Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
58 
* * * 
Hədis 393: Həzrət Əli (ə) buyurur: “Dua 
mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə
üzünə açılar.”
* * * 
Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: 
“Bütün xeyirləri, xalqın əlində olana göz 
dikməməkdə gördüm.” 
* * * 
Hədis 395: İmam Baqir (ə) buyurur: “Allahın 
verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız 
adamdır.” 
* * * 
Hədis 396: İmam Baqir (ə) buyurur: “Mö`min 
mö`minin yetmiş böyük (kəbirə) günahını örtməyə 
borcludur.” 
* * * 
Hədis 397: Həzrət Əli (ə) buyurur: “Hər kəs 
nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür 
xəstəliklər meyvəsi dərəcəkdir.” 
* * * 
Hədis 398: İmam Baqir (ə) buyurur: “And olsun 
Allaha ki, O, Öz dərgahına israrla əl açanların 
istəyini verər.” 
* * * 
Hədis 399: İmam Sadiq (ə) buyurur: “Yanına 
gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən 
kəs Allahı əziz tutmuşdur.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
59 
Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim 
üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə 
verməkdən daha üstündür.” 
* * * 
Hədis 401: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, 
xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra 
onların ardınca gedənlər, sonra isə tərtiblə 
məqamına görə Allaha yaxın olanlardır.” 
* * * 
Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: 
“Ümmətim üçün iki şeydən daha çox qorxuram: 
nəfs istəyi və uzun-uzadı olan arzular.” 
* * * 
Hədis 403: İmam Sadiq (ə) buyurur: “Pis 
xasiyyətli adam özünə əzab verir.” 
* * * 
Hədis 404: İmam Sadiq (ə) buyurur: “Hətta ona 
qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə 
baxan kəsin namazını Allah qəbul etməz.” 
* * * 
Hədis 405: İmam Sadiq (ə) buyurur: “Mö`mini 
məzəmmət edən kəsi Allah dünya və axirətdə 
məzəmmət edəcəkdir.” 
* * * 
Hədis 406: İmam Sadiq (ə) buyurur: “Dua etməyi 
unutmayın, çünki dua hər dərdin dərmanıdır.” 
* * * 
Hədis 407: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, 
rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları 
aradan aparar.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə