Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   27   28   29   30   31   32   33   34   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
66 
Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə 
orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz 
olar.” 
* * * 
Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: 
“Batini zahirinə müxalif olan kəs münafiqdir.” 
* * * 
Hədis 459: “(Həzrət peyğəmbərdən (s) soruşdular 
ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda 
qılınan namaz.”
* * * 
Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: “Çox 
danışmağı tərk et, istəyinə çatacağın qədər 
danışmağın kifayət edər.” 
* * * 
Hədis 461: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, 
insan günah edərkən ona sübhdən gecəyə qədər 
möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona 
yazılmaz.” 
* * * 
Hədis 462: Həzrət Əli (ə) buyurur: “Xalq ilə elə 
rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə 
ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq 
istəsinlər.”
* * * 
Hədis 463: Həzrət Əli (ə) buyurur: “Ey Adəm 
övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə
çoxlu ne`mət əta etdiyini görərsənsə, bu işin 
sonundan qorx.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
67 
Hədis 464: Həzrət Əli (ə) buyurur: “Zarafat və 
oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və 
boş işlərdən çəkin.” 
* * * 
Hədis 465: İmam Sadiq (ə) buyurur: “Düşmənlər 
sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din 
barəsində hədislər və İslam maarifini öyrədin.” 
* * * 
Hədis 466: Həzrət Əli (ə) buyurur: “Allah lə`nət 
etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, 
amma özləri bu işə əməl etmirlər, eləcə də 
başqalarını pis işdən çəkindirirlər, amma özləri 
çəkinmirlər.” 
* * * 
Hədis 467: İmam Sadiq (ə) buyurur: “Bizim 
şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan 
bir şey diləməz.” 
* * * 
Hədis 468: “(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) 
buyurdu:) “Oğlum, heç kəsin qulu olma, Allah səni 
azad yaratmışdır.” 
* * * 
Hədis 469: Həzrət Əli (ə) buyurur: “Nəhy əz 
munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və 
əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.” 
* * * 
Hədis 470: İmam Riza (ə) buyurur: “Övlad 
qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, 
ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə