167
məqama layiqdir. Mən düşmənlərlə get-gəli olan adamam. Onlarla
mübahisə edirəm. Әgər Әbül-Qasim Hüseyn ibn Ruhun Mehdi (ə)
haqqında bildiyini mən bilsəm, olsun ki, mübahisələrdə mövqeyimi
sübuta yetirmək üçün hansısa bir məsələni açam və nəticədə imamın
yeri məlum olsun. Әbül-Qasim Hüseyn ibn Ruh isə, imam əbasının
altında olsa belə, bədəni tikə-tikə doğransa, imam Mehdini (ə)
göstərməz.”
1
3. Başqaları ilə müqayisədə daha düşüncəli olmaq – Şeyx Tusi
“Әl-Ğeybət” kitabında imamın naiblərinin düşüncə baxımından
üstünlüyünü qeyd etmişdir.
2
4. Hökumətin həmin şəxslərə münasibətdə həssas olmaması –
İmam Mehdi (ə) öz nümayəndəsini elə şəxslər arasından seçirdi ki,
onlar Abbasi hökumətinin diqqətini cəlb etməmiş olsun. Çünki
nümayəndəlik xeyli məxfi bir iş idi. Nümayəndələrin hər biri hansısa
peşə sahibi idi və nümayəndəlik fəaliyyəti ilə tanınmırdı.
Sual: 262. Bəzilərinin özünü əsassız olaraq imamın səfiri kimi
tanıtdırmasının səbəbi nə idi?
Cavab: Səfirlik fəaliyyətinin başlamasından çox keçməmiş
yalançı səfirlər məsələsi ortaya çıxdı. Onlar haqsız olaraq səfir
olduqlarını iddia edir və əlbəttə ki, hansısa məqsəd izləyirdilər. Bu
məqsədlərlə tanış olaq:
1. Bu şəxslərin imanı zəif olduğundan uyğun iddia ilə xalq və
cəmiyyəti çaşdırırdılar.
2. Onlar öz səfirlik iddiaları ilə imamın qeybdə olmasından
istifadə edib var-dövlət ələ keçirmək istəyirdilər.
3. Onlar ictimai mövqe qazanmaq istəyirdilər. İmamın səfiri kimi
tanınmaq onlara şöhrət gətirirdi.
Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir?
Cavab: Yalançı səfir iddiası ikinci səfir Məhəmməd ibn Osman
Әmrinin dövrünə təsadüf edir. Çünki onun atası Osman ibn Səid çox
tanınmışdı və kimsə onun dövründə yalan iddiaya cürət etmirdi.
Yalandan səfirlik iddiası edən ilk şəxs Әbu-Məhəmməd Şərii
olmuşdur.
3
Məhəmməd ibn Nəsir Nəmiri, Әhməd ibn Hilal Kərxi,
1
“Әl-Ğeybət”, s. 240.
2
Həmin mənbə, s. 236.
3
“Bihar”, c. 51, s. 367.
168
Әbu-Tahir Məhəmməd ibn Әli ibn Bilal Bilali, Әbu-Bəkr Məhəmməd
ibn Әhməd ibn Osman Bağdadi, İshaq Әhmər haqsız yerə özünü səfir
kimi tanıtdırmaq istəyənlərdir.
Onlardan bəziləri əvvəllər saleh insan olmuşdur.
İkinci səfir uyğun cəhdlərlə ciddi mübarizə aparmışdır. O
cümlədən, müqəddəs nahiyə tərəfindən yalan iddiaçılığa qarşı
bəyanatlar verilmiş, yolunu azanlar lənətlənmişdir.
Üçüncü səfir Hüseyn ibn Ruhun səfirliyi dövründə bu sahədə
vəziyyət daha da gərginləşmişdir. Həmin dövrdə Məhəmməd ibn Әli
Şələmğani Qəzafəri adlı bir şəxsin səfirlik iddiasına düşməsi
cəmiyyətdə böyük çaşqınlıq yaratmışdır.
1
Şələmğani öncə mömin bir
şəxs kimi Hüseyn ibn Ruhun vəkili olsa da, sonra yolunu azmışdır.
Haqsız olaraq səfirlik iddiasına düşmüş son şəxs Әbu-Delf Katibdir. O,
dördüncü səfir Səməri dünyasını dəyişənədək öz iddiasından əl
çəkməmişdir.
Sual: 264. İmam Mehdinin (ə) səfirlərdən başqa vəkili
olmuşdurmu?
Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, həzrət
Mehdinin (ə) dörd tanınmış səfirindən əlavə, vəkilləri olmuşdur. Onlar
müxtəlif şəhərlərdə və əyalətlərdə öz vəzifələrini yerinə yetirmişlər.
Amma səfirlər və vəkillər arasında iki mühüm fərq olmuşdur:
1. Səfirlər həzrət Mehdi (ə) ilə bilavasitə görüşmüş, şəxsən
tanımışlar. Hansı ki, vəkillər həzrət Mehdi (ə) ilə səfirlər vasitəsi ilə
əlaqə saxlamışlar.
2. Səfirlər bütün şiələrə münasibətdə məsuliyyət daşıyırsa,
vəkillər məhdud bir məntəqədə öz vəzifəsini yerinə yetirirdi.
Sual: 265. Müqəddəs nahiyə vəkillərinin təyinatının hansı
səbəbləri var?
Cavab: Vəkillik məsuliyyətinin bir sıra faydalarını saymaq olar:
1. Vəkil səfirin öhdəsinə düşən geniş məsuliyyətləri onunla
bölüşür. Xüsusi ilə şiələrin həzrət Mehdi (ə) ilə bağlı fəaliyyətlərinin
gizli saxlanılması istiqamətində səy göstərilir.
2. Vəkillər səfirin ad və şəxsiyyətinin gizli saxlanılmasında
mühüm rol oynayır.
1
“Әl-Ğeybət”, s. 300.
169
Sual: 266. Vəkalət qurumunun hansı məsuliyyətləri var?
Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, vəkalət qurumu
bütün fəaliyyəti dövründə aşağıdakı işləri həyata keçirmişdir: şəri
ödənclərin toplanması və paylanması; şiələrin tərbiyəsi və
müxaliflərlə mübarizə; vəkalət qurumunda siyasi fəaliyyət; vəkalət
qurumunda rabitələrin təmini; ehtiyaclılara yardım və şiələrin
problemlərinin həlli.
Tоqiat
(qeydlər, məktublar, fərmanlar)
Sual: 267. “Tоqi” dedikdə nə nəzərdə tutulur?
Cavab: Rəvayət dilində “tоqi” bu sözün gündəlikdə işlənən
mənasını bildirir. Tоqi böyük şəxsiyyətlərin öz məktublarında qeyd
etdiyi və suallara cavab olan buyuruqlarıdır. Həzrət Mehdinin (ə)
tоqiatı onun məktublarda öz xətti ilə qeyd etdiyi cavablardır. Bu
cavablar səfirlər vasitəsi ilə məktub sahiblərinə çatdırılırdı.
“Tоqi” dedikdə, adətən, ünvanlanan suallara cavab nəzərdə
tutulsa da, bəzən sualsız bəyan olunmuş həqiqətlər də tоqi sayılmışdır.
Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır?
Cavab: Uyğun göstərişlər (tоqiat) həzrətin qeydlərindən ibarət
olsa da, bu işdə səfirlərin mühüm rolu var. Hər hansı sualla
ünvanlanmış məktubu imama çatdıran, qısa bir müddətdə həzrətdən
cavab alıb məktub sahibinə yetirən şəxs səfirdir. Səfiri bir növ bu işdə
vasitə saymaq olar. İmamın bu sayaq səfiri olmasaydı, heç vaxt uyğun
məktublar məqsədə çatmazdı.
Sual: 269. Uyğun göstərişlər hansı müddətdə həzrət tərəfindən
həyata keçirilirdi?
Cavab: Bəzi rəvayətlərdən məlum olur ki, ünvanlanmış suallara
2-3 gün ərzində cavab verilirdi. Bəzi rəvayətlərdə deyilir: “Bir neçə
gündən sonra ağam dedi ki, Әbu-Cəfərin yanına gedib cavabı
soruşum.”
1
Digər rəvayətdə isə belə qeyd olunur: “Səfir 3 gün sonra
həzrətin cavabını çatdırdı.”
2
1
“Bihar”, c. 51, s. 321.
2
“Әl-Ğeybət”, s. 320.
Dostları ilə paylaş: |