Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
24 
Hədis 108: Həzrət Əli (ə) buyurur: “Təqvalıların 
nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə 
qəmgindir. ” 
* * * 
Hədis 109: Həzrət Əli (ə) buyurur: “Dünya bulud 
kölgəsi və şirin yuxu kimidir.” 
* * * 
Hədis 110: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs 
odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini 
dünyasına dəyişməsin.” 
* * * 
Hədis 111: Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd 
şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: 
danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı 
(haramlardan) gözləmək, xoş xasiyyət.” 
* * * 
Hədis 112: Həzrət Əli (ə) buyurur: “Qəzəbdən 
çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə 
peşmançılıqdır.” 
* * * 
Hədis 113: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs 
odur ki, dilini saxlasın.” 
* * * 
Hədis 114: Həzrət Əli (ə) buyurur: “Yalan 
dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.” 
* * * 
Hədis 115: Həzrət Əli (ə) buyurur: “Allaha itaətə 
səbr etmək, Onun əzabına səbr etməkdən asandır.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
25 
Hədis 116: Həzrət Əli (ə) buyurur: “Mö`min o 
adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, 
alış-verişi də Allaha görədir.” 
Hədis 117: Həzrət Əli (ə) buyurur: “Alim cahili 
tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.” 
* * * 
Hədis 118: Həzrət Əli (ə) buyurur: “Nadan alimi 
tanımır, çünki özü əvvəl alim olmamışdır.” 
* * * 
Hədis 119: Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər 
istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.” 
* * * 
Hədis 120: Həzrət Əli (ə) buyurur: “İnsan üçün 
nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu 
ziyandan daha çoxdur.” 
* * * 
Hədis 121: Həzrət Əli (ə) buyurur: “O adam 
mənfəət tapar ki, dünyasını axirətinə sata və 
əvəzində axirəti ala.” 
* * * 
Hədis 122: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, 
riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı 
şirkdir.” 
* * * 
Hədis 123: Həzrət Əli (ə) buyurur: “Heç kim öz 
Rəbbindən savayı başqasına ümidvar olmamalı və 
yalnız öz günahlarından qorxmalıdır.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə