BAŞQA DÜNYAYA APARAN DƏHLİZ
B
aykonur və onun ətrafındakı şəhərcik əvvəllər Zorya qəsəbə-
si idi, sonra isə Ulduz şəhərciyi, illər keçdikdən sonra Leninsk
kimi tanınmışdı. Həmin şəhər qazax kəndi Türa-Tamın yanında çayın
sağ tərəfində yerləşirdi. Ondan şimalda, 7 min km məsafədə yaşayış
olmayan boş çöllükdür. Həmin məkan təhlükəsizlik və konspirasiya
baxımından əlverişli idi. Xəritələrdə bu obyekti axtarmaq mənasızdı.
Sadəlövh inam var idi ki, yer sirr olaraq saxlanılacaq və buna görə
həqiqi obyektdən şimala, üç yüz kilometrdən uzaq məsafədə, çöllükdə,
nə maşın yolu, nə də dəmir yolu olmayan yerdə Baykonur adlı nöqtə
qeyd edildi. 1955-ci ildə nəhəng layihəyə start verildi, qəsəbə və kos-
modromun inşası başladı. Əvvəllər ordunun gücündən istifadə edildi.
Tikintidə 25 min adam iştirak edirdi. Çox sərt yaşayış və iqlim şəraitin-
də. İnsanlar çadır və qazmalarda yaşayırdılar, barakda yaşamaq kom-
fort sayılırdı. Yayda hava quru və dəhşətli dərəcədə isti idi, qışda isə
qar, çovğunlu soyuqlar və şiddətli küləklər... Həmin şəraitdə mümkün
olmayan şeylər yaradılırdı. Avtomobil yolu, dəmir yolu, enerji, istilik,
rabitə, su ilə təchizat, hava limanı və s. kimi infrastrukturlar planlaş-
dırılımış və tikilmişdi. Adamsız çöllükdə yeni sakinlər, mühəndislər,
mütəxəssislər və onların ailələri yaşamağa başladı. Məktəb, bağça,
xəstəxanalar tikildi. Bir sözlə - çollük yeni, müntəzəm start götürən ra-
ketlərin gürültusu ilə ölçülən ritmlə yaşamağa başladı.
Kosmodromun (yəni raket meydanının) görünməmiş tikilmə tempi
Kosmosa olan sevgidən irəli gəlmirdi. Ona malik olma zərurəti soyuq
müharibə zamanı silahlanma yarışmasının nəticəsi idi. Güclü, uzağa
uçan raket siyasətçilər üçün çox böyük əhəmiyyət daşıyırdı. Müxtəlif
tipli raketlər üçün işəsalma sistemlərindən əlavə, rabitə qovşaqları, öl-
çü-müşahidə məntəqələri, texniki xidmət kompleksləri də yaranırdı.
Eləcə də həmin gizli sektorda xüsusi məxfiliklə gələcək nüvə enerji eh-
tiyatlı strateji raketlər üçün bunkerlər tikilirdi.
SSRİ-də maye raket yanacağı ilə işləyən ballistik raketlərin ilk sı-
naqları kosmodromun tikilişindən lap əvvəl, artıq 1948-ci ildə alman
116
DÖRDÜNCÜ HİSSƏ
texnikinin fikrinə və əldə edilmiş V-2 (Verner fon Braun) raketinə əsas-
lanaraq aparılıb. Raket R-1 adlandırılırdı. 1949-cü ildə modifikasiya
edilmiş raket 110 km yüksəkliyə çata bildi. Həmin raketlə elmi cihaz-
lardan başqa, itlər və digər canlı məxluqlar kosmosa göndərilib. Bir
il sonra təkmilləşdirilmiş R-1 raketi konstruksiya edilib və o, 1.5 ton
çəkisi olan başlığı 590 km yüksəklikdə olan məqsəd nöqtəsinə aparıb.
R-1 və həmin raketlərin startı müvəqqəti poliqonlarda keçirilib.
İlk strateji təyinatlı ballistik və qitələrarası raket ikimərhələli 280
tonluq R-7 idi – bütövlükdə sovet konstruktorları tərəfindən layihələn-
dirilib. Və məhz bu raket daimi xüsusi infrastrukturu olan böyük po-
liqonun tikintisinin səbəbkarı olub.
Həmin raketin ilk startı 1957-ci ilin may ayında baş verib, lakin on-
dan əvvəl, hələ 1956-cı ildə baş konstruktor Sergey Korolyov Yer kürə-
sinin süni peykinin (SzSz) layihə işlərinə başlayıb. 4 oktyabr 1957-ci
ildə dünyaya sensasiyalı məlumat yayıldı ki, Sovet İttifaqı Yer kürəsinin
SzSz – “Sputnik-1” adlı süni peykini səmaya buraxdı, bir ay sonra isə,
kosmosa Layka adlı it göndərildi. Həmin uğurun müəllifi bütün heyətli
missiyaların birgə müəllifi olan məşhur “yeddi” idi. 4 oktyabr 1957-ci
ildən bəri Baykonur poliqonuna – Baykonur Kosmodromu deyilir.
Sovet kosmonavtikasının uğuru kosmodromla assosiasiya edildi-
yinə görə, həmin təsviri möhkəmləndirməyə çalışırdılar. İctimaiyyətə
ancaq müsbət hadisələr haqqında məlumat verilirdi, uğursuzluqlar
haqqında danışılmırdı. Əvvəlki müddətdə alınmayan startlar, raket
partlayışları və yanğınlar olurdu.
Kosmodromun tarixində ən faciəvi gün 24 oktyabr 1960-cı il-də olub.
R-16 yeni qitələrarası raketi starta hazırlanmışdı. Gözlənilmədən part-
layış baş verib. Partlayış nəticəsində 74 nəfər raket texnikasının yüksək
səviyyəli mütəxəssisləri, artilleriya marşalı Nedelin və kosmodromun
əməkdaşları həlak olublar. 53 nəfər ağır yaralanıb.
Test edilən “yeddi” uğurlu raket idi və böyük qüvvə ehtiyatı vardı.
Onun sayəsində növbəti peyklər orbitlərdə asanlıqla yerləşdirilmişdi.
“Sputnik-2”-nin 500 kq, üçüncüsünün isə (1958-ci ilin may ayı) 1327
kiloqram çəkisi var idi. 1959-cu ilin yanvar ayında Ay istiqamətində
Luna-1 zondu göndərilib, zond isə öz hədəfindən 5 min kilometr uzaq-
lıqdan uçub. Həmin ildə bir neçə başqa zondlar göndərilib, onlardan
biri Aya çaıb, Luna-3 isə onun arxa tərəfinin foto şəklini çəkib.
Kosmodromun tarixində həqiqi uğur ilk insanın – 12 aprel 1961-ci
ildə Yuri Qaqarinin kosmosa uçması idi. Həmin günü Baykonur kos-
modromunu bütün dünya tanıdı.
Müstəsna hissləri yaşamış, Yer kürəsini başqa bir perspektivdən
görmüş və geri dönmüş Kosmik qardaşlıq – Qaqarin, Leonov, Armst-
117
BAŞQA DÜNYAYA APARAN DƏHLİZ
ronq və digər səksən yeddi nəfərə qoşulmaq üçün kosmodroma gedir-
dim. Bunu çox arzulayırdım.
İyunun 13-də Baykonurda başqa bir aləmə daxil oldum. Starta 14
gün qalmışdı. Pyotrla “Kosmonavt“ otelində bir otaqda qalırdıq. Gü-
nün işləri missiyanın tələblərinə uyğun dəyişilirdi. Oyanma saat 11-də,
12-də səhər yeməyi, nahar saat - 18:30-da, şam yeməyi - 23:30-da, saat
2:00-da isə yatmaq zamanı. Əmrlərə əsasən tapşırığı yerinə yetirməyə
çalışırdıq, lakin orqanizm öz bioloji günlük ritmini dəyişmək istəmirdi.
Ancaq bir neçə gün keçdikdən sonra yeni şərtlərə öyrəşə bilirik. Bir növ
karantində yaşayırıq, oteldə ancaq icazə verilən hissələrə keçə bilirik.
Özümüzün xüsusi mətbəx, laboratoriya və trenajor zalımız var. İnsan-
larla əlaqə mümkün qədər məhdudlaşdırılıb. Həkim Reznikov bizdən
bir addım belə ayrılmır, səhərki oyanış, yemək vaxtı, məşğələlər, dərs,
gəzinti və tennis oyunu zamanı bizimlədir. İvan xoş, mehriban və gülə-
rüzdür, buna görə onun yanımızda olması bizi yormur. Öz-özümdən
soruşurdum ki, görəsən, o nə vaxt yatır. Həkimlər bizim müvazinət
aparatımızı və ürək-damar sistemimizi çəkisizlik effektinə qarşı güc-
ləndirmək üçün çox vaxt ayırırlar. Yastıqsız, baş tərəfə 4,5 dərəcə aşağı
salınmış çarpayılarda yatırıq. Bir neçə gün sonra əyilmə yeddi dərəcəyə
çatdırılır. Hələ Ulduz şəhərciyində başladığımız texnoloji, tibbi və ge-
ofizik elmi eksperimentlər aparma metodikasını “Salyut-6” stansiyası-
nın gələcək əsas heyəti olan V.Kovalyonok və A.İvançenkov ilə məşq
edirik. Nikbinik və əhval-ruhiyyəmiz əladır. Onların startı sabah yox,
o biri günə təyin edilib.
15 iyunun axşamı istidir. Həyəcan ab-havası hiss edilir. “Soyuz-
29”-un heyəti -”Fotonlar” kosmodroma getməyə hazırdır. Gülərüz, gül
dəstələri ilə gedən kosmonavtlar onları yola salanlarla vidalaşıb avto-
buslara əyləşirlər. Onların arxalarınca gedirik. Gecə baş verəcək gözəl
startı böyük həyəcanla gözləyirəm. Yeni kosmik əfsanə alov dənizi və
qulaqbatıran mühərriklərin gürultusu ilə yaranırdı. Yer titrəyirdi, nəfəs-
lər kəsildi. Raketi gözdən itənədək, səmada milyonlarla parıldayan ul-
duza oxşar nöqtəyə çevrilənədək izlədim. Heyət tərəfindən arxayınca
məlumat verilməsi eşidilirdi. Təəssüratlardan ayılanadək onların or-
bitə çatdıqlarını xəbər verdilər. Həmin gecəni yuxuya gedə bilmirdim.
Startadək hələ on iki uzun gecə və gündüz qalırdı. Növbəti günlərdə
gəminin sənədləri üzərində işlədik, tez-tez düzəlişlər və dəyişikliklər
etmək, metodikanı təkmilləşdirmək lazım gəlirdi. Orbitdə planlaşdır-
dığımız eksperimentləri keçirirdik və gün ərzində iki dəfə, bir saatdan
çox davam edən ortostatik sınaqlar aparırdıq. Tədqiqat üçün uzandı-
ğım masa üfuqi vəziyyətdə idi, bir neçə dəqiqə ərzində qan dövranı
sisteminin parametrləri yoxlanılırdı, sonra isə masaaşağı -15, -30 və -45
Dostları ilə paylaş: |