Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   2   3   4   5   6   7   8   9   10   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
16 
* * * 
Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: 
“Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.” 
* * * 
Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: 
“Dünyanın şirinliyi axirətin acılığı və dünyanın 
acılığı axirətin şirinliyidir.” 
* * * 
Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: 
“Qadının cihadı ərinə yaxşı baxmaqdır.” 
* * * 
Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: 
“Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.” 
* * * 
Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: 
“Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.” 
* * * 
Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: “Allah 
rəhmət etsin o kəsə ki, öz dilini islah edər.” 
* * * 
Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: “Çox 
gülmək qəlbi öldürər.” 
Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: “Əməl 
olunan elmdən savayı, bütün elmlər qiyamət 
günündə vizrü-vəbal olacaqdır.” 
* * * 
Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: “Heç 
bir işi sabaha saxlama ki, hər günün öz işi var.” 
Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: 
“Özünüz yemədiyinizi yoxsullara yedirməyin.” 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
17 
* * * 
Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: “Cahil 
(nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da 
geridə qalar.” 
* * * 
Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: “Kim 
məsləhətləşsə peşman olmaz və kim də orta həddi 
gözləsə, yoxsul olmaz.” 
* * * 
Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
şəxs özü üçün istədiyini din qardaşı üçün də 
istəmədikcə mö`min olmaz.” 
* * * 
Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: “Heç 
bir kəs gücü çatmayan şeyi qonağı üçün 
hazırlamamalıdır.” 
* * * 
Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: 
“Camaata verilən heç bir sədəqə onların arasında 
yayılan elmdən üstün deyildir.” 
* * * 
Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: “O işi 
ki, istəmirsən camaat səndən görsün, təklikdə də 
əncam vermə.” 
* * * 
Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: “Mən 
hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir 
ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq 
durub gedən müsafir kimdir.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə