176
Məhdəviyyət (ə) məsələsinə ikili yanaşmaya irfanda da diqqət
yetirilmişdir. Sünni ariflərindən bəziləri, eləcə də, Mövləvi bu
əqidədədir ki, hər bir dövrdə istər Әli, istər Ömər nəslindən, bir Mehdi
(ə) olmalıdır. Ariflər Mehdi (ə) dedikdə imkan aləminin qütbünü
(zirvəsini) nəzərdə tuturlar. Şiələr isə inanır ki, hər bir dövrdə məsum
imam olmalıdır və yer üzü imamsız yaşamaq gücündə deyil.
Sual: 281. Böyük qeyb dövründə müqəddəs nahiyə tərəfindən
bəyanat verilmişdirmi?
Cavab: Şeyx Təbərsi “Әl-ehticac” kitabında həzrət Mehdinin (ə)
müqəddəs nahiyəsi tərəfindən Şeyx Müfid üçün göndərilmiş iki
məktubdan danışır. Bu iki məktubda bəzi aşkar və bəzi rəmzi
bildirişlər var.
1
Bu məktublardan birincisi hicri 410-cu il, səfər ayının axırlarında,
Şeyx Müfidin vəfatından 3 il öncə ona çatmışdır. İkinci məktub isə
hicri 412-ci ildə, yəni Şeyx Müfidin vəfatından bir il öncə
göndərilmişdir. Bu isə 4-cü səfir Әli ibn Məhəmməd Səmərinin
vəfatından 80 il sonraya təsadüf edir. Xatırlayaq ki, hicri 329-cu ildə
kiçik qeyb dövrü başa çatmışdır.
Birinci məktubu gətirən deyir: Bu məktub Hicaza bitişik bir
məntəqədən gətirilmişdir.” Deyilənlərdən məlum olur ki, imam həmin
vaxt Hicaz məntəqəsində sakin olmuş və bu məktubu yaxınlarından
biri vasitəsi ilə Şeyx Müfidə göndərmişdir.
İkinci məktub hicri 412-ci ilin şəvval ayının əvvəlində Şeyx
Müfidə göndərilmişdir. Həmin ilin zil-həccə ayının 23-də cümə
axşamı günü şeyx həmin məktubu almışdır. Yəni qasid üç aydan yeddi
gün əskik müddətdə yolda olmuşdur. Hər iki məktub həzrət Mehdinin
(ə) imzası, ona yaxın adamların xətti ilə yazılmışdır. Hər iki məktubun
sonunda imam öz xətti ilə məktubun həqiqiliyini təsdiqləmişdir.
Məktublarda şeyx Müfidə əmr olunur ki, bu məktubu gizli saxlasın,
yalnız ən etibarlı səhabələri xəbərdar etmək üçün nüsxə çıxarılsın.
2
1
“Ehticac”, c. 2, s. 597-602.
2
“Tarixul-Ğeybətul-Kubra”, s. 140, 141
177
Sual: 282. Şeyx Müfidə yazılmış məktubların imam Mehdi (ə)
tərəfindən göndərilməsi necə sübut oluna bilər?
Cavab: Bu iki məktubun həqiqiliyinə müxtəlif baxımlardan əmin
olmaq mümkündür. Onları nəql etmiş Şeyx Təbərsi sənəd göstərməsə
də, müəyyən nöqtələrə istinad etmək olar:
1. Təbərsi bu iki rəvayəti şübhə doğurmayan aşkar rəvayətlərdən
sayır. Məlum olur ki, o mötəbər sənədlərə əsaslanmışdır. Bir çox
rəvayətlər kimi bu iki rəvayət də çox məşhur olduğu üçün sənədsiz
nəql oluna bilər.
2. Bu iki rəvayətdəki ali məzmun və sadiq xəbərlər onların məhz
həzrət Mehdi (ə) tərəfindən göndərilməsinə əminlik yaradır.
Uyğun iki məktubun həqiqiliyini göstərən digər məlumatlar da
var. Mühəddis Bəhrani imam Mehdinin (ə) Şeyx Müfidə həsr olunmuş
və qəbri üzərində yazılmış şerini nəql etdikdən sonra buyurur: “Həzrət
Mehdinin (ə) nahiyəsindən Şeyx Müfidə ünvanlanmış məktubları
nəzərə aldıqda onun Şeyx haqqında şer söyləməsi təəccüb doğurmur.
Bu məktublarda tərif dolu xoş sözlər çoxdur...” Müəllif sonra yazır:
“Suali-əhli-Hələb” adı ilə tanınmış risalədə Şeyx Müfidin ehtiramı ilə
bağlı deyilir:
a) Məsum imamlardan nəql olunanların həqiqiliyi;
b) Bütün şiələrin şeyx Müfidə həzrət tərəfindən iki məktub
yazılması xəbərini qəbul etməsi – İldə bir məktubun yazılması şeyx
Müfidin etibarlılığını göstərir. İbn Bətriq bildirir ki, bu xəbər icma
dəlili ilə qəbul olunur. Təbərsi “Ehticac” kitabında qeyd edir ki, bu iki
məktub alimlər icması tərəfindən qəbul olunduğundan sənədləri
göstərməyə ehtiyac yoxdur.
İbn Şəhr Aşub “Məalimul-üləma” kitabında qeyd edir ki, onu
(şeyxi) həzrət Mehdi (ə) “Şeyx Müfid” adlandırdı...”
1
3. Təbərsi “Ehticac” kitabının müqəddiməsində deyir: “Nəql
etdiyimiz bir çox rəvayətlərin sənədini ona görə göstərmirik kki, onlar
ya icma tərəfindən qəbul olunmuşdur, ya da əql və şöhrət dəlili ilə
sübuta yetir...”
2
4. Böyük qeyb dövründə bu iki məktubun yazılmasına ehtiyac və
zərurət olmuşdur. Әvvəla, həzrət bu məktublar vasitəsi ilə şiələrə
zəruri göstərişlər vermişdir. İkincisi, Şeyx Müfid kimi saleh alimlərə
1
“Məalimul-üləma”, s. 113.
2
“Müqəddimeye-Ehticac”, s. 14.
178
bu sayaq məktubların göndərilməsi onların rəyasətini təsdiqləyir,
böyük qeyb dövründə xalqı belə alimlərə itaətə çağırır. Necə ki, bir
məktubda ibn Babəvеyhə “ya Şeyx, ya Әbəl-Həsən” deyə xitab olunur.
Sual: 283. Peyğəmbərlər arasında qeyb hadisəsi baş vermişdirmi?
Cavab: Qeyb və Allah höccətinin xalqdan kənara çəkilməsi təzə
bir iş deyil. Bu, peyğəmbərlər arasında da müşahidə olunan bir
həqiqətdir. Qeyb həyatı yaşamış bəzi peyğəmbərləri yada salaq:
1. Həzrət İdris (ə). Rəvayətlərə əsasən, İdris peyğəmbər dövrün
zalım hakimləri ilə üzbəüz gəldiyi üçün ümmət arasından iyirmi il
qeybə çəkildi. O dağlarda, mağaralarda yaşayırdı. Allah hər qürub
vaxtı ona qida gətirən mələk təyin etmişdi...
1
2. Həzrət Saleh (ə). Şеyх Səduq imam Sadiqin (ə) belə
buyurduğunu nəql edir: “Həqiqətən, Saleh bir müddət öz qövmündən
qeybə çəkildi.
O qeyb zamanı qoca bir kişi idi. Qövmünün yanına qayıtdığı vaxt
onu üzdən tanıyan olmadı...”
2
3. Həzrət İbrahim (ə). Rəvayətlərə əsasən həzrət İbrahim də
anadan olduqdan sonra bir müddət məxfi qalmış, Allahın əmri nazil
olanadək öz risalətini gizlətmişdir.
3
4. Həzrət Musa (ə). Səduq belə nəql edir: “Həzrət Musa Misirdən
Mədyənə qaçıb bir müddət həzrət Şüeybin yanında qaldı...”
4
5. Həzrət Şüeyb (ə). Məclisi həzrət Әlinin (ə) belə buyurduğunu
nəql edir: “Şüeyb peyğəmbər qocalanadək öz qövmünü Allaha doğru
dəvət etdi. Həmin vaxt Allahın istədiyi dövrədək xalqdan qeybə
çəkildi. Sonra cavan halda onların yanına qayıtdı...”
5
6. Həzrət İlyas (ə). Qütb Ravəndi nəql edir ki, həzrət İlyas öz
qövmü arasında 7 il qeybə çəkildi. Həmin müddət ərzində səhra və
çöllərdə yaşadı.
6
7. Həzrət Danyal (ə) nəbi: Şeyx Səduq deyir: Danyal nəbi 90 il
müddətində qövmü arasından qeybə çəkildi. O, Bəxtun-Nəsrin əlində
əsir oldu. Ardıcılları bu müddət ərzində onun intizarında qaldılar.”
(“Kəmalud-din”, c. 1, s.385)
1
“Kəmalud-din”, c. 1, s.130»
2
“Kəmalud-din”, c. 1, s.136, 137.
3
“Kəmalud-din”, c. 1, s.138.
4
“Kəmalud-din”, c. 1, s.145.
5
“Bihar”, c. 12, s. 385.
6
“Qəsəse-Ravəndi”, s. 248.
Dostları ilə paylaş: |