Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
30 
* * * 
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: 
“Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi 
isə zərərə düşür.” 
* * * 
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: 
“Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə 
ikidir.” 
* * * 
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: 
“Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə 
düçar edər.” 
* * * 
Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: 
“Dostunu xəlvətdə nəsihət edən şəxs onu 
zinətləndirmişdir.” 
* * * 
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: 
“Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil 
(xəcalətli) etmişdir.” 
* * * 
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: 
“Dostlarının ən yaxşısı o kəsdir ki, sənin 
günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.” 
* * * 
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: 
“Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi 
insanı məhvə sürükləyir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
31 
Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: 
“Müsibət görmüş adamın yanında şadlanmaq 
ədəbdən deyildir.” 
* * * 
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: 
“Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda 
qorxaqlığa çevrilər.” 
* * * 
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və 
yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah 
tərəfindən) çatasıdır.” 
* * * 
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: 
“Mö`mini zillətə salan bir şeyə onun meyl 
göstərməsi necə də pisdir.” 
* * * 
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa 
müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm 
isə qəfildən gəlir .” 
* * * 
Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: “Elm 
öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq 
davranın.” 
Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: 
“Ölümümdən sonra ümmətim üçün ən çox 
qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən 
şəxsdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə