Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
32 
Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana 
qədər qəbul edir.” 
* * * 
Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez 
qəbul olar.” 
* * * 
Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: 
“Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey 
namazdır.” 
* * * 
Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: 
“Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında 
ikən, o, dünya istəyindədir.” 
* * * 
Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm 
axtarışında olan şəxsin ruzisini Allah yetirər.” 
* * * 
Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: 
“Mənim ümmətimə qarşı mehriban olanla Allah da 
mehriban olar.” 
* * * 
Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: 
“Müsəlmanların qeybətini etməyin və onların 
eyiblərini araşdırmayın (axtarmayın).” 
* * * 
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin 
halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə 
nail olub, günah və xatasına isə ağlayır.” 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
33 
* * * 
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin 
halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.” 
* * * 
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl 
etmədən behişt istəmək axmaqlıqdır.” 
* * * 
Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası 
(tə`nə vurmaq) nizə yarasından daha yandırıcıdır.” 
* * * 
Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının 
ölümünü gördüyü halda öz ölümünü unudan kəsə 
təəccüb edirəm.” 
* * * 
Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün 
canının və ömrünün əskildiyini görə-görə ölüm 
üçün bir iş görməyən kəsə təəccüb edirəm .” 
* * * 
Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb 
edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin 
günahdan uzaqlaşmır.” 
* * * 
Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada 
gedəcəyini bildiyi halda axirəti üçün azuqə 
hazırlamayan kəsə təəccüb edirəm.” 
* * * 
Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə 
təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada 
ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə