Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
22 
Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: 
“Qonşusu ac ikən özü tox yatan kəs mənə iman 
gətirməmişdir.” 
* * * 
Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: 
“Qiyamət günü mö`minin əməl tərəzisinə xoş 
xasiyyətdən 
də 
üstün 
olan 
bir 
şey 
qoyulmayacaqdır.” 
* * * 
Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: 
“Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub 
gecəni oyaq qalan adamın savabı vardır.” 
* * * 
Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, 
müsəlman deyildir.” 
* * * 
Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: 
“Sizlərdən hər biriniz öz (din) qardaşına özünə 
etdiyi kimi xeyirxahlıq etməlidir.” 
* * * 
Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq 
asan elə qeybət edən kimidir.” 
* * * 
Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda 
həddi gözləməyən şəxs əbləhdir.” 
* * * 
Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini 
öldürən (cilovlayan) şəxs ağıllı insandır.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
23 
Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən 
şəxs xatadan amanda qalar.” 
* * * 
Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah 
yolunda döyüşənlər üçün göyün qapıları açılar.” 
* * * 
Hədis 101: Həzrət Əli (ə) buyurur: “Tövbə etmək 
qəlbləri paklayır, günahları yuyur.” 
* * * 
Hədis 102: Həzrət Əli (ə) buyurur: “Mö`min 
onunla insafsız rəftar edənlə insafla davranar.” 
* * * 
Hədis 103: Həzrət Əli (ə) buyurur: “Bilərəkdən 
günah edən şəxs bağışlanmağa layiq deyildir.” 
* * * 
Hədis 104: Həzrət Əli (ə) buyurur: “Zülm və 
fəsad yolundan çəkinib itaət yolunu tutun ki
axirətdə xoşbəxt olasınız.” 
* * * 
Hədis 105: Həzrət Əli (ə) buyurur: “Allahdan 
həya etmək bir çox günahları aradan aparır.” 
* * * 
Hədis 106: Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl 
etmək zəlalətdir (yoldan azmaqdır).” 
* * * 
Hədis 107: Həzrət Əli (ə) buyurur: “Bəndələrin 
dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında 
olacaqdır.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə