Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   27   28   29   30   31   32   33   34   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
62 
Hədis 425: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az 
olsa da belə.” 
* * * 
Hədis 426: Həzrət Məhəmməd (s) buyurur: “Özün 
üçün istədiyini xalq üçün də istə ki, mö`min 
olasan.” 
* * * 
Hədis 427: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən 
sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.” 
* * * 
Hədis 428: Həzrət Əli (ə) buyurur: “İstər zarafata, 
istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən 
kəs bizlərdən deyil.” 
* * * 
Hədis 429: Həzrət Əli (ə) buyurur: “Heç bir əməl 
yalan kimi çirkin deyil.”
* * * 
Hədis 430: Həzrət Məhəmməd (s) buyurur: 
“İmanla küfr arasındakı məsafə namazın tərki 
qədərdir.” 
* * * 
Hədis 431: İmam Riza (ə) buyurur: “Hər gün 
özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini 
tanımayan) bizdən deyildir.” 
* * * 
Hədis 432: İbn Abbas (r) nəql edir: “Həzrət 
Əlinin (ə) xidmətində olduğum vaxt onun öz 
ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu 
ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
63 
Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: “And 
olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv 
etmək istəməsəydim, mənim üçün bu bir tay 
ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”
* * * 
Hədis 433: İmam Təqi (ə) buyurur: “Mö`minin 
izzəti xalqa möhtac olmamasındadır.” 
* * * 
Hədis 434: İmam Sadiq (ə) buyurur: “İnsanlar üç 
qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman 
çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).” 
* * * 
Hədis 435: İmam Həsən (ə) buyurur: “Əgər 
müstəhəb işlər vacib işlərə zərər vurursa, onları 
boşlayın.” 
* * * 
Hədis 436: İmam Kazim (ə) buyurur: “Allah, çox 
yatıb, bekar gəzən bəndəsini düşmən tutur.” 
* * * 
Hədis 437: Həzrət Əli (ə) buyurur: “Allaha qarşı 
itaətsizlik edilməyən gün bayramdır.” 
* * * 
Hədis 438: Həzrət Əli (ə) buyurur: “Ən pis adam 
səhvi bağışlamayan və eybi örtməyəndir.” 
* * * 
Hədis 439: İmam Həsən (ə) buyurur: “Xalqla elə 
davran ki, səninlə o cür davranmasını istəyirsən.” 
* * * 
Hədis 440: İmam Səccad (ə) buyurur: “Ən 
qiymətli adam dünyanın kimin əlində olmasına 
e`tina etməyəndir.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə