Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
42 
Hədis 254: Həzrət Əli (ə) buyurur: “Hədsiz 
zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə 
səbəb olur.” 
* * * 
Hədis 255: Həzrət Əli (ə) buyurur: “Hədsiz 
zarafat axmaqlıq nişanəsidir.” 
* * * 
Hədis 256: Həzrət Əli (ə) buyurur: “Kömək 
etdiyin kimi kömək görərsən.” 
* * * 
Hədis 257: Həzrət Əli (ə) buyurur: “Axirəti üçün 
sədəqə verməyənlərə dünyanın heç bir faydası 
yoxdur.” 
* * * 
Hədis 258: Həzrət Əli (ə) buyurur: “Çox gülənin 
qəlbi ölər.” 
* * * 
Hədis 259: Həzrət Əli (ə) buyurur: “Başqalarının 
eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən 
başlamalıdır.” 
* * * 
Hədis 260: Həzrət Məhəmməd (s) buyurur: “Özün 
üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün 
üçün istədiyini qardaşın üçün də istə.” 
* * * 
Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: 
“Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi 
e`tibarlı kömək yoxdur.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
43 
Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: “Çox 
gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.” 
* * * 
Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: “O 
şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa 
qüdrəti daha çoxdur.” 
* * * 
Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: 
“Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan 
kəsdir.” 
* * * 
Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: “Xoş 
o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna 
görə, mö`minlərdə eyb axtarmaqdan uzaqdır.” 
* * * 
Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: 
“Bilmədən bir iş görən şəxsin xarab etdiyi 
düzəltdiyindən çox olar.” 
* * * 
Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs başqasının pis işini başqalarına bildirsə, özü o 
işi görmüş kimidir.” 
* * * 
Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: 
“İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf 
yoxdur.” 
* * * 
Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: 
“Fürsətlər bulud kimi ötüşür.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə