Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   12   13   14   15   16   17   18   19   ...   174

 
35 
kolonistlər  arasında  az  sayda  varlı  adamlara  imtiyazlardan  ibarət  iri  bəxşişlər 
bağışlayırdı.  
Merilenddə  də  Virciniyadakı  kimi  iri  çaylar  axırdı  və  köhnə  koloniyada 
olduğu kimi gəmilər limandan limana ticarət yükü aparırdı. Burada bir neçə kənd və 
çoxlu  geniş  plantasiyalar  var  idi.  Merilend  həm  də  iezuitlər  və  papistlər  üçün 
qanunsuz  sığınacaq  yeri  idi  və  qonşuları  virciniyalılar  buna  qısqanclıqla  baxırdılar. 
Lakin koloniyalar arasındakı fərqlər tezliklə unuduldu.  
Merilend  təşkil  olunanda,  Yeni  İngiltərədə  hadisələr  güclü  qabarma  kimi 
davam  edirdi.  1630-1640-cı  illərdə  Uintropun  kompaniyasının  Bostona  gəldiyi 
vaxtdan sonrakı ilk onillikdə körfəzə güclü immiqrant axını başlandı. Bu kiçik dövr 
ərzində  iyirmi  minə  qədər  adam  Yeni  İngiltərədə  özünə  vətən  axtarmağa  başladı. 
1634-cü ildə təkcə bir iyun ayında on dörd gəmi məskunlarla gəlmişdi. Sonrakı yayı 
isə  təkcə  bir  gündə  on  bir  gəmi  körfəzə  yan  almışdı.  1638-ci  ilin  üç  ayı  ərzində 
buraya  üç  min  immiqrant  gəlmişdi.  Elə  görünürdü  ki,  bu  axında  heç  bir  fasilə 
olmayacaqdır.  Gələnlərin  çoxuna  körfəz  xoş  gəlirdi  və  onlar  buranı  özlərinə  vətən 
kimi qəbul edirdilər.  
Köhnə vətəndə olduğu kimi burada da idarəetmə hər şeyi qaydaya salmalı idi. 
Əməkçilərə  hansı  maaşı  vermək,  tacirlərin  hansı  qiyməti  qoyması,  fermerlərin  öz 
taxıl məhsullarını becərmək üçün torpaqdan necə istifadə etməsi, balıqçılar özlərini 
necə aparmalıdır, hindularla xəz ticarəti necə icra olunmalıdır, - bütün bunlar tərtib 
edilən qanunlarda öz əksini tapırdı. Lakin bu nizamlamanı həyata keçirmək o qədər 
də  asan  deyildi.  Balıqçılar  açıq  dənizdə  ov  edirdilər.  Uzun  sahil  boyunda  isə 
magistratlar  açıldı.  Xəz  alveri  hindularla  birbaşa  mübadilə,  barter  şəklində  meşənin 
dərinliyində  aparılırdı.  Tacirlər  özləri  istədiyi  qiymətlə  malları  alırdılar,  fermerlər 
onlara  fayda  verən  və  gəlir  gətirən  qaydada  torpaqlarından  istifadə  edirdilər.  Ona 
görə də koloniyanın sadə həyatı İngiltərə həyatından xeyli sərbəst idi.  
Bu  dövrdə  Konnektikutun  da  əhalisi  artırdı.  1637-ci  ildə  artıq  Konnektikut 
sahillərində  səkkiz  min  sakin  var  idi.  Hollandlar  gördükdə  ki,  Plimutda  və 
Massaçusets körfəzində ingilislər belə artırlar, onlar tezliklə hər şeyin təhlükəsizliyini 
təmin edən tədbirlər görməyə başladılar. Onlar Konnektikutun ortasına gedən torpaq 
zolağını  hindulardan  satın  aldılar.  İngilislər  gələndən  bir  az  qabaq  burada  özlərinin 
sahib  olduqlarını  göstərmək  üçün  kiçik  fort  tikdilər.  İngilislər  gələn  vaxt  isə  onlar 
Qud Houp – «Xoş Ümid» postunu yaratdılar. Plimutdan olan adamlar birinci olaraq 
post  tikməyə  gəlmişdilər.  Onlardan  sonra  körfəzdən  icmaların  nümayəndələri 
plimutluların  və  hollandların  hüquqlarına  heç  bir  məhəl  qoymadan  bura  axışmağa 
başladılar. Bir neçə ildən sonra isə onlar holland postunun yanındakı bütün torpaqları 
şumlamağa girişdilər. Qubernator Uintrop Fort Amsterdamdakı holland komandirinə 
xəbər göndərdi ki, o, Konnektikutda heç nə tikməməlidir. O, bildirdi ki, bu torpaqlar 
İngiltərə  kralının  ərazisidir.  Holland  Van  Tuiller  isə  cavab  verdi  ki,  o,  Hollandiya 
dövlətinin  adından  və  Vest  İndiya  kompaniyasının  nüfuzundan  çıxış  edir  və  bu 
sözləri  əlavə  etdi:  "Dünyanın  bu  hissəsində  bütpərəstlərin  torpaqları  yerləşir  və  bu 
torpaqlar  məskunlaşmaq  üçün  boşdur".  Ancaq  ingilis  immiqrantların  axını  bütün 
bunları  süpürüb  atdı.  Onların  az  hissəsi  Plimutdan,  böyük  hissəsi  isə  körfəzdən 
gəlirdi. Hollandlar hiddətlənirdi, hədə göndərirdi və etirazlarını bildirirdi. Lakin heç 
nə  edə  bilmirdilər  və  ona  görə  də  tezliklə  sayca  azlıq  təşkil  etdilər  və  ingilislərlə 


 
36 
əhatə  olundular.  Bir  holland  bunu  belə  təsvir  edirdi:  "Bu  adamlar  elan  edirlər  ki, 
onlar  İsraillilərdir,  biz  isə  öz  koloniyamızda  Misirliyik".  Onlar  öz  vətəndaşlarını 
Virciniyada  belə  adlandırırdılar.  Bu  onların  vəzifəsi  idi  ki,  Puritan  dövləti  təsis 
etsinlər.  Kim  onların  dininə  sitayiş  etmirdisə  və  ya  onların  həyat  qaydalarını  qəbul 
etmirdisə,  onlar  bütpərəst  sayılırdı,  ya  onlar  bu  ərazidən  sıxışdırılıb  çıxarılmalı, 
yaxud da onlardan təhlükəsiz məsafədə olmaq lazım gəlirdi.  
1635-ci ildə Uotertaundan olan sakinlər holland postu Qud Houpdan altı mil 
aşağı,  çayın  üstündə,  sonralar  Vezerfild  adlanan  yerdə  evlər  tikməyə  başladılar. 
Həmin  il  adamlar  gəlib,  Vindzorda  etiraz  edən  plimutluların  yanında  yerləşdilər. 
Həm  İngiltərədə,  həm  də  körfəzdə  adamlar  var  idi  ki,  gözlərini  Konnektikutdakı 
vadiyə  tikmişdi  və  onlar  hətta  burada  koloniya  salmağa  hazır  idilər.  Bir  qrup  varlı 
adam  aşağı  Konnektikutda  olan  torpaqlara  yiyələnmək  hüququ  aldılar  və  körfəzdən 
bura  köçdülər.  1635-ci  ildə  körfəz  qubernatorunun  fərasətli  oğlu  gənc  Con  Uintrop 
Konnektikut  çayının  və  buna  bitişik  torpaqların  qubernatoru  kimi  işə  başladı.  O, 
burada istehkamlar tikdirdi. O birisi il Hüker yüz sakinlə Nyutaundan bura gəlib ilk 
məskunlara  qoşuldu  və  hollandların  xoşlamadığı  qonşu  kimi  Hartford  adlanan 
yaşayış  məntəqəsini  saldı.  Artıq  İngiltərədən  minlərlə  adam  gəlirdi  və  yeni 
mühacirətin məqsədi heç də təkcə Konnektikut deyildi.  
İngiltərədən  gələn  məskunların  bir  hissəsi  özlərinə  Nyu  Amsterdamda, 
hollandların  iyirmi  milliyində  ev  tikdilər.  İngilislər  iri  addımlarla  Hadson  çayının 
mənsəbində  görünməyə  başladılar.  Nyu  Amsterdam  kifayət  dərəcədə  böyüyür  və 
çiçəklənirdi.  Lakin  yeni  sakinlər  hollandlar  deyildi,  onlar  körfəzə  gələnlər  idi. 
Hollandların gözlədikləri baş verdi. Ona görə də onlar daim deyirdilər ki, ingilislər 
"təbiətcə o qədər məğrurdular ki, onlar güman edirlər ki, hər şey onlara məxsusdur" 
və yaxşı bilirdilər ki, onlar necə təcavüzkar ola bilərlər.  
1637-ci  ildə  körfəzdə  keşiş  Con  Davenportun  başçılığı  altında  məşhur 
koloniya meydana gəldi. Bu koloniyanın üzvləri bir yerdə qalıb, ayrıca kilsə yaradıb, 
öz  həyatlarını  özlərinə  məxsus  olan  yaşayış  yerində  keçirmək  istəyirdi.  Onlar 
əlverişli bir liman tapdılar və buranı Nyu Hevn adlandırıb, üç yüz ev və gözəl kilsə 
tikdilər. Tezliklə onların şəhəri ətraf sahilin özünəməxsus paytaxtına çevrildi.  
Bu vaxt Narraqanset əhalisi də sürətlə artırdı və 1638-ci ildə əlli məskun Rod 
Aylendin  əsasını  qoyan  keşiş  Rocer  Uilyamsın  yanına  bir  qaçqın  sığınacağı  kimi 
gəldi  və  oranı  müqəddəscəsinə  "Providens"  adlandırdı.  Kolonistlər  Providensdən 
körfəzin  sularını  keçir,  dəniz  tərəfdəki  adanın  qurtaracağında  məskunlaşırdılar. 
Holandlar buranı Rod Aylend -Qırmızı ada adlandırmışdılar. Çünki onların burda ilk 
dəfə gördükləri qaya günün parıltısında qırmızı rəngə bürünmüşdü. Burada Pokasset 
və Nyuport şəhərləri salındı. Lakin buranın sakinləri hər yerdəki sakinlərə oxşamırdı. 
Onlar  çoxlu  məzhəblərin  və  dinlərin  nümayəndələri  idi  -  burada  bantistlər,  fikir 
ayrılığı  olan  puritanlar,  başqa  sektaların  üzvləri  var  idi,  onların  dünyagörüşləri  və 
fəaliyyətləri başqa yerdəkilərlə uzlaşmırdı, uyğun gəlmirdi.  
Uilyams  deyirdi  ki,  allah  adamları  Babil  sahillərində,  Romada  və  ya 
İngiltərədə olan kimi səpələmişdir. Onların Narraqanset sahilləri guya Babil sahilləri 
kimi görünürdü, bütün məzhəbdən olanlar sərbəst ibadət edirdi. Onlar sadə idarəçilik 
forması təsis etdilər, lakin gördülər ki, bir yerdə yaşamaq o qədər də asan deyildir. 
Ona görə də hər yerdə xırda, müstəqil qruplarla yaşamağa başladılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə