Bismillahir-rəhmanir-rəhim


Мә’сумларын нурлу кәламларындан 500 һәдис



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix01.08.2023
ölçüsü0,59 Mb.
#120196
1   ...   27   28   29   30   31   32   33   34   35
500 Hədis

Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
64 
* * * 
Hədis 441: İmam Kazim (ə) buyurur: “Dünya 
malı dənizin (şor) suyu kimidir. Susuz adam bu 
sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.” 
* * * 
Hədis 442: Həzrət Məhəmməd (s) buyurur: “Elmi 
öyrənib ona əməl etməyən adamı Allah qiyamət 
günü məhşərə kor gətirər.” 
* * * 
Hədis 443: Həzrət Məhəmməd (s) buyurur: “Elm 
və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? 
Buyurdu: Onu yazmaqla.” 
* * * 
Hədis 444: Həzrət Əli (ə) buyurur: “Tövbə ilə 
özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi 
rüsvay etməsin.” 
* * * 
Hədis 445: Həzrət Əli (ə) buyurur: “Tövbə qapısı 
açıq ikən günahının bağışlanacağından ümidini 
üzmə.” 
* * * 
Hədis 446: Həzrət Əli (ə) buyurur: “Yalnız öz 
fikrinə istinad edən kəs büdrəyər.” 
* * * 
Hədis 447: İmam Baqir (ə) buyurur: “Elmi fayda 
verən alim yetmiş min abiddən üstündür.” 
Hədis 448: İmam Baqir (ə) buyurur: “Dünyasını 
axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs 
bizdən deyildir.” 
* * * 


Мә’сумларын нурлу кәламларындан 500 һәдис 
65 
Hədis 449: “(Həzrət Peyğəmbərdən (s) soruşdular 
ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə 
qazandığı.” 
* * * 
Hədis 450: Həzrət Əli (ə) buyurur: “Ataların öz 
övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və 
düzgün tərbiyədir.” 
* * * 
Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan 
çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.” 
* * * 
Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: 
“Ehtiyacı olmadığı halda mö`min qardaşının 
görüşünə gedən şəxs Allahın görüşünə getmiş 
kimidir.” 
* * * 
Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: “Bir 
şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə 
Allah lə`nət etsin.”
* * * 
Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə 
necə də yaxındır!” 
* * * 
Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini 
çox da böyük hesab etmə, sən özün ondan da 
böyüksən.” 
* * * 
Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar 
ki, insan aza qane olsun, çox əta etsin.” 
* * * 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə