Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   27   28   29   30   31   32   33   34   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
68 
Hədis 471: İmam Riza (ə) buyurur: “Var-dövlət 
beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-
uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini 
kəsmək və dünyanı axirətdən üstün tutmaq.” 
* * * 
Hədis 472: İmam Baqir (ə) buyurur: “Allah-təala 
qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi 
ağıl qədər (dəqiq) aparar.” 
* * * 
Hədis 
473: 
İmam 
Sadiq 
(ə) 
buyurur: 
“Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və 
heybətini aparar.” 
* * * 
Hədis 474: İmam Səccad (ə) buyurur: “İstər kiçik 
olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat 
üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik 
yalan danışan kəs böyük yalana da cəsarətlənər.” 
* * * 
Hədis 475: Həzrət Əli (ə) buyurur: “Məsləhət 
etməyən kəs peşman olar.” 
Hədis 476: Həzrət Məhəmməd (s) buyurur: “İnsan 
üçün elə bir zaman gələr ki, dünyasını salamat 
gördüyü halda dinini itirməkdən qorxmaz.” 
* * * 
Hədis 477: Həzrət Məhəmməd (s) buyurur: “İki 
günü bərabər olan kəs zərərdədir.” 
* * * 
Hədis 478: Həzrət Əli (ə) buyurur: “Tamah 
yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
69 
kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs 
özünü qiymətdən saldı.” 
* * * 
Hədis 479: İmam Baqir (ə) buyurur: “Süstlük və 
tənbəllik insanın dininə və dünyasına zərər vurar.” 
* * * 
Hədis 480: İmam Sadiq (ə) buyurur: “Dostlarımın 
(qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə 
edən kəsdir.”
* * * 
Hədis 481: İmam Riza (ə) buyurur: “Allahın az 
ruzisinə razı olan kəsin Allah da az əməlinə razı 
olar.” 
* * * 
Hədis 482: İmam Sadiq (ə) buyurur: “Bizim 
şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr 
edərlər.” 
* * * 
Hədis 483: Həzrət Əli (ə) buyurur: “Başqalarında 
eyb axtarmaq ən pis eyb və ən pis günahdır.” 
* * * 
Hədis 484: İmam Hüseyn (ə) buyurur: “Mö`minin 
haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin 
ən üstünüdür.” 
* * * 
Hədis 485: Həzrət Məhəmməd (s) buyurur: “Ən 
güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib 
gələndir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə