Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
60 
Hədis 408: İmam Sadiq (ə) buyurur: “Allaha 
edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə 
salavat göndərmədikcə, səmaya qalxa bilmir.”
* * * 
Hədis 409: İmam Sadiq (ə) buyurur: “Rastlaşdığın 
hər bir adama salam vermək təvazökarlıqdandır.” 
* * * 
Hədis 
410: 
İmam 
Riza 
(ə) 
buyurur: 
“Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, 
bu silah nədir? Buyurdu: Dua!” 
* * * 
Hədis 411: Həzrət Əli (ə) buyurur: “Allahın ona 
verdiyindən 
razı 
olan 
insan 
xalqın 
ən 
ehtiyacsızıdır.” 
* * * 
Hədis 412: Həzrət Əli (ə) buyurur: “Allahın 
yanında ən ağır günah odur ki, şəxs günahını yüngül 
saya.” 
* * * 
Hədis 413: Həzrət Əli (ə) buyurur: “Allah üçün ən 
pis (mənfur) şəxs qeybət edən adamdır.” 
* * * 
Hədis 414: Həzrət Əli (ə) buyurur: “İnsanların ən 
acizi 
dua 
etməkdə 
aciz 
olandır 

dua 
etməyənlərdir).” 
* * * 
Hədis 415: Həzrət Əli (ə) buyurur: “Xataların 
(səhvlərin) ən böyüyü dünya sevgisidir.” 
* * * 
Hədis 416: Həzrət Əli (ə) buyurur: “Xalqa daha 
çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.” 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
61 
* * * 
Hədis 417: Həzrət Əli (ə) buyurur: “İmanın ən 
möhkəm bağı Allaha görə dostluq və Allaha görə 
düşmənçilikdir.” 
* * * 
Hədis 418: Həzrət Əli (ə) buyurur: “Başqalarına 
eyib bildiyini özünə də eyib bil.” 
* * * 
Hədis 419: Həzrət Məhəmməd (s) buyurur: 
“Allahın ən sevdiyi iş dili saxlamaqdır.” 
* * * 
Hədis 420: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah qarşısında ən yaxşı yemək çox adamın 
oturduğu süfrədəki yeməkdir.”
* * * 
Hədis 421: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət 
olanıdır.” 
* * * 
Hədis 422: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah qarşısında ən sevimli bəndə Onun 
bəndələrinə daha faydalı olan kəsdir.” 
* * * 
Hədis 423: Həzrət Məhəmməd (s) buyurur: 
“İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə 
kifayət etsin.”
* * * 
Hədis 424: Həzrət Məhəmməd (s) buyurur: 
“Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə 
olsa, həqiqəti deyən kəsdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə