Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
56 
* * * 
Hədis 375: Həzrət Əli (ə) buyurur: “Şərəf var-
dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.” 
* * * 
Hədis 376: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
insanların dünya və axirətdə ağaları səxavətli 
insanlardır.” 
* * * 
Hədis 377: Həzrət Əli (ə) buyurur: “Dünya elə bir 
tələdir ki, oraya onu tanımayanlar düşər.” 
* * * 
Hədis 378: Həzrət Əli (ə) buyurur: “Uzaqgörənlik 
odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik 
edilsin.” 
* * * 
Hədis 379: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
sən axirət üçün yaradılmısan, onun üçün də çalış.” 
* * * 
Hədis 380: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.” 
* * * 
Hədis 381: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
dünyaya üz tutsan, o səndən üz döndərəcək.” 
Hədis 382: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
sənin düşüncən bütün işləri əhatə etmək gücündə 
deyildir, belə isə, onu mühüm işlər üçün saxla.” 
* * * 
Hədis 383: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, bu 
gün hesab yox, əməl, sabah isə əməl yox, hesab 
günüdür.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
57 
Hədis 384: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, ən 
fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.” 
* * * 
Hədis 385: Həzrət Əli (ə) buyurur: “Mö`min üçün 
ən qiymətli hədiyyə ölümdür.” 
* * * 
Hədis 386: Həzrət Əli (ə) buyurur: “Yaxşılıqların 
ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, 
günahların ən pisi isə bizimlə düşmənçilikdir.” 
* * * 
Hədis 387: Həzrət Əli (ə) buyurur: “Allahı ən 
yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.” 
* * * 
Hədis 388: Həzrət Əli (ə) buyurur: “İnsanların ən 
ağıllısı öz eybini görüb, başqalarının eybinə kor 
olan kəsdir.” 
* * * 
Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: “Xoş 
o kəsin halına ki, müsəlmandır və dolanışığı 
ehtiyacı qədərdir.” 
* * * 
Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: “Bir-
birinizlə rastlaşanda salam və əl verməklə görüşün. 
Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.” 
* * * 
Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: 
“Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.” 
* * * 
Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: 
“Qeybət 
insanın 
imanına 
cüzamın 
bədənə 
göstərdiyindən daha tez tə`sir göstərər.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə