Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə22/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   18   19   20   21   22   23   24   25   ...   128

86 

 

maraqlıdır. 



— Üsluba  gəlincə,  —  Meri  dedi,  —  onun  məktubu 

qüsursuzdur.  Zeytun  budağına  dair  fikir  bəlkə  yenilik 

saçmır, amma pis ifadə edilməyib. 

Ketrin və Lidiya üçün məktub və onun müəllifi heç bir 

maraq  kəsb  etmirdi.  Gözləmək  olmazdı  ki,  əminəvəsi 

qırmızı  mundirdə  gələcək,  son  həftələrdə  başqa  rəngli 

paltar  geyən kişi  cəmiyyəti onlara heç bir məmnuniyyət 

vermirdi. Oxunan 

məktub  mister  Kollinzə  münasibətdə  missis  Bennetin 

qəlbindəki  pis  niyyətləri  elə  dağıtdı  ki,  o,  görüşə  səylə 

hazırlaşmağa  başladı  və  bununla  ərini  və  qızlarını  xeyli 

təəccübləndirdi. 

Mister Kollinz düz təyin olunmuş vaxtda gəlib çıxdı 

və  bütün  ailə  onu  iltifatla  qarşıladı.  Düzdür,  ev  sahibi 

yalnız qısa “xoş gəldin”lə kifayətləndi, əvəzində xanımlar 

kifayət  qədər  dilli-dilavər  idilər,  mister  Kollinz  isə 

ürəkləndirilməyə  ehtiyac  duymurdu  və  susqunluğu  ilə 

seçilmirdi.  Onun  25  yaşlı,  hündürboy  və  dolubədənli, 

mühüm görünüşlü və ciddi maneralı bir gənc olduğu bəlli 

oldu. İlkin tanışlıqdan beş dəqiqə keçməmiş o, artıq missis 

Bennetə  onun,  barələrində  çox  eşitdiyi  qızlarının  qeyri-

adi  gözəlliyinə  dair  kompliment  bəxş  etdi.  Bununla 

yanaşı, o, hazırkı halda söylənənlərin hətta onların gerçək 

dəyərlərini  azaltdığını  etiraf  etdi  və  əmin  olduğunu 

bildirdi  ki,  onlar  yaxın  gələcəkdə  əla  tərəfmüqabil 

olacaqlar. 

Belə 

cəsurluq, 



doğrusu,  onun  bəzi 

dinləyicilərinin o qədər də zövqüncə olmadı. Ancaq bütün 

downloaded from KitabYurdu.org



87 

 

komplimentlərdən  xoşlanan  missis  Bennet  onu  tam 



xeyirxahcasına qəbul etdi. 

— Ser,  siz  gerçəkdən  də  çox  yaxşı  adamsınız.  Mən 

bütün  qəlbimlə  arzu  edirəm  ki,  sizin  təxminləriniz 

doğrulsun,  —  başqa  cür  onları  çox  kədərli  bir  tale 

gözləyir. Vəziyyət çox cəfəng şəkil alıb!.. 

— Yəqin  siz  mənim  vərəsəlik  hüququmu  nəzərdə 

tutursunuz? 

— Əlbəttə, ser! Özünüz başa düşürsünüz ki, bu mənim 

bədbəxt qızlarım üçün necə dəhşətlidir. Mən heç də sizi 

günahkar  saymıram  —  belə  şeylər  yalnız  durumdan 

asılıdır. Mülk kişi xətti üzrə keçdikdə kimə desən qismət 

ola bilər. 

— Xanım, mən gözəl əminəvələrimə bu qeyri-əlverişli 

durumla  bağlı  acıyıram  və  bu  barədə  bir  şeylər  demək 

istərdim. Ancaq hadisələri qabaqlamamaq üçün mən hələ 

çəkinirəm.  Yalnız  gənc  xanımları  əmin  edə  bilərəm  ki, 

buraya  onların  gözəlliklərinə  heyran  olmağa  hazır 

gəlmişəm.  İndi  mən  heç  nə  əlavə  etmirəm,  ancaq 

yaxından tanış olduqda... 

Bu yerdə onun nitqi nahara dəvətlə kəsildi. Xanımlar 

bir-  birilə  baxışıb  gülüşdülər.  Onlann  gözəlliyi  mister 

Kollinzdən  ötrü  yeganə  heyranlıq  predmeti  deyildi. 

Qonaq otağı, 

yeməkxana, şərait - hər şey onun diqqətli baxışma məruz 

qaldı  və  yüksək  qiymətləndirildi.  Bu  təriflər,  əlbəttə  ki, 

missis  Benneti  mütəəssir  edə  bilərdi.  Ancaq  mister 

Kollinzin  bütün  bunlara  öz  gələcək  mülkiyyəti  kimi 

downloaded from KitabYurdu.org




88 

 

baxması  fikri  onun  qəlbini  dondururdu.  Nahar  öz 



növbəsində  çox  coşqulu  mühakimələr  seli  doğurdu, 

mister  Kollinz  bu  vazkeçilməz  yeməklər  üçün  əmisi 

nəvələrindən  hansının  qabiliyyətinə  borclu  olduqlarını 

öyrənmək istədi. Fəqət, burada ev sahibəsi qonağı yerində 

oturdaraq,  qürurlu  bir  şəkildə  dedi  ki,  o,  yaxşı  aşpaz 

saxlamağa  qabildir  və  qızlarının  mətbəxdə  işi  yoxdur. 

Qonaq buraxdığı səhv üçün ondan üzr istəməyi lazım bildi 

və  missis  Bennet  yumşalaraq  dedi  ki,  ondan  az  olsa  da 

inciməyib.  Ancaq  mister  Kollinz  hələ  saatın  dörddəbiri 

qədər vaxt ərzində üzr istəməkdə davam etdi. 

XIV 

FƏSİL 


Bütün  nahar  boyunca  mister  Bennet,  demək  olar,  heç 

kəslə danışmadı. Ancaq xidmətçi uzaqlaşdıqdan sonra o, 

qonaqla  söhbət  etmək  üçün  münasib  vaxtın  yetişdiyi 

qərarına  gəldi.  Mister  Kollinzi  şübhəsiz  ki,  qızışdırmalı 

olan  mövzuya  toxunan  mister  Binqli  qeyd  etdi  ki,  belə 

görünür, o öz lütfkar rəhbərindən çox məmnundur. Ledi 

Ketrin  de  Börün  onun  istəklərinə  acıması  və  mister 

Kollinzin  rahatlığının  qayğısına  qalması  ilk  baxışdan 

sıradan olmayan bir hal kimi görünə bilər. Mister Bennet 

çətin ki, söhbət üçün bundan uğurlu mövzu tapa bilərdi. 

Qonaq ledi de  Bör barədə böyük heyranlıqla danışmağa 

başladı. Mövzu onun danışıq üslubunu hətta özü üçün də 

qeyri- adi şəkildə təmtəraqlı etdi. O, tam əminliklə bildirdi 

ki,  bütün  həyatı  boyu  ona  ledi  Ketrin  qədər  səbirlə  və 

xeyirxahlıqla yanaşan yüksək mənsəbli şəxsin davranışını 

müşahidə etməyib. Kollinzin ledinin iştirakı ilə vəz etmək 

downloaded from KitabYurdu.org



89 

 

şərəfinə nail olduğu hər iki moizəni o, nəzakətlə bəyənib. 



Ledi de Bör iki dəfə onu 

Rozinqsdə  nahara  dəvət  edib  və  cəmi  bir  həftə  öncə 

arxasınca  adam  göndərib  ki,  keşiş  onun  kadrildə  (dörd 

cütlü rəqs) axşam oyunlarında iştirak etsin. Məlum olduğu 

kimi,  çoxları  hesab  edir  ki,  ledi  Ketrin  həddən  artıq 

məğrurdur.  Ancaq  ona  münasibətdə  xanım  qeyri-adi 

şəkildə  mehribandır.  Lütfkar  xanım  onunla  həmişə 

istənilən  başqa  centlmenlə  danışdığı  kimi  danışır.  Ledi 

onun yerli ictimaiyyətlə tanışlığına heç bir etiraz etməyib, 

zamanzaman  kilsəni  bir-iki  həftəliyə  gələn  qonaqlarının 

sərəncamına  verməsinə  qarşı  çıxmayıb.  Xanım  hətta  o 

yerə  qədər  enib  ki,  ona  imkan  daxilində  tezliklə 

evlənməyi,  ancaq  bunu  lazımi  ehtiyatlılıqla  etməyi 

məsləhət  görüb,  bir  dəfə  isə  mister  Kollinzi  onun  sadə 

yuvasında  ziyarət  edib.  Ledi  orada  apanlan  bütün 

təkmilləşdirmə işlərini bəyənib, hətta ikinci mərtəbədəki 

dolabda  rəflərin  quraşdırılması  sahəsində  ona  müəyyən 

məsləhətlər də verib. 

—  Bütün  bunlar  onun  tərəfindən  qeyri-adi  şəkildə 

tərifəlayiqdir və əlbəttə ki, olduqca böyük lütfkarlıqdır, — 

missis Bennet qeyd etdi. — Cəsarətlə deyə bilərəm ki, o, 

fövqəladə dərəcədə xoş bir qadın olmalıdır. Əfsus 

ki,  mənsəbli  qadınların  çoxu  ona  oxşamır!  O  sizin 

yaxınlığınızdamı yaşayır, ser? 

— Mənim  sadə  məskənimin  yerləşdiyi  bağla  lütfkar 

xanımın iqamətgahınm yerləşdiyi Rozinqs parkını yalnız 

bir xiyaban ayırır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə