Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
52 
Hədis 339: Həzrət Əli (ə) buyurur: “Əmmarə 
(pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.” 
* * * 
Hədis 340: Həzrət Əli (ə) buyurur: “Vacib 
göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.” 
* * * 
Hədis 341: Həzrət Əli (ə) buyurur: “Çox yeməklə 
sağlamlıq bir araya sığmaz.” 
* * * 
Hədis 342: Həzrət Əli (ə) buyurur: “Söyüş söyən 
adam kimi həyasız yoxdur.” 
* * * 
Hədis 343: Həzrət Əli (ə) buyurur: “Günahdan 
pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.” 
* * * 
Hədis 344: Həzrət Əli (ə) buyurur: “Din qardaşı 
ac olan halda mö`min tox olmaz.” 
* * * 
Hədis 345: Həzrət Əli (ə) buyurur: “Ağıllı insan 
məşvərət etməkdən boyun qaçırmaz.” 
* * * 
Hədis 346: Həzrət Əli (ə) buyurur: “Fəqirə mane 
olub, ona bir şey verməyən varlının günahı bütün 
günahlardan böyükdür.” 
* * * 
Hədis 347: Həzrət Əli (ə) buyurur: “O şəxsə 
təəccüb edirəm ki, yaxşı bir sifətə görə 
tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik 
olmadığını bilir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
53 
Hədis 348: Həzrət Əli (ə) buyurur: “O şəxsə 
təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında 
deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik 
olduğunu bilir.” 
* * * 
Hədis 349: Həzrət Əli (ə) buyurur: “Qəlbin günah 
fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan 
üstündür.” 
* * * 
Hədis 350: Həzrət Əli (ə) buyurur: “Sağlamlıq 
pəhrizdəndir.” 
* * * 
Hədis 351: Həzrət Əli (ə) buyurur: “Bir işə 
başlamazdan öncə məsləhət et, addım atmazdan 
qabaq düşün.” 
* * * 
Hədis 352: Həzrət Əli (ə) buyurur: “Büdrəmə və 
peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə 
məsləhətləş.” 
* * * 
Hədis 353: Həzrət Əli (ə) buyurur: “Xeyirxahların 
ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.” 
* * * 
Hədis 354: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi 
başqalarında eyb axtarıb öz eybini görməyən 
kəsdir.” 
Hədis 355: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi 
başqalarının səhvini bağışlamayan və eyblərini 
örtməyən kəsdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə