Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
46 
Hədis 287: İmam Həsən (ə) buyurur: “Ağılın 
kamilliyi xalqla xoş münasibətdə olmaqdır.” 
* * * 
Hədis 288: Həzrət Əli (ə) buyurur: “Qəzəb və 
şəhvətinə 
məğlub 
olan 
şəxs 
dördayaqlılar 
(heyvanlar) sırasındadır.” 
* * * 
Hədis 289: Həzrət Əli (ə) buyurur: “Qardaşına 
quyu qazanın özünü Allah o quyuya salar.” 
Hədis 290: Həzrət Əli (ə) buyurur: “Xalqın eybi 
dalınca gəzən adamın eybini Allah açar.” 
* * * 
Hədis 291: Həzrət Əli (ə) buyurur: “Başqalarının 
sirrini açan kəsin sirrini Allah açar.” 
* * * 
Hədis 292: Həzrət Əli (ə) buyurur: “Axirət işlərini 
qaydaya salanın dünya işlərini Allah qaydaya salar.” 
* * * 
Hədis 293: Həzrət Əli (ə) buyurur: “Allahın 
qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə 
əhəmiyyət verməz.” 
* * * 
Hədis 294: Həzrət Əli (ə) buyurur: “Özünü islah 
etməyən kəs başqasını islah edə bilməz.” 
* * * 
Hədis 295: Həzrət Əli (ə) buyurur: “Başqasını 
nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət 
edir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
47 
Hədis 296: Həzrət Əli (ə) buyurur: “Bütün 
qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü 
ağrı və qüssəsi çox olar.” 
* * * 
Hədis 297: Həzrət Əli (ə) buyurur: “Üzr istəyən 
halda cəza vermək necə də pisdir!” 
* * * 
Hədis 298: Həzrət Əli (ə) buyurur: “Aşkarda 
görülməsi ayıb olan işi gizlində də görmə.” 
* * * 
Hədis 299: Həzrət Əli (ə) buyurur: “Çox pisdir ki, 
insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.” 
* * * 
Hədis 300: Həzrət Əli (ə) buyurur: “Xalqın bir-
biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.” 
* * * 
Hədis 301: Həzrət Məhəmməd (s) buyurur: 
“Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.” 
* * * 
Hədis 302: Həzrət Məhəmməd (s) buyurur: “Ən 
yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən 
olmaqdır.” 
* * * 
Hədis 303: Həzrət Məhəmməd (s) buyurur: 
“Möminlər bağışlayan və mülayimdirlər.” 
* * * 
Hədis 304: Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə 
məşvərət edən xalq kamala yetişər.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə