Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   27   28   29   30   31   32   33   34   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
70 
Hədis 486: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
şeyi bilmədən danışan kəsə göyün və yerin 
mələkləri lə`nət oxuyar.”
* * * 
Hədis 487: İmam Səccad (ə) buyurur: “Camaat 
elm oxumağın faydalarını bilsəydilər, qanları 
axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da 
belə, yenə təhsil ardınca gedərdilər.” 
* * * 
Hədis 488: Həzrət Əli (ə) buyurur: “Ən güclü 
günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa 
düşüncənizi Allahdan uzaqlaşdırar.” 
* * * 
Hədis 489: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, 
Allah hikmət çeşməsini onun qəlbindən dilinə 
axıdar.”
Hədis 490: Həzrət Əli (ə) buyurur: “Məzluma 
kömək və qəmgini şad etmək böyük günahların 
kəffarələrindəndir.” 
* * * 
Hədis 491: Həzrət Əli (ə) buyurur: “Başqaları 
üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli 
olmağın üçün kifayət edər.” 
* * * 
Hədis 
492: 
Həzrət 
Əli 
(ə) 
buyurur: 
“Başqalarından bildiyin pis əməllərə göz yummaq 
ən şərəfli əməllərdəndir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
71 
Hədis 493: Həzrət Məhəmməd (s) buyurur: 
“Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə 
bax.” 
* * * 
Hədis 494: Həzrət Məhəmməd (s) buyurur: 
“Ölümü çox yada salın, çünki ölümü xatırlamaq 
günahları yuyur və insanı dünyaya qarşı e`tinasız 
edir.” 
* * * 
Hədis 495: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah insana onun xoş xasiyyətinə görə Allah 
yolunda cihad edənlərin mükafatını verər.”
* * * 
Hədis 496: Həzrət Məhəmməd (s) buyurur: 
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona 
minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) 
olar.” 
Hədis 497: Həzrət Məhəmməd (s) buyurur: “Ya 
Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş 
halına və sənə düşmən olub, haqqında yalan danışan 
kəsin də vay halına!” 
* * * 
Hədis 498: Həzrət Məhəmməd (s) buyurur: 
“Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş 
görməkdə qabağa düşün.” 
* * * 
Hədis 499: Həzrət Əli (ə) buyurur: “Ən böyük 
ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə