Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
26 
Hədis 124: Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, 
özünü töhmət hüzurunda qərar verir, ona bədgüman 
olanları qınamamalıdır.” 
* * * 
Hədis 125: İmam Sadiq (ə) buyurur: “İmanlı bir 
şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı 
onun rüsvayçılığına səbəb olmaz.” 
* * * 
Hədis 126: Həzrət Əli (ə) buyurur: “Susub 
həqiqəti gizləməkdə heç bir xeyir yoxdur (pisdir). 
Necə ki, nadanlıq üzündən danışmaq yaxşı 
deyildir.” 
* * * 
Hədis 127: Həzrət Əli (ə) buyurur: “Kişi öz 
dilinin altında gizlənmişdir. 
* * * 
Hədis 128: Həzrət Əli (ə) buyurur: “Fürsəti əldən 
vermək qəm-qüssədir.” 
* * * 
Hədis 129: Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik 
mərtəbəsinə çatanda, danışıq qısalar.” 
* * * 
Hədis 130: Həzrət Əli (ə) buyurur: “Atanın 
övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola 
bilməz.” 
Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) 
buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə 
qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət 
etsin.” 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
27 
Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: 
“Özünü bəyənmək insanı elm öyrənməkdən 
saxlayar.” 
* * * 
Hədis 133: Həzrət Əli (ə) buyurur: “Heç bir kəs 
əqlinin bir hissəsini vermədən zarafat etmədi.” 
* * * 
Hədis 134: Həzrət Əli (ə) buyurur: “Dini 
hökmləri bilmədən ticarətlə məşğul olan şəxs 
sələmə düçar olar.” 
* * * 
Hədis 135: Həzrət Əli (ə) buyurur: “Hər bir 
insanın 
rə`yinin 
dəyəri 
onun 
təcrübəsi 
qədərincədir.” 
* * * 
Hədis 136: Həzrət Əli (ə) buyurur: “Ləzzətlərin 
gedəcəyi və günahların qalacağı yadınızda olsun.” 
* * * 
Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: 
“Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə 
onların qəzəbindədir.” 
* * * 
Hədis 138: Həzrət Əli (ə) buyurur: “Günah 
etməmək tövbə etməkdən daha asandır.” 
* * * 
Hədis 139: Həzrət Əli (ə) buyurur: “Allaha 
itaətsizlik edənlərə itaət etmək rəva deyildir.” 
Hədis 140: Həzrət Əli (ə) buyurur: “Yoxsulluq 
çox böyük ölümdür.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə