Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
34 
Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə 
təəccüb edirəm ki, özündən yuxarıdakının 
mərhəmətinə ümidvar olduğu halda, ondan asılı 
olanları ümidsiz qaytarır.” 
* * * 
Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq 
bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm 
əhlidir.” 
* * * 
Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: 
“Fürsətləri əldən vermək qəm-qüssə gətirər.” 
* * * 
Hədis 190: İmam Kazim (ə) buyurur: “Mö`min 
tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da 
artar.” 
* * * 
Hədis 191: İmam Kazim (ə) buyurur: “Öz (din) 
qardaşını aldadan şəxs məl`undur.” 
* * * 
Hədis 192: İmam Kazim (ə) buyurur: “Öz (din) 
qardaşına nəsihət verməyən (onun yaxşılığını 
istəməyən) şəxs məl`undur.” 
* * * 
Hədis 193: İmam Kazim (ə) buyurur: “Öz (din) 
qardaşının qeybətini edən şəxs məl`undur.” 
* * * 
Hədis 194: İmam Kazim (ə) buyurur: “Allahdan 
qorx, haqqı söylə − sənin məhvin onda olsa da 
belə.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
35 
Hədis 195: İmam Kazim (ə) buyurur: “Allahın 
göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.” 
* * * 
Hədis 196: İmam Kazim (ə) buyurur: “Uzun 
yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu 
adamı həris edər (tamahlandırar).” 
* * * 
Hədis 197: İmam Kazim (ə) buyurur: “Nəfsinlə 
cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.” 
* * * 
Hədis 198: Həzrət Əli (ə) buyurur: “Xalqla xoş 
keçinmək ağıl nişanəsidir.” 
Hədis 199: Həzrət Əli (ə) buyurur: “Ağılın ən 
yüksək dərəcəsi cəhli (bilməməzliyi) e`tiraf 
etməkdir.” 
* * * 
Hədis 200: Həzrət Əli (ə) buyurur: “Aqilin 
ehtiyacsızlığı onun elminə görədir.” 
* * * 
Hədis 201: Həzrət Əli (ə) buyurur: “Cahilin 
ehtiyacsızlığı malına görədir.” 
* * * 
Hədis 202: Həzrət Əli (ə) buyurur: “İntizarı 
çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür 
ki, hər şeydən tez gəlib yetişir.” 
* * * 
Hədis 203: Həzrət Əli (ə) buyurur: “Dost çətinlik 
zamanı tanınar.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə