Yazılmış şeirdən Allah heç kimə yatarkən bircəciyinin intiharını, ayılarkən anasının əlində göz



Yüklə 24,92 Kb.

tarix12.10.2018
ölçüsü24,92 Kb.
növüYazı


Ögey kitabları yandırın 

 

(Tural Turan) 

 

...Erməni belə qırmamışdı 



bu köyü, 

Heç belə hənirtisiz 

qalmamışdı  

Qartmış mamırdan daş 

salmamış "öy"ü...  

Hara küylədiniz 

adamları?!. 

Bu kəndə kitab yaraşmır, 

demişdi atam,  

Kitablar sətir - sətir işlədi,  

Boşaltdı evləri dam - 

dam...  


Oxumuşlardan bizə nə 

xeyir gəldi,  

nə nam!  

Apardı qaşıq - qaşıq,  

qocaltdı işıq - işıq....  

Otel otağına bənzəyir

indi kəndimiz... 

 

(Göycənin başdaşına 



yazılmış şeirdən) 

 

Allah heç kimə yatarkən bircəciyinin intiharını, ayılarkən anasının əlində göz 



yaşları içərisində bir parça kağız uzatmasını göstərməsin. Hələ yarıyuxulu halda 

göz yaşının rəngini aydınlaşdıra bilməməyi bir yana. İlk sevginin intiharının adamı 

kitablara tiryaki düşmən etdiyinin fərqinə  isə çox sonralar varırsınız: 

- Anası ölmüş sənə yazıb, al oxu, bədbəxt balam. 

Cijimin əlindəki məktubun rəngi bozarmağa başladı. Onun adəti idi. Cəmi bircə 

cümlə yazılmışdı:  

“Məni bağışla Çolpan, səni bu cümləni oxuyanda məni əzraillə qoşulub qaçmış 

görəcəksən. İmza: Sənin Göycən. Saat 04:28...”. 

Dörd ildən sonra qəbristanlığa tələsirdim. Səhərin alaqaranlığında qatardan Ağstafa 

qatarından düşüb Gəncədən oturduğum taksini düz kəndin ayağına – qəbristanlığa 




sürdürməkdə məqsədim əlimdəki əmanəti sahibinə təcili çatdırmaq idi. Taksi 

sürücüsünə on manat uzatdım: 

- 17 kilometr. 9 manat. Amma xırdam yoxdur. Əvəzində çantana kömək edə 

bilərəm. 

- Sağ olun, özüm daşıyaram.  

- Qəhrəman adamsınız. İlk dəfədir qəbirlərin arasında yaşayan bir ailəyə rast 

gəlirəm... 

- Bir yox, iki ailədir.  

Məzun günündə sinvolik diplom təqdimatında adımın bir neçə dəfə çəkildiyini 

eşitməmişdim. Mən Göycə Alpansoy adını gözləyirdim. Dörd ilin illikovan 

xəyalından məzun günündə belə qopa bilmirdim. Dörd il idi ki, diplomalma 

mərasimini Göycə Alpansoy adına xəyal edirdim: 

“Yekun ortalaması 99,8 bal. Çolpan Dəmirli. Universitet birincisi (gurultulu 

alqışlar)”. 

Silkələdilər, oyandım. Belə bir məqamda gözlərin açıq ya bağlı olmasının nə fərqi 

var axı. Ayağa qalxdım. Rektorun əlindən diplomu qapıb öpdüm. Alnımın üstünə 

qoyub saxladım. Diplomunu aldım, Göycə - dedim. Doğrudan da bu dörd ili o

oxumuşdu və qırmızı rəngli kağız parçasının əsl sahibi Göycəm idi.  

Qəbiristanlığa çatanda çaıb qalmışdım. Qəbir ikiləşmişdi; mərmərin yanında 

mərmər rəf də inşa edilmişdi.  Kitablar isə mərmər deyildi. Mərmərin arxasında isə 

məktəb direktorumuz Alpı müəllimin qəbiri. Ötən il rəhmətə getmişdi. Doğrusu, 

heç kim deməmişdi öldüyünü, xəbərim yox idi. Ətim ürpəşdi. Diplomu Göycənin 

qəbrinin üstünə qoydum. Yerdən bir kərpic qırığını götürüb sinə daşını 

taqqıldatdım: 

- Gətirmişəm – səhərdir, oyan a tənbəl, götür. Bir azdan gün çıxacaq, heyfdi, 

saraltmasın. Əziyyətinə hayıfın gəlsin. Dörd ilin əziyyəti var.  

Mayın səkkizi günü Şuşanın işğalının növbəti ildönümü tədbirindən sonra dərsimiz 

boş idi. Aybəniz müəllimin tarix dərsinə neçə müddət idi ki, analıq məzuniyyəti 

səbəbi ilə qayıb düşürdü. Göycə ilə birgə qayıtdıq evə. Onun qalaqapıdan – 

darvazadan içəri girdiyini görüb evimizə gəldim. Çəpər qonşusu idik. Elə indi də 

eləyik.  

Yarım saatdan sonra anam yarpaq dolmasına sarımsaqlıq qatıq almaq üçün məni 

təzədən Sona xala gilə yolladı. Göycənin atası ilə qışqıra-qışqıra danışdığını 

eşitdim: 

- Mənim arzularımın, xəyallarımın üstündən xətt çəkə bilməzsən, ata. Jurnalist 

olacağam, vəssalam. Oxumağıma razı olmasan öldürərəm özümü, eşidirsən, 

öldürərəm. 

- Kəs səsini! Dörd uşaq göndərmişəm Bakıya. Heç biri qayıtmadı. Hərəsi bir 

küncdə ilişib qaldı. Səni ölsəm də buraxmaram.  



- Niyə yanında qalsınlar ki? Böyütdün, oxutdun, sağ ol. Qoy öz karyeralarını 

qursunlar. Öz həyatlarını bildiyi səmtə yönəltsinlər ata. Bir mən qalmışam. 

Buradakı evimizi satıb gedib oradan bir ev alarıq. Mən də, qardaş-bacılarım da bir 

yerdə qalarıq. Daha kirayələrdə özgə evi isindirməzlər. Ana ütüsü, ata kölgəsinə 

sığınarlar.  

- Bu ev atamdan qalıb, a qızım (səsi xırıldadı). Məndəmi Aruzun beyvej gədələri 

kimi ata ojağımının damını mamırradım? El qınayar məni. Bilmirəm kim yazır o 

kitabları. Görünür siz oxuyan kitabları bizimkilər yazmır, başqa daşın altından 

çıxırlar. Evdə nə qədər ögey kitab var yandıracağam hamısını. Qurd yağı sürtülüb 

elə bil hamısına. Yoxsa evə-ailəyə bağlı olardınız. Mənim tərbiyəmdən çıxıb o 

kitablara göz kəsiləndən cığırınızdan çıxdınız hamınız. İki oğuldan biri gəlmədi 

yanıma. Ölsəm də qoymaram, vəssalam. 

Söhbətə nə qədər qulaq kəsildiyimi xatırlamıram. Şüşəbəndin altından dinləyirdim. 

Yəqin ki, məni görməmişdilər. 

Qatığı üzbəüz qonşumuz Sayalı xaladan alası oldum. Evə qayıdanda qatığı anama 

verib, tirtrədə-titrədə yatdım.  Yuxuya getməmişdən əvvəl özüm-özümə həkim, 

sonra jurnalist kimi göründüm... 

Göycəni - adının mənası “mələk”dir – lüsturun burğac keçirmələrinə ilişdirilmiş 

ipindən atam endiribmiş. Alpı müəllimi isə dəfndən sonra “özünü öldürmə həddinə 

çatdırma” maddəsi ilə həbs etmişdilər. Qolları qandalsız minmişdi maşına. Üç il 

sonra həbsdə qəfil ürəyi tutub, keçinmişdi. Alpı müəllimin  üçü günü atam 

mağarda eşdib ki, Göycə ilə bir-birimizi sevirmişik. Gəlib rəflərimi eşələyib. Dörd 

il əvvəlki gündəliyimi vərəqləyib. Birdən belə bir nota rast gəlib: 

“28 iyun 2006 – cı il.  

Tanrıköydə çərşənbə günü – od axşamıdır. Bu gün Göycə ilə qərara gəldik ki

universiteti bitirdikdən sonra mən həkim, o, da jurnalistika ilə bağlı kitabları bir 

yerə yığıb kənddə kitabxana açaq. Uşaqları həkimliyə və jurnalistikaya 

yönləndirmək üçün... Kitabxanaya nəzarəti isə atalarımıza tapşırarıq  ...”. 

Atam gündəliyi anamdan xəbərsiz Sona xalaya göstərib, Göycənin bütün 

kitablarını gecə ikən bizə daşıyıb. Alpı müəllimin baş daşını düzəldənlərə min 

manat verib. Mərmərdən 500 kitablıq rəf yığdırıb. Keçirmə qapaq qoydurub, 

kitabları yağışdan qorumaq üçün... 

Qəzaya düşəndən sonra Alpı müəllimin böyük oğlu Altay ailəsi ilə birlikdə kəndə 

qayıtdı. Bir ona sevinirəm ki, Göycənin can verdiyi evin kirəmitini mamır 

basmayacaq. 

Diplomu Göycənin rəfində gizlədiyim günün səhəri bütün Tanırköy əhli bizim 

onunla sevgimizdən danışırdı. “ANS”-in məzun günündən hazırladığımız 

reportajda məni göstəribmişlər. Orada dediklərimi ilk dəfə eşidirdim: 




“Mayın 9 – u səhər Göycə məni də, özünü də məğlub etdi. Bir ayın içində havalı – 

havalı dördüncü ixtisas qrupunu üçüncüyə dəyişdim. Ortabab balla jurnalistika 

fakültəsinə daxil olsam da, universiteti birinci olaraq bitirməyimin qarşısında özüm 

də aciz idim. Əlimdəki bu kağız parçasının iki sahibi var”. 

Özüm haqqında danışmağı sevməsəm də, dörd ildir ki, onlayn xəbər saytında 

işləyirəm. Səhiyyə bölməsinin redaktoruyam. Ögey müəllifləri isə ümumiyyətlə 

oxumuram.  

Bir daha deyirəm, Allah heç kimə yatarkən bircəciyinin intiharını, ayılarkən 

anasının əlində göz yaşları içərisində bir parça kağız uzatmasını göstərməsin. 

P.S: Yəqin nə vaxtsa atamın tikdirdiyi evin damını mamır basacaq. Qırx ya əlli 

iləmi bilmirəm... Çünki Alpı kişidən fərqli olaraq atamın ehtiyatda topal oğlu belə 

yoxdur.  



Ögey müəllifli kitabları yandırmağa baş qoşan bir adam düzələrmi sizcə?.. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə