Мә’сумларын нурлу кәламларындан 500 һәдис
59
Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim
üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə
verməkdən daha üstündür.”
* * *
Hədis 401: İmam Sadiq (ə) buyurur: “Həqiqətən,
xalqın ən çətin
bəlalar görəni peyğəmbərlər, sonra
onların ardınca
gedənlər, sonra isə tərtiblə
məqamına görə Allaha yaxın olanlardır.”
* * *
Hədis 402: Həzrət Məhəmməd (s) buyurur:
“Ümmətim üçün iki şeydən daha çox qorxuram:
nəfs istəyi və uzun-uzadı olan arzular.”
* * *
Hədis 403: İmam Sadiq (ə) buyurur: “Pis
xasiyyətli adam özünə əzab verir.”
* * *
Hədis 404: İmam Sadiq (ə) buyurur: “Hətta ona
qarşı zülmkar olan ata-anasına
düşmən nəzərlə
baxan kəsin namazını Allah qəbul etməz.”
* * *
Hədis 405: İmam Sadiq (ə) buyurur: “Mö`mini
məzəmmət edən kəsi Allah dünya və axirətdə
məzəmmət edəcəkdir.”
* * *
Hədis 406: İmam Sadiq (ə) buyurur: “Dua etməyi
unutmayın, çünki dua hər dərdin dərmanıdır.”
* * *
Hədis 407: İmam Sadiq (ə) buyurur: “Həqiqətən,
rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları
aradan aparar.”
* * *