Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə77/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   73   74   75   76   77   78   79   80   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8


74
 SÜMÜK VƏ ƏZƏLƏ SİSTEMLƏRİ
Dərsə  başlayarkən  A  blokundakı  şəkillərə  uyğun  slaydlar  və  ya  elektron  təq­
dimat nümayiş etdirilə bilər. Bu zaman “?” işarəsinin yerinə hansı şəkil yerləşdi­
rilə bilər? Bu sualın cavabı tapıldıqdan sonra “Dayaq­hərə kət aparatı nədir? Or­
qanizmin dayaq­hərəkət aparatına nə üçün ehtiyacı var? Hansı səbəbdən uşaq­
larda sı nıq lara az rast gəlinir, ancaq qoca larda bunun baş verməsi üçün bir dəfə 
yıxılmaq  kifayət  edir?”  sualları  ilə  müraciət  etmək  məqsədə uy ğundur.  Şa gird­
lərdən alınan ca vablar qeyd olunur.
Bundan sonra “B” blokundakı tapşırığın icrasına başlanılmalıdır.
Şagirdlər təcrübə nəticəsində müəyyən etməlidirlər ki, sümüklərin tərkibi həm 
qeyri­üzvi  maddələrdən,  həm  də  üzvi  maddələrdən  təşkil  olunmuşdur.  Üzvi 
mad də lər  sümüyə  elastiklik,  mineral  maddələr  isə  sərtlik  verir.  Uşaqlarda  sü­
mük lər də  üzvi  maddələr  çox  olduğuna  görə  onlar  elastik,  yaşlılarda  mineral 
mad də lər çox ol du ğuna görə onların sümükləri kövrək olur.
C blokundakı şərh fasiləli oxu, İNSERT, kiçik qruplarla iş və s. üsullardan is ti fa də 
etməklə aparıla bilər. Bu zaman sümüklərin formalarını müəyyənləşdirmək üçün 
slaydlardan,  şəkillərdən,  hətta  sümüklərdən  istifadə  etmək  olar.  Şagirdlər  sü­
mük lərin uzun, qısa, yastı və qarışıq formalarını fərqləndirirlər.
https://www.youtube.com/watch?v=yWmO0mAm5Z8
Şagirdlər insan skeletinin dik yeriməklə əmələ gələn dəyişikliklərini də yad la rına 
salsın deyə siz onlara tapşırıqlar verə bilərsiniz. Onlar müqayisə  nə ti cə sində bu 
qənaətə gəlməlidirlər ki, insanda onurğanın əyrilikləri, ayaq tağının əmələ gəl­
mə si,  döş  qəfəsinin  yanlara  doğru  genişlənməsi,  baş  barmağın  digər  bar­
maqlarla qarşılaşması, aşağı ətrafların daha güclü olması dik yerişlə əlaqədardır. 
1
Alt standartlar
1.1.3.  Canlıların  quruluşunu  öyrənmək  üçün  təcrübələr  aparır  və  nəticələrini 
izah edir.
2.1.3.  İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və ri yazi 
hesablamalar aparır və nəticələrini ümumiləşdirir.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə