Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

126
BEŞINCI  HISSƏ
istəyirəm. Səs əla gəlir. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün xəbərlər 
verilir, doğum günləri olan Marıla və Vladislav təbrik edilir. Bir neçə 
həftə əvvəl qardaşım nə vaxt uçmağımızı öyrənmək istəmişdi. Cavab 
vermişdim  ki,  öz  ad  günündə  məndən  xüsusi  və  Polşada  olmayan 
hədiyyə alacaq – anladı. Buna görə daha sual vermədi. Pyotr gəlir və 
bu günün qeyri-adi olduğunu polyak dilində bir neçə sözlə qeyd edir. 
Pyotr əla komandir və dostdur, həmişə gülərüz, mehriban və pozitiv 
enerjilidir.  Mənimlə  bağlı  heç  bir  problemi  yoxdur  və  ona  baxanda 
dəqiq bilinir ki, məhz mənimlə uçmasından razıdır. Pyotr Belarusda, 
polyak  sərhədlərinin  lap  yaxınlığındakı  Komorovka  kəndində 
anadan olub və polyak uşaqlarının arasında böyüyüb. Bizim işimizdə 
əhəmiyyətli olan qarşılıqlı anlaşmanın yaranmasına bəlkə məhz bunlar 
səbəb olmuşdu. Yüzlərlə yerüstü və sualtı hazırlıqlar və məşqlər, birgə 
ailə görüşləri və həyat, tarix, aviasiya, ən önəmlisi isə kosmonavtikaya 
dair bitib-tükənməyən söhbətlər zamanı sınaqlardan keçmişik.   
İxtisaslı  həkimlər  dörd  nəfər  tərkibdə  üç  qrupa  ayrılaraq,  xüsusi 
tədqiqatlara  başlayırlar.  Nevroloq  yuxu  dərmanlarından  istifadə 
etmədiyimdən  çox  məmnundur.  Həmin  dərmanları  dünən  axşam 
bizim  heyətin  həkimi    “etibar  edərək”  hər  ehtimala  qarşı  vermişdi. 
Terapevt  ürək  döyüntüsünə  qulaq  asır,  nəbzi  və  təzyiqi  ölçür.  “İki 
həftə dəyişikliksizdir, – qərara gəlir, – parametrlər həmişəki kimi, nəbz 
dəqiqəyə 58 vurğu, qan təzyiqi isə 120/70. Uça bilərsən”, – gözümün 
içinə baxır. “Təşəkkür edirəm”, – söyləyirəm. Həmin an bundan artıq 
söz deməyə qadir deyiləm. Psixoloq çox sual verir, yuxum haqqında 
soruşur,  qulaq  asandan  sonra  gülümsəyir.  Mənə  çiynimdən  yavaşca 
vuraraq  deyir:  “Otliçno”  (Əla).  Digər  mütəxəssislər  də  tədqiqatların 
nəticələrindən razıdırlar. Hamısı necə yatdığımı və özümü necə hiss 
etdiyimi  soruşurlar.  Müsbət  cavablarım  onları  qane  edir.  Bundan 
əvvəlki  gecə  haqqında  bir  söz  də  demirəm.  Uzun  və  ağır  gecə  idi, 
son həftələrdə baş vermiş hadisələri həyəcanla xatırlayırdım. Bir çox 
hadisələr  baş  vermişdi.  Məşqlər  və  həkim  tədqiqatları  çox  intensiv 
idi  və  məni  yormuşdu.  Hər  şey  və  hər  kəs  haqqında  düşünürdüm. 
Tezliklə  raketə  daxil  olmaq  istəyirdim.  Otaqda  soyutma  sisteminin 
olmasına baxmayaraq, gecə lap intensiv həyat sürən çölün quruluğunu 
və  istiliyini  hiss  edirdim.  Minlərlə  cırcırama  oxuyur,  gecə  quşları  və 
heyvanları isə onların səsinə dəstək verərək cıvıldayır və uğuldayırdı. 
Buludsuz səmada milyonlarla ulduz parıldayırdı, mənsə onu qaydaya 
salınmış bir sistem kimi görürdüm. Ulduzlar topası, onların forması və 
əfsanələri barədə biliyi bizə planetariumda gözəl müəllim və hekayəçi 
Valentin  Varlamov  vermişdi.  Kosmos  onun  üçün  ancaq  xəyal  olaraq 
qalacaqdır, çünki suya ehtiyatsız tullanış və nəticədə zədələnmiş onurğa 


127
BAYKONUR KOSMODROMU – 27 İYUN  - “2 SAYLI PERRON”
onu  ilk  namizədlər  qrupundan  xaric  etmişdi.  Onun  bəxti  gətirmədi, 
bəlkə elə buna görə öz gerçəkləşməmiş arzularını bizə bacardığı qədər 
ən yaxşı tərzdə təqdim edir. Çöllük oxuyurdu, ulduzlar parıldayırdı, 
mənsə  -  heç  vaxt  çata  bilməyəcəyimi  düşündüyüm    məqsədə  daha 
da  yaxınlaşıram.  Məgər  bu,  həqiqətən,  mümkündür,  məni  seçdikləri 
həqiqətdir?   
Baş həkim gəlir, o da stereotip suallar verir və əlavə edir: “Sənin üçün 
sürprizim var”, – sözünü sonadək bitirə bilmir, çünki sürpriz özü peyda 
olur.  Salamlamaq  üçün  qaçıram.  Bu,  professor  Baranskidir,  keçmiş 
“əhliləşdirici”lərdən  biri.  O,  onlarla  namizəd  arasından  kosmonavt 
seçməli idi. Tanınmış alim, hamıya qarşı mehriban olan insan mənim 
himayəçimdir.  Həmişə  əlindən  gələni  edirdi.  Salamlaşaraq  deyir: 
“Səndən narahat deyiləm, sağlamlığına dair heç bir problem yoxdur. 
Sükanı belə saxla”. Bunu demək asandır, lakin özün bu tədbirdə iştirak 
etdiyin zaman düşünmək çətindir. 
Həkimlər  bizi,  yəni  heyəti  gün  ərzində  müşayiət  edəcəklər.  Bu 
gücləndirilmiş eskort bizim üçün əziyyətlidir və bir az utandırıcıdır. 
Yeməkdən sonra bizi tək buraxırlar. Pyotrla sükut içində öz əşyalarımızı 
çamadanlara qablaşdırırıq. Ən yaxınlarımın şəkillərini qırağa qoyuram, 
özümlə aparacağam. Ənənəyə sadiq olaraq, ailələrimizə qısa məktub 
yazırıq.  Təlimatçım  Yura  bizim  startdan  dərhal  sonra  məktubları 
göndərəcək.  Dörd  məktub  yazdım  -  üçünü  Ulduz  şəhərciyinə  həyat 
yoldaşıma,  qızım  Mila  və  oğlum  Mirekə,  birini  isə  Volovda  yaşayan 
anama.  Şəxsi  xəzinəmiz  olan  xırda-xuruşları  raketə  qoymaq  üçün 
yığıram.  İki  nəfərə  iki  kilo  yarım  limit  verilib,  limiti  aşmaq  qəti 
qadağandır. Ən yaxınlarımın foto şəkillərini, Dombrovskinin mazurka 
musiqisi  ilə  olan  açıqcaları,  kiçik  ağ-qırmızı  bayraqları,  hərbi  pilot 
işarələrini, metal aviasiya qartalını, qızım Emiliyanın verdiyi yumşaq 
oyuncaqları,  həyat  yoldaşım  və  uşaqlar  üçün  olan  hədiyyələri,  Pan 
Tadeuşun  miniatür  kitabını,  Uşaq  Sağlamlıq  Mərkəzinin  iki  qızıl  döş 
nişanını və bir az da filatelistik suvenirləri qoyuram. Bizə ayrılmış vaxt 
çox tez ötür. İllər ərzində uçmağa hazırlaşan heyətlərin, indi isə bizim 
əhval-ruhiyyəmizi yüksəltmək üçün ənənəyə uyğun olaraq “Səhranın 
bəyaz günəşi” filminə dəvət edirlər. Hamı gülür. Mən də gülürəm, 
lakin  açığı  cənubluların  ənənələrinin  incəliklərini  təqib  edə 
bilmirəm, çünki filmə fasilələrlə baxırıq – səhər yeməyindən dərhal 
sonra  bizi  imalə  etmişdilər.  Qalan  vaxtı  gəminin  sənədlərinin 
öyrənilməsinə  sərf  edirik  və  yenidən,  bəlkə  yüzüncü  dəfə  start 
mərhələsində,  orbitə  çıxış  və  ya  Yer  kürəsinin  ətrafında  ilk 
fırlanma  zamanı  baş  verə  biləcək  qəza  vəziyyətlərini  araşdırırıq. 
Təlimatçılar  bizə  startdan  əvvəl  son  tövsiyyələri  verirlər.  Elmi 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə