Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
50 
Hədis 322: Həzrət Məhəmməd (s) buyurur: “Hər 
eşitdiyini danışmağın sənin yalançılığının sübutu 
üçün bəsdir.” 
* * * 
Hədis 323: Həzrət Məhəmməd (s) buyurur: “Gizli 
sədəqə Pərvərdigarın qəzəbini söndürər.” 
* * * 
Hədis 324: Həzrət Məhəmməd (s) buyurur: 
“Dilini saxlayan kəsin eyblərini Allah örtər.” 
* * * 
Hədis 325: Həzrət Məhəmməd (s) buyurur: 
“Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür 
edənlərdir.” 
* * * 
Hədis 326: Həzrət Məhəmməd (s) buyurur: 
“Harada olursansa ol, Allahdan qorx.” 
* * * 
Hədis 327: Həzrət Məhəmməd (s) buyurur: 
“Mö`min az xərcli və qanedir.” 
* * * 
Hədis 328: Həzrət Məhəmməd (s) buyurur: 
“Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə 
xalqdan ehtiyacsızlıqdır.” 
* * * 
Hədis 329: Həzrət Məhəmməd (s) buyurur: 
“Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini 
təkrar etməz).” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
51 
Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah yanında ən yaxşı tövbə günahdan 
uzaqlaşmaq və peşmançılıqdır.” 
* * * 
Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: 
“Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki 
qəlbin riqqətliliyi rəhmətdir.” 
* * * 
Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: “Az 
ne`mətə şükür etməyən, çoxa da şükür etməz.” 
* * * 
Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: 
“Allah-təala duada israrlı olanı sevir.” 
* * * 
Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: 
“Gülən halda günah edən şəxs ağlayan halda 
cəhənnəm oduna daxil olar.” 
* * * 
Hədis 335: Həzrət Əli (ə) buyurur: “Nadanlıq 
kimi yoxsulluq yoxdur.” 
* * * 
Hədis 336: Həzrət Əli (ə) buyurur: “Elm kimi
şərəf yoxdur.” 
* * * 
Hədis 337: Həzrət Əli (ə) buyurur: “Çox mülayim 
olan kəs peşman olmaz.” 
* * * 
Hədis 338: Həzrət Əli (ə) buyurur: “Gözəl 
xasiyyət kimi yoldaş yoxdur.” 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə