici ticarətin dövlət tənzimlənməsi birtərəfli, ikitərəfli və çoxtərəfli ola bilər. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə