Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
18 
Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: 
“Sədəqə verməklə mal azalmaz.” 
* * * 
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar 
(daşlaşar).” 
* * * 
Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
kəs özünü hansı dəstəyə oxşadarsa, həmin 
dəstədəndir.” 
* * * 
Hədis 63: Həzrət Əli (ə) buyurur: “Sizin 
qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna 
satmayın.” 
* * * 
Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: “Elm 
ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən 
üstündür.” 
* * * 
Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala övladlarınız arasında, hətta onları öpərkən belə 
ədalətə riayət etməyinizi sevir.” 
* * * 
Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala yalnız rəhimli bəndələrinə rəhm edər.” 
* * * 
Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: 
“Qadının bərəkətli olmasının əlaməti budur ki
elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
19 
Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: “Bu 
dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan 
mal kifayətdir.” 
* * * 
Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala behişti nə dediyinə və onun haqqında nə 
deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı 
adamlara haram etmişdir.” 
* * * 
Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: “Sizin 
ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha 
rəğbətli olanınızdır.” 
* * * 
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: 
“Qardaşın (öz din) qardaşına olan gizli duası rədd 
ediləsi deyil.” 
* * * 
Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: “Dünya 
mö`minin zindanı, kafirinsə behiştidir.” 
* * * 
Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: “Allah 
o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, 
malının artığını isə sədəqə verər (paylayar).” 
* * * 
Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: 
“Alimin iki rəkət namazı, alim olmayan adamın 
yetmiş rəkət namazından üstündür.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə