Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə11/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   7   8   9   10   11   12   13   14   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



DAYANIQLI İNKİŞAF kabusu 

XX  əsrin  2-ci  yarısından  sonra  məlum  oldu  ki,  təbiət  cəmiyyətin  "yükünü"  çəkməkdə  çətinlik  çəkir  və 

insan-təbiət-cəmiyyət  münasibətləri  təbii  sistemlərin  dözümlülüyü  və  davamlılığı  baxımından  yenidən 

nəzərdən keçirilməlidir.  

Proqressiv  alimlər  baş  verən  proseslərin  təhlili  nəticəsində  yeni  Insan  inkişafı  və  dayanıqlı  inkişaf 

konsepsiyalarının  ilkin  müddəalarını  irəli  sürməyə  başladılar.  Məsələn,  böyük  sovet  coğrafiyaşünas  alimi 

David  Lvovic  Armand  hələ  1960-cı  illərdə  təbiətdən  səmərəli  istifadə  edilməsinə  həsr  olunmuş  “Nam  i 

Vnukam” (Bizə və Nəvələrimizə) kitabı yazmışdı. 

1972-ci  ildə  Roma  Klubunun  hazırladığı  “Limits  to  Grows”  (İnkişafın  Limitləri)  əsəri  də  bu  istiqamətdə 

qlobal ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. 

Qlobal əməkdaşlıq 

1970-ci  illərdə  beynəlxalq  münasibətlərin  yaxşılaşması  imkan  yaratdı  ki,  qlobal  miqyaslı  problemlərin 

həllində  sosialist,  kapitalist  və  üçüncü  dünya  ölkələri  bir  araya  gəlsin  və  vahid  platformadan  çıxış  etsinlər. 

1972-ci ildə Stokholmda keçirilmiş BMT-nin İnsanın Ətraf Mühiti konfransında mərkəzi qərərgahı Nayrobidə 

yerləşəcək UNEP (BMT Ətraf Mühit Proqramı) təsis edildi. 1983-cü ildə BMT Baş Assambleyasının qərarı ilə 

ətraf  mühit  və  qlobal  problemlərin  araşdırılması  əsasında  Hesabat  hazırlanması  məqsədi  ilə  Xanım  Qro 

Harlem  Brundtlandın  sədrliyi  ilə  Ətraf  Mühit  və  İnkişaf  adlı  Ümumdünya  Komissiyası  yaradıldı.  Bu 

komissiyanın  intensiv  və  ideoloji  şablonlardan  uzaq  fəaliyyəti  nəticəsində  bu  sahədə  qlobal  ictimai  fikrə  və 

tədqiqatlara çox müsbət  təkan vermiş Bizim Ümumi Gələcəyimiz (”Our Common Future”) adlı hesabat 1987-

ci  ildə  işıq  üzü  gördü  və  əksər  dillərə  tərcümə  olundu.  Cəmiyyətin  müxtəlif  təşkil  səviyyələrində  inkişaf 

proqramlarının  əsasında  ətraf  mühit  problemlərinin  qoyulması  məsələsi,  yəni  ətraf  mühitin  vəziyyəti  nəzər 

alınmadan  inkişafın  mümkün  olmaması  öz  təsdiqini  tapdı.  Davamlı  inkişafın  gələcək  nəsillərin  ehtiyacının 

ödəniməsinə  xələl  gətirmədən  indiki  nəslin  eutiyaclarını  ödəyən  insan  inkişafı  demək  olması  fikri  təsbit 

olundu və hamı tərəfindən qəbul olundu. Davamlı inkişaf konsepsiyasını  əsasən ətraf mühit, iqtisadiyyat və 

cəmiyyət komponentlərinin qarşılıqlı əlaqələri şəklində təsvir və izah etmək mümkündür. Davamlı inkişafı tam 

təsvir  etmək  üçün  bu  üç  əsas  komponentdən  əlavə  olaraq  mədəniyyət  və  idarəçilik  amillərinin  də  nəzərə 

alınması vacibdir. 

Bu  əsərin  dünyada  yaratdığı  abu-hava  altında  və  SSRİ-nin  dağılması  nətiçəsində  beynəlxal  aləmdə 

yaranmış həmrəyliyin nəticəsi kimi 1992-ci ildə Rio de Janeyro şəhərində (Braziliya) BMT-nin Ətraf Mühit və 

İnkişaf  adlı  konfransı  (Yer  Sammiti)  baş  tutdu  və  bəşər  tarixində  inqilabi  dəyişikliklərin  təşəssümü  kimi 

proqressiv ideyaları özündə cəmləmiş qlobal inkişaf konsepsiyası "Gündəm XXİ", Rio Deklarasiyası və s bütün 

ölkələr  tərəfindən  qəbul  edildi.  Rio  (1992)  konfransının  davamı  kimi  1993-cü  ildə  BMT  Baş  Assambleyası 

Davamlı  İnkişaf  Komissiyası  (UN  Commission  on  Sustainable  Development  (CSD)  təsis  etdi.  Növbəti  Yer 

Sammitləri - Rio+10 (İohannesburq, 2002) və Rio+20  (Rio de Janeyro, 2012), bir daha təsdiq etdilər ki, qlobal 

inkişaf  bütün  ölkələrin  vahid  konsepsiyalar  və  proqramlar  əsasında  birgə  və  bir-birindən  asılı  fəaliyyətləri 

əsasında mümkün ola bilər. 

Yuxarıda  deyilən  fikirlər  əsasında  BMT-də  vahid  qlobal  proqramlar  və  konsepsiyalar  hazırlanması 

istiqamətində  işlər  aparıldı  və  2000-ci  ildə  Minilliyin  İnkişaf  Bəyannaməsi  irəli  sürüldü  və  bütün  ölkələr,  o 

cümlədədən Azərbaycan tərəfdən qəbul edildi (8 sentyabr 200-ci ildə). Bu Bəyannamə XX əsriin 90-cı illərdə 

BMT tərəfindən həyata keçirilən  çoxsaylı konfransların zirvə  nöqtəsi idi və  onu imzalamış 191 ölkənin ətraf 

mühit,  inkişaf,  idarəçilik,  sülh,  təhlükəsizlik  və  insan  haqları  sahəsində    öhdəlikləri,  məqsədləri  və  hədəfləri 

özündə əks etdirirdi. 

Minilliyin  İnkişaf Bəyannaməsinin müddəalarının qlobal miqyasda həyata keçirilməsi məqsədi ilə  2000-

2015-ci  illəri  əhatə  edən  Minilliyin  İnkişaf  Məqsədləri  (MİM)  hazırlandı  və  BMT  xətti  ilə  qlobal  miqyasda 

tətbiq olunmağa başladı. MİM çərçivəsi 8 məqsəd, 18 hədəf və onların monitorinqinin aparılması üçün tərtib 

olunmuş  və  ölçülə  bilən  48  göstəricidən  ibarət  idi.  Qlobal  və  milli  inkişaf  tendensiyalarını  izləmək  üçün 

mümkün olduqca 1990-cı il məlumatları ilkin məlumat kimi götürülür və müqayisə edilirdi (1990-2000-2015). 

Bu məqsədlər aşağıdakılardan ibarət idi: 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

10 


 

Məqsəd 1. İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq 

Məqsəd 2. Ümumi ibtidai təhsilə nail olmaq 

Məqsəd 3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək 

Məqsəd 4. Uşaq ölümü hallarını azaltmaq 

Məqsəd 5. Ana ölümü hallarını azaltmaq 

Məqsəd 6. İİV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq 

Məqsəd 7. Ətraf mühitin davamlılığını təmin etmək 

Məqsəd 8. İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək 

MİM-lərə nail olunması üçün Azərbaycanda görülmüş işlər 

Milli strategiyalara inteqrasiya olunması əsas şərt idi və bununla bağlı çox ciddi siyasi addımlar atıldı və 

qərarlar verildi. 

MIM-lərin  əsas  məqsədi  olan  yoxsulluqla  mübarizə  sahəsində  kompleks  tədbirlərin  həyata  keçirilməsi 

məqsədilə  “2003–2005-ci  illər  üçün  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf 

üzrə  Dövlət  Proqramı”  və  daha  sonra  “2008–2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 

azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edildi və uğurla icra həyata keçirildi. 

Bu sənədlərin hazırlandığı dövrdı Azərbaycanda BMT qurumlarını koordinasiya edən bir məsləhətçi kimi 

onların  hazırlanmasının  iki  təqdirəlayiq  üstünlüyünü  qeyd  etmək  istərdim.  Belə  ki,  həmin  sənədlər  rəsmi 

dövlət qurumlarının aparıcılığı ilə ölkədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq donor və inkişaf təşkilatları ilə 

çoxsaylı  müzakirələr,  məsləhətləşmələr  və  beynəlxalq  təçrübəyə  əsaslanan  elmi  yanaşmalar  əsasında 

hazırlanmışdı.  Daha  bir  üstünlük  isə  həmin  sənədlərdə  Dünya  Bankının  təçəbbüsçüsü  və  donoru  olduğu 

Yoxsulluğun  azaldılması  proqramlarının  BMT-nin  təşəbbüsçüsü  olduğu  MİM-lərin  ölkənin  inkişaf 

proqramlarına  vahid  yanaşma  əsasında  inteqrasiya  edilməsi  idi.  Azərbaycanda  tətbiq  olunan  bu  yanaşma 

beynəlxalq əhəmiyyət daşıyırdı və BMT agentlikləri arasında müsbət təcrübə kimi geniş təbliğ olunurdu. 

Azərbaycanda  yuxarıda  adları  çəkilən  dövlət  proqramları  üzrə  həyata  keçirilən  çoxsaylı  layihələrin 

nəticəsi  kimi,  MİM  hədəfləri,  yoxsulluğun  aradan  qaldırılması,  insanların  sağlamlığının  qorunması,  ətraf 

mühitin  yaxşılaşdırılması,  əhalinin  təhsil  səviyyəsinin  yüksəldilməsi,  gender  bərabərliyinin  təşviq  və  təmin 

olunması sahəsində irəliləyişlərə nail olunmuşdur. 

Bu  nailiyyətləri  və  bəzi  problemləri  Dövlət  Statistika  Komitəsinin  vebsaytından  götürülmüş  Azərbaycan 

Respublikası  üzrə  MİM  göstəriciləri  (https://www.stat.gov.az/source/millennium/)    hesabatının  müəllif 

tərəfindən təhlili əsasında aparılmış ümumi araşdərmaların nəticəsi MİM məqsədləri üzrə ardıcıllıqla aşağıda 

verilmişdir. 

Məqsəd 1. İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq 

Milli yoxsulluq həddindən aşağı yaşayan əhalinin xüsusi çəkisi, 10 dəfə azalaraq 2001-ci ildəki 49 faizdən 

2015-ci ildə 4,9 faizə enmişdir. 

Məqsəd 2. Ümumi ibtidai təhsilə nail olmaq 

Bu sahədə son onilliklərdə Azərbaycanda elə bir ciddi problem olmamışdır.  

15-24  yaşda olan  əhalinin savadlılıq  səviyyəsi, 2015  ci  ildə  100  faizə  çatdırılmışdır  (1999-cu  ildəki 99,9 

faizdən). 

İbtidai təhsildə xalis qeydiyyat əmsalı 1990-cı ildəki 84,2 faizdən  15,6 faiz yüksələrək 2015-ci ildə 99,8 

faizə çatmışdır. 

İbtidai təhsili bitirmə əmsalı 1990-cı ildəki 86,9 faizdən 13,1 faiz artaraq 2015-ildə 100 faiz olmuşdur. 

 

 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə