|
Biokimya A,D,E,K vitaminləri və onların biokimyəvi əhəmiyyəti
|
səhifə | 1/6 | tarix | 29.11.2023 | ölçüsü | 16,07 Kb. | | #143260 |
| Ülkər Bio Fakültə: Biologiya Müəllim: Nərminə Abdullayeva Yağda Həll Olan Vitaminlər
Yağda həll olan vitaminlərə A,D‚E və K vitaminləri aiddir. Bitki və heyvan mənşəli ərzaq maddələrinin tərkibində olan bu vitaminlər qida yağları ilə birlikdə həzm edilərek, bağı rsaqlardan sorulurlar. Onların bağırsaqlardan sorulması üçün qidanın yağlı olması və öd ifraznın normal səviyyədə olması vacib şərtlərdir.
Bu vitaminlərin qan və limfa vasitəsilə nəql olunmasında lipoproteinlər və ya spesifik nəqliyyat zülallari iştirak edir. A, D və K vitaminləri xilomikronların tərkibində qaraciyərə gətirilərək, burada ehtiyat şəklində toplanır; E vitamininin esas ehtiyatları isə piy toxumasında saxlanılır.
A D E K
A, D vƏ K vitaminləri hüceyrə nüvəsinə daxil olaraq, genlərin fəaliyyətinə, zülal biosintezinə və fermentlərin fəallığına, hüceyrə inkişafına təsir edə bilirlər. Beləliklə, onların bioloji təsiri ilə bezi hormonların təsiri arasında oxşarlıq vardır. Bu baxımdan yağda həll olan vitaminləri ekzogen parahormonlar hesab etmək olar. Fermentativ və hormonabənzər fəaliyyətlərindən əlavə, bu vitaminlər antioksidant xassəsinə və hüceyrə membranlarının vəziyyətini tənzim etmək qabiliyyətinə malikdirlər.
A vitamininin bioloji aktiv formaları və onların kimyəvi təbiəti
A vitamininin əsas vitameri olan retinol (A1 vitamini) biratomlu tsiklik spirtdir.
Dəniz balıqlarının qaraciyərindən alınan retinol Ərimə temperaturu 63-64°C olan açıq sarı rəngli kristalşəkilli maddədir; yağlarda və digər üzvi helledicilərdə (xloroform, efir, aseton, spirt və s.) yaxşı hƏll olur və okisgensiz mühitdə termostabildir.
Molekulunun kimyəvi quruluşuna görə, retinola ß-ionon halqası nı n 2 izopren (metilbutadien) qalIğI ilə birləşməsinin spirt qrupuna malik törəməsi kimi baxmaq olar.
01 Retinol-1
Dostları ilə paylaş: |
|
|