Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
48 
Hədis 305: İmam Həsən (ə) buyurur: “Sənə o kəs 
yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum 
olmasa da belə.” 
* * * 
Hədis 306: Həzrət Məhəmməd (s) buyurur: “Gizli 
dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.” 
* * * 
Hədis 307: Həzrət Məhəmməd (s) buyurur: 
“Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs 
qiyamət günü mənim şəfaətimə nail olmaz.” 
* * * 
Hədis 308: Həzrət Əli (ə) buyurur: “Diri şəxsin 
ölüyə qovuşmağı nə qədər də yaxındır.” 
* * * 
Hədis 309: Həzrət Əli (ə) buyurur: “Dünyada əldə 
etdiklərin üçün o qədər də sevinmə.” 
* * * 
Hədis 310: Həzrət Əli (ə) buyurur: “Dünyada 
əlindən çıxanlara görə o qədər də qəm yemə.” 
* * * 
Hədis 311: Həzrət Əli (ə) buyurur: “Yediklərin 
aradan gedər, yedirtdiklərin isə qalar.” 
* * * 
Hədis 312: Həzrət Əli (ə) buyurur: “Hər nəfəs 
ölümə doğru atılan bir addımdır.” 
* * * 
Hədis 313: Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın 
olan düşmən öz nəfsindir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
49 
Hədis 314: Həzrət Əli (ə) buyurur: “Yəqin 
üzündən olan yuxu şəkk ilə qılınan namazdan 
yaxşıdır.” 
* * * 
Hədis 315: Həzrət Əli (ə) buyurur: “Camaat 
içində birinə nəsihət vermək danlaqdır, nəsihət 
deyil.” 
* * * 
Hədis 316: Həzrət Əli (ə) buyurur: “Bəsirət kor 
olanda gözün görməyi faydasızdır.” 
* * * 
Hədis 317: Həzrət Əli (ə) buyurur: “Tam 
bilmədiyin şeyi danışma.” 
* * * 
Hədis 318: Həzrət Əli (ə) buyurur: “Sınaqdan 
çıxarmamış dosta e`timad etmə.” 
* * * 
Hədis 319: Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən 
bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” 
deməyə əsla utanmamalıdır.” 
* * * 
Hədis 320: Həzrət Əli (ə) buyurur: “Əsla, 
Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki 
Qur`an bütün dərdlərin şəfasıdır.” 
* * * 
Hədis 321: Həzrət Əli (ə) buyurur: “Düşünmək 
kimi ibadət yoxdur.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə