Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   2   3   4   5   6   7   8   9   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
10 
Allahın zikri 482 
Kömək 256 
Yəqinlik 314 
Bismillahir-Rəhmanir-Rəhim 
Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün 
yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan 
Allah yolunda öldürüldükdə, daha bundan da üstün 
bir yaxşılıq yoxdur.” 
* * * 
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir 
damla Allah yolunda tökülən qan damlasından əziz 
deyil.” 
* * * 
Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah 
yolunda öldürülsə, Allah-təala ona heç bir günahını 
göstərməz.” (Bütün günahları bağışlanar). 
* * * 
Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin 
qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn 
etmişdir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
11 
Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs 
mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala 
da qiyamət günü onu xalq qarşısında rüsvay edər.” 
* * * 
Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün 
peyğəmbərlər 
bizim 
(Biz 
Əhli-beytin) 
üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us 
olmuşdur.” 
Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın 
belini qırır: 
1. Öz əməlini böyük saymaq; 
2. Öz günahını yaddan çıxarmaq; 
3. Öz rəyindən xoşu gəlmək.” 
* * * 
Hədis 8: İmam Sadiq (ə) buyurur: “Allah-təalaya 
hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin 
olmasın və günahlarından başqa heç nədən 
qorxmayasan.” 
* * * 
Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın 
cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.” 
* * * 
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: 
“Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. 
Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə 
yetirilmiş əməlləri qəbul edir.” 
* * * 
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz 
ümmətim üçün hər şeydən çox danışıqda mahir olan 
münafiqlərdən qorxuram.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə