Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   2   3   4   5   6   7   8   9   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
12 
* * * 
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-
təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun 
ahuzarını eşitsin.” 
* * * 
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona 
əvvəlcədən e`lan edin.” 
* * * 
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm 
öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid 
kimi ölər.” 
* * * 
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər 
öz yaxşı işindən sevinib, pis işindən narahat 
olursansa, deməli mö`minsən.” 
* * * 
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: 
“Qəzəbləndiyin zaman, sakit ol (dayan).” 
* * * 
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: 
“Tanışlarınızdan biri öldüyü zaman onu rahat 
buraxın və haqqında pis danışmayın.” 
* * * 
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
bəndə öldükdə camaat deyər: “Özündən sonra nə 
qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə 
gətirdi?” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
13 
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: 
“Ölənlərinizin 
yaxşılıqlarını 
yada 
salın 
və 
pisliklərinə göz yumun.” 
* * * 
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki 
saleh qohumundan həya etdiyin kimi Allahdan həya 
et.” 
* * * 
Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: “Xalqa 
möhtac olmayın və onlardan bir diş çöpü belə 
istəməyin.” 
* * * 
Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: 
“Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn 
şəxsdir.” 
* * * 
Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: 
“Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) 
olun.” 
* * * 
Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: 
“Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm 
dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.” 
* * * 
Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: “Az 
günah etsən, ölüm sənə asan olar.” 
* * * 
Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: “Diş 
fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər 
ki, onun vacib olacağından qorxdum.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə