130
BEŞINCI HISSƏ
çoban yolun kənarında dayanır və bizə ən dərin hörmətini bildirərək
əyilir. Onu xatırladım. Bir neçə gün bundan əvvəl məşqlərdən
qayıdanda düzənlikdə görüşdük. Bu sadə insan, yəqin ki, bundan
əvvəl gördüklərini raket startı ilə assosiasiya edirdi. Onun hərəkəti
mənə unudulmaz təsir bağışladı. Buna əlavə isə yolda
bizi görən digər
insanların həmçinin baş əymələri idi.
Kosmodrom hər dəfə daha yaxındır. General Leonov bəlkə də
fikrə getdiyimi görüb, özünün düzənlikdəki ovları və heyvanların
adətləri ilə məni maraqlandırmaq istəyir. Fikirlərim isə uzaqda,
doğmalarımın yanındadır. Mənimlə olmadıqlarına çox heyfsilənirəm.
Uzaqda olduqlarından yəqin daha çox həyəcan yaşayırlar. Bircə Mila
cəsarətini itirməsin. Bu, çətin olacaq. Amma bacarmalıdır. Uşaqlar
onun reaksiyasın baxacaqlar. Oğlum Mirek, yəqin ki, fəxr edəcək,
qızım Milutka isə hələ baş verənləri anlamır. Bu gün səhər onlarla
danışdım və qızım soruşdu: “Atacan, sən artıq kosmosundan mənə
zəng edirsən?” Mən güləndə əlavə etdi: “Amma mənə ordan canlı
ulduz gətir”. O vəziyyətdə mənim üçün ən vacib tapşırıq məhz bu ola
bilərdi. Sevimli balalarım, indi məndə ancaq sizin şəkilləriniz var.
Uşaqlar atalarının kosmosa uçuşlarını fərqli tərzdə, bəziləri
çox ciddi yaşayırlar. İkiqat təcrübəyə malik olan Mişa Klimuk
oğlum Mirekə Kosmos haqqında kişisayaq biliklər verirdi. Volodya
Canibekovun qızı çox maraqlı reaksiya vermişdi. O, Kosmosdan atası
haqqında növbəti reportaja baxanda demişdi: “Atam artıq üç gündür
ki, televiziyada işləyir”. Uşaqların təxəyyülləri zəngindir. Lakin bizi
qabaqda gözləyənlər, deyəsən, daha fantastik olacaqdır.
Uzaq üfüqdə böyük binalar görünür. General Leonov göy səmanın
fonunda düz yuxarı tuşlanmış raketi mənə göstərir. “Bax, bu odur” –
deyir. “Oyuncağa oxşayır”, – söyləyirəm. Pyotr da söhbətə qatılır: “Lakin
insanın icad edə bildiyi ən möhtəşəm oyuncaqdır”. “Möhtəşəmdir,
amma elə də kiçik deyil, – Leonov əlavə edir, - əlli metr yüksəklik böyük
bir şeydir”. İldırım sürəti ilə onun parametrlərini yadıma salıram. Üç
dərəcə, burada dörd start bloku, hərəsində dörd kameralı səksən ton
qüvvəyə malik raket mühərriki var. Start zamanı ikinci dərəcədəki
mühərriklər də işləyəcəklər. Hamısı birlikdə, saniyəyə bir ton yarım
itələyəci maddə yandıraraq, “cəmi” 300 ton çəkisi olan raketin ümumi
çəkisindən çox, dörd yüz tona yaxın qüvvəyə malik dartma gücünü
yaradacaqlar. Bunun iki yüz yetmiş tonunu itələyəci maddə təşkil edir
– oksidləşdirici maye oksigen, yanacaq isə - neftdir. Həqiqətən, dahi
rus sadəliyidir, lakin polyak texniki fikrinə söykənir – Lukaşeviç və
Olşevskiyə, çoxdərəcəli raketlərin uçuş nəzəriyyəsini isə Sibirə sürgün
edilmiş Konstantin Çolkovskinin oğlu riyazi formulda hesablamışdı.