Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
15
MÜASİR DÖVRDƏ AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
AZERBAIJAN-TURKEY RELATIONS IN THE MODERN PERIOD
Dos. Dr. İbrahim Əliyev
Azərbaycan Turizm və Menecment Universiteti
Xülasə
Azərbaycan Türkiyə münasibətləri qədim və zəngin tarixə malikdir. Bu münasibətlər özünəməxsus
xüsusiyyətləri və coxşaxəli istiqamətləri ilə həmişə fərqlənmiş, müstəsna əlamətlərə malik olmuşdur. Dərin
tarixi kökləri ilə bağlı olan bu ölkələri hər şeydən əlavə etnik doğmalıq birləşdirir. Buna görə də Azərbaycanın
tarixini, ictimai-siyasi və mədəni həyatını birbirindən ayrı təsəvvür etmək mümkün deyildir.
Azərbaycan-Türkiyə münasibətləri tarixin müxtəlif mərhələlərində həyatın ağır sınaqlarından keçmiş,
özünün qırılmazlığını real praktikada təsdiq etmişdir. Bu münasibətlər barəsində kifayət qədər geniş
tədqiqatlar aparılmış, onun müxtəlif dövrləri haqqında xeyli elmi tədqiqat əsərləri yazılmışdır. Hazırkı
məqalədə isə diqqəti Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra Azərebaycan – Tütkiyə
münasibətlərinin müxtəlif cəhətlərinə yönəltmək istərdik. Bu iki dövlət arasında münasibətdən danışarkən
hər şeydən öncə onu qeyd etmək istərdik ki, onların hər ikisi böyük türk dünyasının tərkib hissələri olmaqla
bu sistemdə özünəməxsus yerə və rola malikdir. Bu münasibətlər ictimai həyatın bütün sahələrini əhatə edir
və strateği əhəmiyyət daşıyır.
Açar sözlər: Müasir dövr, Türkiyə, Azərbaycan, əlaqələri
Abstract
Turkey's relations with Azerbaijan are multidimensional and of strategic. High-level intensive mutual
visits are the most important driving force behind the relationships. It has become a tradition for the two
countries to visit the other country first, following the change of the state authorities or of symbolic
importance. Turkey and Azerbaijan have a bond of unique sisterhood in the world. Gazi Mustafa Kemal
Atatürk described it as “Azerbaijan's happiness is our happiness and its grief is our grief” and Haydar Aliyev
said “We are one nation in two states”.
Key words: Modern perıod, Azerbaijan, Turkey relatıons
Türkiyə dövlətinin Qafqaz regionuna olan maraqları, onların bu regionda dayaqlarını yaratmaq istəyi son
yüzillikdə yeni bir mərhələsinə daxil olmuşdu. Hələ Osmanlı dövləti özünün qüdrətli dövrlərində regionda
nüfuz dairəsi uğrunda digər qonşu dövlətlərlə rəqabət aparmışdı. Lakin son yüzilliklər ərzində onun zəifl
əyərək müxtəlif regionlarda mülklərini və nüfuz dairəsini itirməsi Qafqaza da aid idi. Buna baxmayaraq Türk
dövlətinin qlobal maraqları azalmamış, onlar həmişə bu regionda təsirlərini bərpa etməyə çalışmışdılar.
Xüsusən Birinci dünya müharibəsi dövründə Osmanlı imperiyasının regionda başlıca rəqibi olan Rusiya
imperiyasının inqilablar nəticəsində iflasa uğraması onun qarşısında yeni imkanlar yaradır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Türkiyə dövlətinin rəğbətli münasibətini öz üzərində
hiss etmişdi. O, 1918-ci il 4 iyulda Azərbaycan Xalq Cümhuriyyətini tanıyaraq ona siyasi və hərbi dəstək verir.
Məhz həmin dövrdə türk ordusunun Qafqazda fəallaşması, müstəqillik astanasında dayanmış Azərbaycana
dəstək verməsi, ona qarşı yönəlmiş soyqırımı dalğasının qarşısının alınmasında öz töhfəsini verməsi
türkazərbaycan birliyinin parlaq səhifələrindən birini təşkil edir. 1918-ci ilin martında Nuru paşanın rəhbərliyi
altında türk ordusunun Azərbaycana uğurlu gəlişi onun taleyində dərin iz qoymuşdur. Lakin Birinci dünya
müharibəsində OsmanlıTürkiyəsinin daxil olduğu blokun məğlubiyyəti onların xilasedici missiyasını
dayandırmasına səbəb oldu. Bununla belə türklər imkanları daxilində Azərbaycana dəstəklərini hər vasitə ilə
davam etdirirdi. 23 aylıq mövcudluqdan sonra Azərbaycan Cümhuriyyəti tarixi inkişafının obyektiv nəticəsi
olaraq öz müstəqilliyini itirdi. Burada bolşeviklərin hakimiyyətəgətirilməsi ilə Türkiyənin strateği gedişləri arxa
plana keçmiş, özünün yeni məqamını gözləmişdir. Lakin yeni şəraitdə da Türkiyənin dəstəyi ən həlledici
məqamlarda zaman-zaman özünü büruzə vermiş, bir sıra prinsipial problemlərin həllində öz təsirini
göstərmişdir. Buna müsal olaraq Azərbaycanın sovet hakimiyyəti dövründə onun formal müstəqilliyinin
qorunub saxlanmasında və xeyli ərazilərinin mühafizə edilməsində müstəsna əhəmiyyətə malik olan Türkiyə
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
16
ilə Rusiya arasında imzalanmış Moskva müqaviləsi və Cənubi Qafqaz respublikaları ilə bağlanmış Qars
müqaviləsini qeyd etmək istərdik (1).
Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə Türkiyə dövlətinin buraya əli çatmasa da, Azərbaycana olan
isti münasibəti daim hiss olunmuşdur. Sovet rəhbərliyi Azərbaycanı türkiyə təsirindən uzaq saxlamağa,
onların yaxınlığına imkan verməməyə çalışırdı. Bütün bunlara baxmayaraq, bu dogma münasibətləri
zəiflətmək mümkün olmamışdır.
Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələsi XX əsrin axırlarında başlandı. 1990-cı illərdə SSRİ-
nin dağlması nəticəsində yeni türk dövlətlərinin öz müstəqilliklərini bərpa etməsi ilə türk dünyasının
genişlənməsi və möhkəmlənməsi üçün əlverişli şərait yarandı. Belə bir məqamda Türkiyənin həmin
dövlətlərlə hərtərəfli əlaqələrinin güclənməsi, qarşılıqlı təmasların intensivləşməsi, onların bütün məsələlərdə
vahid mövqedən çıxış etməsi məsələsi aktuallaşır. Bu münasibətlər sistemində Azərbaycan-Türkiyə
münasibətləri xüsusi əhəmiyyətə malik idi.
SSRİ parçalana qədər Türkiyə Respublikası türk dünyasının dünya dövlətləri sırasında yeganə təmsilçisi
idi. Sovet imperiyasının iflası türk dövlətləri sırasının genişlənməsinə gətirib çıxardı və bu, türk dünyasının
güclənməsi yolunda böyük imkanlar açdı.
Azərbaycan, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın simasında tarix səhnəsinə çıxmış yeni
türkmüsəlman dövlətləri dünyanın, xüsusən də Qafqaz-Mərkəzi Asiya regionunun yeni durumunda ciddi
dəyişikliklərə gətirib çıxarmış, onun siyasi mənzərəsinə yeni qeosiyasi reallıq gətirmişdir. Belə bir məqamda
Türkiyə Respublikasının qarşısında yeni perspektivər açılması ilə yanaşı, yeni qlobal vəzifələr ortaya çıxırdı.
Tarixi inkişafın öz gedişi ilə açılan bu imkanlar Tütk dövlətinin məsuliyyətlərini də artırdı. Yeni şəraitdə Türkiyə
Respublikasının müstəqilliyini bərpa etmiş türk-müsəlman dövlətləri, o cümlədən Azərbaycan Respublikası ilə
münasibətləri regionun taleyində və onun inkişaf perspektivində böyük təsirə malikdir.
Azərbaycan öz coğrafi mövqeyinə görə türk dünyası üçün son dərəcə vacib bir ərazidə yerləşir,
Türkiyənin bu dünyaya çıxışının bağlanğıcını təşkil edirdi. Digər tərəfdən, sosialiqtisadi, siyasi, mədəni durum,
müasir inkişaf səviyyəsi, ictimai həyatın bütün sahələrində malik olduğu səviyyə Azərbaycanın unikal
mövqeyini və ictimai-siyasi mahiyyətini qabarıq şəkildə ifadə edir, onun tarixi missiyasını və rolunu
şərtləndirirdi. Bu mənada Azərbaycan təkcə müstəqilliyini bərpa etmiş yeni dövlət olaraq dəstəyə ehtiyacı
olan bir dövlət deyildi. Onun malik olduğu təbii ehtiyatlar, iqtisadi potensialı, mədəni intellectual səviyyəsi ilə
Türkiyənin özünün müasir inkişafında əsaslı dönüş yarada biləcək imkanın daşıyıcısı idi. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra problemlərini həll etdikcə və müstəqil iqtisadiyyatını yaratdıqca onun
regionda və bütöv dünyada təsiri artır. Bu mənada Azərbaycan regionda bütün qonşuları ilə münasibətdə
müstəqil aktor kimi nüfuzunu və təsirini günbəgün gücləndirir. Bu mənada hazırkı dövrdə Azərbaycan-Türkiyə
münasibətlərindən danışılarkən hər kəs tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməsi etiraf edilir. Bu məqamda tarix bir daha sübut edir ki, dövətin təsir gücü ərazisinin böyüklüyü,
əhalisinin sayı ilə ölçülmür. Düzgün aparılan daxili və xarici siyasət, resurslardan düzgün istifadə edilməsi,
ölkənin maraqlarından çıxış edən balanslasdırılmış xəttin yeridilməsi dövlətin uğurunun təminatında
əhəmiyyətli rol oyanayır (1).
Əlbəttə, bu məqamda Türkiyə və Azərbaycanın qarşılıqlı münasibətlərinin strateji əməkdaşlıq
səviyyəsində qurulması hər iki dövlətin müasir dünyadakı durumunda özünü qabarıq şəkildə göstərir. Həyatın
bütün sahələrində tərəfdaşlıq münasibətləri yuksək səviyyədə qurulur. Bu da onları öz güclərini birləşdirərək
vahid mövqedən çıxış etməyə, həyata keçirilən transmilli layihələrin reallaşdırılması sayəsində daha da
yaxınlaşmaqa imkan verir.
Azərbaycanın Türkiyə ilə siyasi əlaqələri büstəqilliyin bərpası anından başlamışdır. Azərbaycanın
müstəqilliyini tanıyan ilk dörlət Türkiyə olmuşdur. 1991-ci il oktyabrın 18-də Azərbaaycan öz müstəqilliyini
bərpa etdikdən sonra noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı. 1992-ci il 14 yanvar tarixində
isə Azərbaycan-Türkiyə diplomatik əlaqələri yarandı, Bakı şəhərində Türkiyənin səfirliyi fəaliyyətə başladı, Bir
qədər sonra – Türkiyədə Azərbaycan Resspublikasının səfirliyi açıldı. Diplomtik münasibətlər qurulduqdan
sonar bu iki dövlət arasında əlaqələr daha intensiv xarakter aldı. Müstəqilliyin ilk illərində Azərbaycanda
mürəkkəb icitmai-siyasi proseslər zamanında Türkiyə dövləti Azərbaycan xalqının yanında olmuş, onun