Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə12/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   8   9   10   11   12   13   14   15   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

11 


 

Məqsəd 3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək 

Təhsildə  gender  bərabərliyi  indeksi  aşağıdakı  göstəricilərlə  tam  təsvir  olunur.  İbtidai  təhsildə  gender 

bərabərliyi  indeksi  -  ilk  ölçüldüyü  2008-ci  ildəki  0,97  dən  artaraq  2015-ci  ildə  0,99-a,  Orta  təhsildə  gender 

bərabərliyi indeksi 2008-ci ildəki 0,98-dan  2015-ci ildə  0,99-a, Üçüncü dərəcəli təhsildə  gender  bərabərliyi 

indeksi 2008-ci ildəki 0,98-dan 2015-ci ildə hətta 1,07-yə çatmışdır. 

Milli  Məclisdə  qadınlar  tərəfindən  tutulmuş  yerlərin  xüsusi  çəkisi,  1995  ci  ildəki  12,1  faizdən  4,7  faiz 

artaraq 2015-ci ildə 16, 8 faizə yüksəlmişdir. 

15-24 yaşlı savadlı qadınların eyni yaşlı savadlı kişilərə nisbəti 1999-2015-ci illərdə 100 faiz olmuşdur 

Məqsəd 4. Uşaq ölümü hallarını azaltmaq 

Körpə ölümü əmsalı (hər 1000 diri doğulana) 1990-cu ildəki  23 nəfərdən,  2 nəfər azalaraq, 2015-ci ildə 

11 nəfər təşkil etmişdir. Hesabata əsasən bu göstərici şəhərlərdə - 18, kəndlərdə - 4,4 olmuşdur. Səhiyyənin 

daha zəif səviyyədə təşkil olunduğu kənd yerlərində şəhərlərə nisbətən dörd dəfə üstün olan bu göstərici - 

rəqəm, ola bilsin ki, qeydiyyatın statistikasındakı mümkün problemlə bağlı olmuşdur. 

5 yaşadək uşaq ölümü əmsalı (hər 1000 diri doğulana) 1990-cı ildəki 40,5-dən (şəhər - 26,5,  kənd -52,8 ) 

7,2 nəfər azalaraq,  2015-ci ildə 13,3 nəfər olmuşdur (şəhər 21,1 kənd 6 ). 1990-cı və 2015 ci illərdə şəhər və 

kənd əhalisi arasındakı bu göstəricilərin  nisbətinin tərs mütənasibliyi də 2015-ci ildə  statistik  məlumatların 

toplanmasındakı müəyyən anlaşılmazlıqlarla bağlı ola bilər. 

Məqsəd 5. Ana sağlamlığını yaxşılaşdırmaq 

Ana  ölümü  əmsalı  (hər  100  000  diri  doğulana)  1990-cı  ildə  9,3  olduğu  halda,  2007-cı  ildə  35,5-ə 

yüksəlmiş və   2015-ci ildə azalaraq 14,4 olmuşdur. 

İxtisaslı tibb işçilərinin iştirakı ilə keçirilmiş doğuşların sayı,ümumi doğuşların sayına nisbəti, 1995 - 91,5 

faiz və 2015 - 99,8 faiz təşkil etmişdir. 

Məqsəd 6. İİV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq 

QİÇS xəstəliyi ilə bağlı ölənlərin sayı 2008-ci ildə 43 nəfər,  2014-cü ildə 47  və 2015-ci ildə cəmi 10 nəfər 

olmuşdur. 

QİÇS səbəbindən valideynini itirmiş uşaqların sayı, 2008-ci ildə 30 nəfər,  2014-cü ildə -117 nəfər  2015-

ci ildə 67 nəfər 

15-24 yaşlı kişi  əhalisi arasında İİV/QİÇS  -ə  dair ətraflı məlumata malik olanların xüsusi çəkisi çox aşağı 

olmuşdur 2006-cı ildə şəhərlərdə 6,8  kəndlərdə isə ondan da az 3,5 faiz olmuşdur. 

15-24  yaşlı  qadın  əhalisi  arasında  İİV  /  QİÇS  -ə  dair  ətraflı  məlumata  malik  olanların  xüsusi  çəkisi  də 

narahatlıq doğurur 2006-cı ildə şəhərlərdə 7,0 kəndlərdə isə cəmi 2,1 faiz. 

15-24  yaşlı  əhali  arasında  İİV  /  QİÇS  -ə  dair  ətraflı  məlumata  malik  olanların  xüsusi  çəkisi,  faizlə  2006 

şəhər 5,3 kənd 4,8 

İİV-lə  yaşayan  əhalinin  xüsusi  çəkisi  2008-ci  ildəki  0,02-dən  3  dəfə  artaraq    2015-ci  ildə  0,06  təşkil 

etmişdir. Ümumi rəqəm kiçik olsa da sürətli artım tendensiyası narahatlıq doğurmalıdır. 

Hesabata görə ölkədə malyariya xəstəliyinin yayılması (hər 100 000 nəfərə) 1990-ci ildə 0,3 olmuş, 2013-

2015-ci illərdə isə 1 nəfər də xəstələnməyib. 

Vərəm  xəstəliyinin  yayılması(hər  100  000  nəfərə)  1990-ci  ildəki  173,2-dən  azalaraq  2015-ci  ildə  cəmi 

101,1 olmuşdur. 

Vərəm xəstəliyinin qeydə alınma əmsalı, hər il üzrə (hər 100 000 nəfərə) ümumilikdə 6,4 nəfər artmışdır 

1990-cı ildəki 35,5-dən 2015-ci ildə -41,9-a. 

Vərəm xəstəliyi ilə bağlı ölüm əmsalı, hər il üzrə (hər 100 000 nəfərə) 1990-cı ildəki -7,4-dən 2,3 azalaraq 

2015-ci ildə 5,1 olmuşdur. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

12 


 

Məqsəd 7. Ətraf mühitin davamlılığını təmin etmək 

Meşə örtüyü olan torpaq sahəsi 1990 -  2015-ci illərdə dəyişməmiş və 12 faiz olmuşdur. 

Qorunan ərazilərin cəmi əraziyə olan nisbəti 2 dəfə artmışdır, faizlə  - 2000-ci ildəki 5,0 faizdən,  2015-ci 

ildə 10,3 faizədək. 

Bərk  yanacaq  istifadə  edən  əhalinin  yüksək  faizi  -  6,4  faiz  (2011-ci  il  göstəricisi),  meşə  örtüyünün 

sahəsinin sabit qalması ilə bir qədər uyğun gəlmir.  

İstilik effekti yaradan qazların atılması (CO2 ekvivalentində, hər nəfərə tonla) 2000-ci ildə 5,1 ton, 2015-

ci ildə isə 5,3 tona bərabər olmuşdur. Bu hal həmin dövrdə əhalinin sayının artımı ilə qismən izah olunsa da, 

ölkədə sənayenin yüksək inkişafı ilə səciyyəvi olan bu 15 ildə istilik effekti yaradan qazların atılmasındakı cüzi 

artımın səbəbi də xüsusi araşdırma tələb edir.  

İstilik  effekti  yaradan  qazların  atılması,  milyon  ton  CO2  ekvivalentində  artım  10,6  milyon  olmuşdur- 

2000-ci ildə -40,8  2015-ci ildə isə -51,4 (ETSN). 

Təkmilləşdirilmiş içməli su mənbələrindən  istifadə  edən  əhalinin nisbəti, 2011-ci ildə   82,4 faiz  (şəhər 

90,1 faiz, kənd 72,6 faiz )  2015-ci ildə isə hətta 89,2 faizə çtmışdır.  

Təkmilləşdirilmiş sanitariya sistemindən istifadə edən əhalinin nisbəti 2011-ci ildə 87,5 faiz (şəhər 90,8, 

kənd  83,1)    2015-ci  ildə  isə  hətta  94,3  faiz  olmuşdur.  Nəzərə  alsaq  ki,  ölkədə  əhalinin  təqribən  yarısı 

sanitariya və  su  təchizatı ilə  problemli olan  kənd  rayonlarında yaşayır, bu  yüksək rəqəmlərin xüsusi izahata 

ehtiyacı vardır. 

Məqsəd 8. İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək 

İnternet istifadəçilərinin sayı (hər 100 nəfərə) 9 dəfədən çox artmışdır- 2005-ci ildə 8 nəfər, 2015-ci ildə 

isə 77 nəfər. 

Fərdi kompüter istifadəçilərinin sayı (hər 100 nəfərə) 2005-ci ildə 15 nəfərdən, 2015-ci ildə ~70 nəfərə 

yüksəlmişdir. Bu rəqəmin də araşdırmaya və izahata ehtiyacı var. 

Mobil telefon abunəçilərin sayı (hər 100 nəfərə) 2002-ci ildəki 10-dan 11 dəfə artaraq 2015-ci ildə -112 

olmuşdur. 

Gənclərin işsizlik əmsalı (15-24 yaş, faizlə) 2003-cü ildəki -18,9-dan 5,5 azalaraq 2015-ci ildə cəmi -13,4 

olmuşdur. 

İşsiz əhalinin sayında gənc əhalinin payı(15-24 yaş) 8,5 2003-cü ildəki  40,9 faizdən azalaraq, 2015-ci ildə 

32,4 faizə enmişdir. 

Gənc əhalinin sayında işsiz gənclərin payı(15-24 yaş) 2003-cü ildəki-9,7 faizdən təqribən 2 dəfə azalaraq  

2015-ci ildə 5,0 faiz olmuşdur. 

Qlobal, regional və milli səviyyələrdə aparılan işlərin dünyada gedən inkişaf proseslərinin monitorinqi və 

korreksiyası  üçün  xüsusi  əhəmiyyətini  nəzərə  alaraq  BMT  təşkilatı  Rio  +  20  Sammitində  (Braziliya,  2012) 

ölkələrin yekdil razılığı ilə MİM təcrübəsini davam etdirməyi qərara aldı və dünya tarixində ən möhtəşəm və 

ətraflı  yeni  2016-2030-cu  illəri  əhatə  edən  Dyanıqlı  İnkişaf  Məqsədləri  (DİM)  çərçivəsini  irəli  sürdü  - 

“Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlik”. Bu sənəd 2015-ci ilin sentyabr 

ayında keçirilmiş BMT Baş Assambleyasında DİM Sammitində 193 ölkənin rəhbərləri tərəfindən təsdiq edildi. 

Bu sənəd insan fəaliyyətinin bütün sahələrini əhatə edən istiqamətlərdə 17 inteqral məqsəd, 169 hədəf 

və onlar üzrə proqresi izləmək üçün 230-dan çox göstəricini əhatə edir.  

BMT- nin Dayanıqlı İnkişaf Məqsədləri-DIM (2016-2030) 

DIM1. Dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq;   

DIM2.  Aclığa  son  qoymaq,  qida  təhlükəsizliyinə  nail  olmaq  və  dayanıqlı  kənd  təsərrüfatını          təbliğ 

etmək;   

DIM3. Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək;   



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə