211
üzləşəsi oldum. Uçuşa görə mənə içi dolu lüks villa və ödənişsiz
xidmətçilərin verilməsi xəbərinə mat qaldım. Poznandan şayiələr
çatırdı ki, pilot və kosmonavt kreslosu uğrunda rəqabət aparma-
ğa qardaşım Vladislav kömək etmişdi. Bəli, bu, həqiqətdir – mənə
çox kömək etdi. O, həmişə mənim üçün nüfuz sahibi və əlçatmaz
nümunə idi. Lakin o mənim əvəzimə oxumurdu, əvəzimə uçmur-
du, dəhşətli yükləmələrə dözmürdü, mənasız tədqiqatlar zamanı
huşumu itirdiyim an mənə oksigen vermirdi, əvəzimə sərt zondları
udmurdu, səhvlərə görə cərəyanla cəzalandığım zaman əvəzimə öz
başını vermirdi, qeyri-insani məşqlərdən sonra onun ürəyi bulan-
mırdı. Vladek mənə kömək etdi, çünki pilot və həmçinin rəisim ola-
raq məni, yeni başlamış pilotu ciddi qiymətləndirirdi, məsləhətlər
verirdi, ən əsası isə, hələ uşaqlıqda aviasiyaya sevgisini mənə aşıla-
mışdı. Vətənpərvərliyi öz doğma evimdə öyrəndim.
Düzünə qalsa, aviasiyada çoxillik xidmətimi ancaq 2005-ci ildə
bitirdim. Həmin zaman milli müdafiə naziri olan Yejı Şmaycinski
sonuncu uçuşu icra etmədiyimdən xəbər tutdu. Əvvəlki nazirlə-
rin səhvlərini düzəltmək üçün Hərbi Hava Qüvvələrinin başçısına
şəxsən əmr verdi. 5 oktyabr tarixində hərbi pilotun xidmətini mü-
vəffəqiyyətlə başa çatdıran anı yaşadım, son hərbi təyyarədə vida
uçuşunu icra etdim. Uçuşda Demblində xidmət etdiyim vaxtdan
keçmiş tələbəm, artıq o zaman kursantlar arasında seçilən Rışard
Rutkovski məni müşayiət edirdi. Bu “Miq-29“-dakı uçuş bütün xır-
dalıqları ilə həyatımdakı ilk uçuşum kimi yaddaşımda həkk edil-
di. Bu sözləri yazdığım an Rutkovski artıq generaldı. Bu da mənim
üçün sevinc və məmnunluq mənbəyidir.
Şəxsi uçuşlar kitabçamda bu qırx dəqiqəlik rəmzi uçuş haqqında
son yazı aviasiyada çoxillik xidmətimi tamamladı. Sükan arxasın-
dakı balansım iki min saatdan artıqdır, planerlərdən başlayaraq,
piston mühərrikli təyyarələr və reaktiv təyyarələrin müxtəlif növ-
ləri “Miq-15“, “Miq - 17“, “Miq-21“, “F-16“, “F-18“, “Mirage-2005“,
“Su-27“ və “Miq-29“-dək idarə etmişdim.
Təqaüdçü həyatım heç də darıxdırıcı deyil. Sakit yerdə, meşə-
nin ortasında həyat yoldaşımla birlikdə tikdiyimiz evdə yaşayıram.
Həyatımıza qız nəvələrim ilə birgə sevinirik. Polşa və bütün dün-
yadan gələn sonu olmayan məktublarla mübarizə aparıram. Görün-
düyünə görə həyatım rahatdır, lakin bu ancaq illüziyadır, həyatın
tez-tez bizə müxtəlif sürprizləri olur. Üzərimdə tanınmış mütəxəs-
sis tərəfindən aparılan amansız cərrahi əməliyyat dəhşətə çevril-
di. Həkim səhvi nəticəsində üç ciddi əməliyyatdan keçəsi oldum.
Həkimlər həyatda sağ qalmağıma şans vermirdilər. Son əməliyyat
ORBİTİN QARANLIQ TƏRƏFİ
212
ALTINCI HISSƏ
həkim səhvini təsdiqlədi və növbəti sürprizi təqdim etdi. Qarın
boşluğumda, üç ay bundan əvvəl ilk əməliyyatdan qalmış 1x1 ölçü-
sündə əməliyyat dəsmalı tapılmışdı. Bu bədbəxtlikdən sağ çıxdım,
yarım ildən sonra isə itirdiyim otuz kilo çəkimi “qaytardım”, bir il
yarımdan sonra isə yükləmələrlə “F-16“-nı cavanlıq illərimdə oldu-
ğu kimi idarə edirdim.
Otuz ildən sonra da tanındığıma heyran qalıram. Uşaqların
kortəbii reaksiyaları məni təəccübləndirir, məncə, bu reaksiya daha
çox valideynlərin hekayələrindən, daha az isə dördüncü sinif şa-
girdləri üçün kitabda təsvir edilmiş kiçik Miruş və Miroslavın nai-
liyyətlərindən irəli gəlir.
2008-ci ildə siyasi səhnədə məni cəzalandırmaq niyyətləri olan
siyasətçilər peyda oldu, hərbi rütbəmi almaq, illərcə xidmətə görə
aldığım təqaüdü kəsmək istəyirdilər, amma nəyə görə? Burada
Stanislav Lemin
66
dediklərini qeyd edəcəm: “Əgər Hermaşevskini
fransız və ya amerikalı raket kosmosa aparsaydı, yəqin ki, ona daha
yaxşı münasibət göstərərdiniz”.
66
Stanislav Lem (1921-2006)- polyak yazıçı, futuroloq, satirik, filosof və fantast idi
KOSMİK AİLƏ
K
osmonavtlar və Astronavtlar Assosiasiyasını, yəni Qərb və
Şərqdən kosmik uçuşlar iştirakçılarını birləşdirən institutu ya-
ratma ideyası keçən əsrin səksəninci illərinin əvvəllərində meydana gəldi.
Arabir astronavtikaya dair qurultaylarda görüşürdük. Dəmir pərdənin
arxasından olan həmkarlarımızla maraqlanırdıq. Dəfələrlə əmin olmuş-
dum ki, “normal” və çox xoş oğlanlardır. Kosmik mövzulara dair eyni
fikirlərə malik idik, Kosmosu eyni cür yaşayırdıq və eynilə risk edirdik.
Bizi qəbul etmədiyimiz amil ayırırdı – siyasət. Birləşdirənsə “oradakı”, Yer
kürəsindən xaricdəki unudulmaz təcrübə idi.
Bir-birimizə yaxınlaşmaq üçün kosmik imperiyaları ayıran etibar-
sızlıq buzlarını əritmək lazım idi. İlk təşəbbüsü amerikalılar etdilər.
1982-ci ilin yazında amerikalı Russel Şveytskart və Jeyms L.Hikman
SSRİ Elmlər Akademiyasının üzvləri ilə sorğu müzakirələri, amerikalı
və sovet hakimiyyəti nümayəndələrilə astronavtlar və kosmonavtlar
birliyinin yaradılmasının mümkünlüyü barədə danışıqlar aparırdı-
lar. 1983-cü ildə mövqelər yaxınlaşdı. Maykl Kollins, Edqar Mitçel və
Russel Şveytskart Moskvaya gəldilər, kosmonavtlar Aleksey Leonov,
Aleksey Yeliseyev, Vitali Sevastyanov və Valeri Kubasovla görüşdülər.
1984-cü ilin sentyabr ayında amerikalı astronavtlar, rusiyalı kosmo-
navtlar və fransız kosmonavt Jan Lu Kretyen Paris ətrafındakı Kerney-
də görüşdülər. Kosmonavtlar və astronavtların ilk konqresinin məhz
həmin bu yerdə 1985-ci ildə keçirilməsinə dair qərar qəbul edildi.
Parisdən 40 km aralıqda, Ruan tərəfə gedən yolda, qədim ağaclar ara-
sında IX əsrdən qalmış Kerney abbatlığı yerləşir. Bir gün səlibçilər müqəd-
dəs torpağa yürüş etmək üçün burada görüşmüşdülər. Hazırda bu, xanım
Feliks Amiotun şəxsi mülküdür, o, isə artıq kosmosa uçmuş və yenə də
bu arzuda olan şəxslərə şərəflə qonaqlıq verdi. Xanımın qızı – zövqlü sa-
rısaç Mari Kristina amerikalı astronavt, 1971-ci ildə Ay üzərinə Apollo-14
gəmisi ilə dördüncü ekspedisiyasının iştirakçısı Edqar Mitçellə evlənib.
Sənayeçi ailəsinin dəbdəbəli iqamətgahı olan Abbatlığın qədim divarların-
da ABŞ, SSRİ, Fransa, Səudiyyə Ərəbistanı və İnterkosmos proqramının
missiyalarında iştirak etmiş dövlətlərin təmsilçiləri – Bolqarıstan, Çexoslo-
vakiya, Kuba, Monqolustan, ADR, Polşa, Rumıniya və Macarıstandan 25
Dostları ilə paylaş: |