Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
38 
Hədis 221: İmam Sadiq (ə) buyurur: “İnsanın 
daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.” 
* * * 
Hədis 222: İmam Sadiq (ə) buyurur: “Tənbəllik 
və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün 
pisliklərin başlanğıcıdır.” 
* * * 
Hədis 223: İmam Baqir (ə) buyurur: “Allah-təala 
- pis danışan, lə`nət deyən və tə`nə vuranları 
sevmir.” 
* * * 
Hədis 224: İmam Baqir (ə) buyurur: “Bizim 
şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və 
xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.” 
* * * 
Hədis 225: İmam Baqir (ə) buyurur: “Sənə zülm 
etmişlərsə də, sən zülm etmə.” 
* * * 
Hədis 226: İmam Baqir (ə) buyurur: “Səni yalan 
danışmaqda ittiham edərlərsə, qəzəblənmə.” 
* * * 
Hədis 227: İmam Baqir (ə) buyurur: “Səni tə`rif 
etsələr, sevinmə.” 
* * * 
Hədis 228: İmam Baqir (ə) buyurur: “Hikməti, 
hətta ona əməl etməyəndən də olsa, öyrənin.” 
* * * 
Hədis 229: İmam Baqir (ə) buyurur: “Əlinə fürsət 
düşəndə səhlənkarlıq etmə.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
39 
Hədis 230: “Saleh insanların məclisi insanı islaha 
vadar edər.” 
* * * 
Hədis 231: İmam Səccad (ə) buyurur: “Yaradılış 
məqsədiniz barədə düşünün və ona əməl edin. 
Çünki Allah sizi əbəs yerə yaratmamışdır.” 
* * * 
Hədis 232: İmam Səccad (ə) buyurur: “Cəhənnəm 
odundan qorxan şəxs günahlarından tövbə edər.” 
* * * 
Hədis 233: İmam Səccad (ə) buyurur: “Allahın ən 
xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra 
qarnını və cinsiyyət üzvlərini haramlardan 
qorusun.” 
* * * 
Hədis 234: İmam Səccad (ə) buyurur: “Əgər bir 
şəxs səni söydükdən sonra üzr istəyərsə, onu 
bağışla.” 
* * * 
Hədis 235: Həzrət Əli (ə) buyurur: “Hər kim orta 
həddi gözləsə, həlak olmaz.” 
* * * 
Hədis 236: İmam Səccad (ə) buyurur: “Pis işi tərk 
etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da 
belə.” 
* * * 
Hədis 237: İmam Həsən (ə) buyurur: “Düşüncə 
sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə